Rəqsanə Kəmaləni ələ saldı: Bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər — FOTO + VİDEO
Medeniyyet / Video
Oxunub: 727
16 okt 2019 | 09:49
Rəqsanə Kəmaləni ələ saldı: Bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər — FOTO + VİDEO


Ötən gecə “Maşın” şouda aparıcı və aktrisa Kəmalə Piriyevanın yetərincə səs toplamayıb, oyunu tərk etməsi saysız-hesabsız müzakirələrə səbəb olub.
"Ölkə.Az" xəbər verir ki, K.Piriyevanın oyundan çıxması bir çox məşhurun, xüsusilə, prodüser Tarix Əliyev (Tolik) və müğənni Rəqsanə İsmayılovanın lap ürəyincə olub. Kəmalənin oyunda hədəfi olan Lalə Mustafayevanın qələbə qazanaraq finala çıxmasını prodüser Tarix Əliyev “İnstagram” hesabında özünəməxsus şəkildə şərh edib:

“Amma Allah böyükdür? hərdən elə yıxır ki... Lalə, sən səs istəmə, çünki sənə xalq səs versə də, başqaları xalqın sevgisindən danışmasın”.

Prodüserin yazdığı kinayəli və ikibaşlı şərhi izləyicilər birmənalı qarşılamayıblar. Onlar Tarix Əliyevin bu yolla Kəmalədən acıq çıxdığını yazıblar.

Daha sonra K. Piriyevanın oyundan çıxma xəbəri müğənni Rəqsanə İsmayılovanın da qulağına çatıb. Bu xəbəri eşidər-eşitməz müğənni “İnstagram” hesabında video paylaşaraq, Kəmalənin oyununu və şoudan çıxmasını ələ salıb:
“Ürəyimdə sözlər var, onları əziz tamaşaçılar sizə çatdırmaq istəyirəm. Birdən sonra mətbuatda yazılar ki, bəs, nə oldu deyirdin ki, maşın filankəsindir. Maşın elədir, maşın belədir. “Maşın”da dünən yaşananlara bələd deyiləm, çünki izləməmişəm. Sadəcə, mənə çatan söhbətlərdən bildiyim qədər Kəmalə “Maşın” şounu tərk edib. Yadıma düşür ki, nəyisə çox istəyəndə anam mənə nanəli konfet verib deyirdi ki, qızım alabu nanəli konfeti saxla özündə, sabah nə istəsən, onu sənə alacağam. “Maşın”da yaşananlar 5 yaşım olanda yaşadığım hadisələri xatırlatdı. Oyunda çox gözəl ssenari quruldu. Göz dəyməsin. Onsuz da deməyə ehtiyac yoxdur, bu zatən belə olmalı idi. Göydə Allah hər şeyi görür. Xalq, millət, tamaşaçı da öz gözləri ilə yaşananların şahidi oldu. Artıq adamların pulları çatmadı, bilmədilər klinikanın, yoxsa restoranın pulunu xərcləsinlər. Eybi yoxdur, növbəti “Maşın” şouda çatar pulları. Amma bunlar oyundur. Mən sözümün ağasıyam. Sona kimi nə demişəmsə, düz demişəm. Hər kəs də bunu gözəl anlayır”.
Daha sonra Rəqsanə “İnstagram” hesabında finala vəziqə qazanan aparıcı Lalə Mustafayevanın fotosunu paylaşıb, ona avtomobilin hallalığını verərək dəstək çıxıb.Qeyd edək ki, Kəmalə Piriyevanın bir neçə gün öncə avtomobildən əlini çəkməsi kadrları sosial mediada yayılar-yayılmaz müzakirələrə səbəb olub. Həmin görüntüləri “Instagram” səhifəsində paylaşan Aysun İsmayılovanın anası müğənni Rəqsanə İsmayılova layihə rəhbəri Xalq artisti Murad Dadaşova mesaj yollayıb: “Maraqlıdır, niyə Kəmalənin əlini çəkməsi haqqında danışılmır? Niyə oyunun qaydalarına riayət edilmir. Başa düşürük, bu bir oyundur, amma bura hamımız baxırıq. İştirak da etmişik, əlini çəkən insan uzaqlaşdırılmışdı. Bu günə kimi belə olub. Yəqin buna diqqət verərsiniz”.

Bu gün, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Bu gün, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Bu gün, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Bu gün, 13:25
İlham Əliyev fərman imzaladı
Bu gün, 13:22
30 ildən sonra Türkiyə-İraq sərhədində ilk – Razılıq əldə olundu
Bu gün, 13:18
Prezident icra başçısını vəzifəsindən azad etdi - SƏRƏNCAM
Bu gün, 11:42
Azərbaycanlı deputatdan Paşinyanı sevindirən çıxış: bu ərazini verməyi təklif etdi - QALMAQAL
Bu gün, 11:38
Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilib - FOTO
Bu gün, 11:34
İlham Əliyev Datuk Mutanq Taqalı qəbul edib
Bu gün, 11:30
Blinken və MOSSAD təyyarəsi Səudiyyə Ərəbistanına uçub – Bəzi detallar
Bu gün, 10:01
Bir həftədə Rusiyanın 6620 hərbçisi məhv edilib - Pavlyuk
Bu gün, 10:00
Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib