Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi - Fotolar + Video
Medeniyyet
Oxunub: 846
30 noy 2019 | 22:43
Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi - Fotolar + Video


YAP Qadınlar Şurasının üzvü, “Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü ilə “Qadına şiddətə son!” sosial layihəsi bu il də baş tutub. “Qafqazinfo” xəbər verir ki, tədbir “Liatris Holding”, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyi ilə gerçəkləşib.

Tədbirdə tanınmış ictimai xadimlər, ziyalılar, sənətçilər, iş adamları və media nümayəndələri iştirak edib. Aparıcılıq isə Leyla Quliyevaya həvalə edilib. Tədbirdə öncə Azərbaycanın çağdaş qadın rəssamlarının “Daha gözəl dünya üçün qadına şiddətə son!” adlı sərgisi təqdim olunub.



Aynur Sakitqızı və Gülüstan Qayıbovanın hazırladığı sərgidə 20 xanım rəssamın əsərləri nümayiş olunub. Müxtəlif janrlarda çəkilən əsərlərdə Azərbaycan xanımının rəngli dünyası əks olunub.Daha sonra layihə çərçivəsində hazırlanan sosial çarxlar təqdim olunub.

Kamran Ağabalayevin rejissorluğu ilə ərsəyə gələn “Səssizsiniz” sosial çarxında kişi şiddəti, zorakılıq, qadınların qətlə yetirilməsi xoreoqrafik rəqslə simvolik şəkildə nümayiş olunub.

Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi - Fotolar + Video


Qobustanda “Qadın daşı”nın ətrafında, eləcə də, son zamanlarda qadın qətllərinin törədildiyi məkanlarda lentə alınan çarxın çəkilməsinin əsas məqsədi bir daha cəmiyyətin diqqətini bu sosial bəlaya yönəltməkdir.

Qeyd edək ki, sosial çarxdakı rəqsləri “Jam Group”un üzvləri Rəsul Həsənov və Nigar Soltanova ifa edib.

Növbəti sosial çarx isə atasından şiddət, təhdid görən, qardaşlarından ayrılmaq məcburiyyətində qalan, ən dəhşətlisi isə yaşadığı acılardan, stresslərdən əlil arabasına ömürlük məhkum olan 22 yaşlı Gülmirə Çərkəzlinin həyatına həsr olunub.

Üçüncü sosial çarxın qəhrəmanı həyatındakı bütün çətinliklərə, ağrı-acılara baxmayaraq ayaqda qalan, əlacsız xəstəliyə belə baş əyməyən əzmi, yaşamaq istəyi ilə hər kəsə örnək olacaq “Yuğ” Teatrının aktrisası Zümrüd Qasımovadır.

Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi - Fotolar + Video


Aktrisa bu çarxda həmcinslərinə “heç nə həyatınızdan önəmli deyil”, “heç kim üçün həyatından vaz keçmə” mesajını ötürür.

Tədbirdə təqdim olunacaq sonuncu sosial çarx isə “Üzr istəyirik” adlanır. Bu çarxda cəmiyyətin tanınmış şəxsləri- yazıçı, jurnalist, şair, aktyor, idmançı kişiləri qadınlara göstərilən hər cür zorakılıq, şiddətə görə Azərbaycan kişisi adından üzr istəyiblər. Bu çarx, eyni zamanda, əsl Azərbaycan kişisinin qadınına təzyiq göstərən, onu döyüb-söyən yox, övladlarını çox sevən ata, gözəl ailə başçısı, sədaqətli həyat yoldaşı olduğunu diqqətə çatdırmaq məqsədi daşıyır.

Tədbirdə sosial çarxların təqdimatıyla yanaşı, layihənin təşəbbüskarı və təşkilatçısı “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva çıxış edib. O qeyd edib ki, Azərbaycan cəmiyyətində qadına həmişə böyük dəyər verilib, şəninə xoş sözlər söylənib: "Qadın hər zaman “Cənnət anaların ayağı altındadır”, “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” kimi ifadələrlə anılıb. Həm dini, həm də mental dəyərlərimiz qadına və qadın hüquqlarına hər zaman hörmət tələb edir.

Amma reallıq bir qədər başqadır. Reallıq bizi təəssüf doğuran səhnələrə, hadisələrə şahid edir. Qadınlar döyülür, təhdid, təhqir olunur, öldürülür...

Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi - Fotolar + Video


Artıq 4 ildir ard-arda cəmiyyətimizi bu sosial bəla ilə mübarizəyə səsləyən sosial layihə həyata keçirirəm. Bu il isə “Qadına şiddətə son!”-a daha ciddi ehtiyac duyulduğu qənaətindəyəm. Çünki son zamanlar cəmiyyətimizdə qadınlarımıza qarşı daha amansız davranışlar, övladlarının gözü qarşısında qətlə yetirilmələr, fiziki, mənəvi alçaldılmalarla bağlı xəbərlər alırıq. Bu da məni həm vətəndaş, həm Azərbaycan xanımı, həm ana kimi çox narahat edir.

Bu səbəbdən də cəmiyyətimizin ictimai-siyasi xadimləri, millət vəkilləri, ziyalıları, söz və sənət adamlarını bir daha bu məsələnin müzakirəsinə dəvət etdim. Düşünürəm ki, bu dəfəki layihəmiz qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində aparılan işə töhfələr verəcək".

Xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov musiqili tövfələri ilə sosial aksiyaya qoşulublar.

Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Araz Babayev, millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva və başqa elm və incəsənət xadimlərinin də çıxışı olub.

Video, fotolar: Nuran Məmmədov

Ruhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi - Fotolar + VideoRuhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi - Fotolar + VideoRuhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi - Fotolar + VideoRuhi Əliyeva məşhurlarla “Qadına şiddətə son!” dedi - Fotolar + Video
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu