Ağrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTO
Medeniyyet
Oxunub: 550
23 sen 2019 | 10:12
Ağrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTO

Çin təbabəti öyrədir ki, ağrıya dözmək səhvdir, çünki ağrı ilə müşayiət olunan hər hansı bir vəziyyət sinir sonlarını və beyin hüceyrələrini məhv edir. Şiddətli ağrı hiss edirsinizsə, onu aradan qaldırmaq üçün bütün mümkün tədbirləri görməlisiniz. Bu, həqiqətən bütün bədənə zərərlidir.
"Ölkə.Az" bu yazıda osteoxondroz ağrılarından qurtulmağın 9 yolu ilə tanış edir.

1. Uşaq pozası

Bel və çanaq-bud oynağında ağrılar zamanı tətbiq olunur, sinir sistemini zəiflətməyə xidmət edir. Şəkildəki vəziyyəti alın, qolları mümkün qədər irəliyə uzadın, ovuc içləri yerə dəyməlidir. Dərindən nəfəs alın və bu vəziyyətdə 1 dəqiqə qalın. Ağrı xeyli zəifləyir.

2. Divar pozası

Baş ağrısı, çiyinlərdə və boyundakı gərginliyi aradan qaldırır. Baş hərlənməsi olanlara tövsiyə olunur. Divarın qarşısında oturub ayaqları divar boyunca yerləşdirin, əllərinizi mədənizdə saxlayın. Gözlərinizi yumun, bərabər nəfəs alın və bütün lazımsız düşüncələri özünüzdən uzaqlaşdırmağa çalışın. Bu vəziyyətdə sadəcə 5 dəqiqə dayanmaq boyun və çiyin gərginliyini aradan qaldıracaq, baş ağrısı dərhal yox olacaq!

3. Pişik

Onurğa sütunu və kürək ağrılarında istifadə olunur, əzələlərdə ağrını azaldır. Dördayaqlıların vəziyyətini alıb, əlləri çiyin bərabərliyində yerə qoyun. Diqqət edin ki, onurğa sütunu döşəməyə paralel olsun, boynunuzu isə yuxarı doğru qaldırın. Dərin nəfəs alıb bədəni aşağı əyin, başınızı isə yuxarı qaldırın. Sonra nəfəs verin və bədəni yuxarı qaldırın, başı isə aşağı salın. Yavaş-yavaş hərəkət edin, dərindən nəfəs alın. Bu hərəkəti 10 dəfə təkrar edin. Əgər dizlər yüklənibsə, onların altına yumşaq altlıq qoya bilərsiniz.

4. Bükülmə və uzanma

Mədəniz ağrıyırsa və həzm problemləri varsa, bu hərəkət kömək edir. Yerdə oturun, kürəyinizi və ayaqlarınızı düz saxlayın. Sol ayağı bükün və sağ ayağın arxasına qoyun. Balans üçün sol əlinizlə yerə söykənərək sola dönün. Dərindən nəfəs alın, bu vəziyyətdə 30 saniyə qalın. Eyni hərəkəti sağ ayaqla təkrarlayın.
5. Kəpənək pozası

Çanaq-bud oynaq ağrılarında effektivdir, ayaq və dizlərdə gərginliyi azaldır. Döşəməyə oturun, belini düz tutun. Bardaş qurub dizləri mümkün qədər aşağı əyin. 2 dəqiqə bu vəziyyətdə dayanın.


6. Çiçək pozası

Belin aşağı hissəsində yaranmış ağrı və qulunclardan xilas olmağa kömək edir. T hərfi mövqeyində döşəməyə yatın, qollarınızı hər iki tərəfə düz açın. Əyilmiş dizlərinizi sinənizə tərəf çəkin. Çiyinləri yerdən qaldırmadan dizlərinizi yüngülcə yan tərəfə endirin. 2 dəqiqə belə pozada qalın və digər tərəfi ilə təkrarlayın.

7. Uçuş pozası

Bel, böyrək və mədə ağrılarına qarşı xeyirdir. Yerə uzanıb dizləri bükün, qolları isə aşağı doğru uzadın. Mümkün qədər belinizi rahatlaşdıraraq çanaq sümüyünü yavaşca qaldırın və yerə endirin. Məşqi 10 dəfə təkrarlayın.

8. İrəli doğru hərəkət

Menstruasiya və oynaq ağrılarını aradan qaldırır. Yerdə oturun, sağ ayağınızı düz saxlayın. Sol ayağı dizdən bükün və onunla sağ ayağı itələyin. Tədricən mümkün qədər irəliləyin. Bu vəziyyətdə 30 saniyə dayanın. Sağ ayaqla təkrarlayın.

9. Rahatlaşma pozası

Ayaqlarda yorğunluğu aradan qaldırır, budları rahatlaşdırır. Hündürdaban geyindikdən sonra etmək çox faydalıdır. Ayaqları bir-birinə keçirib təzim edin. Çox rəvan irəliləyin, əlləri yerə qoyun. Sol dizinizi bükün və sağ ayağınızı düz saxlayın. Bu vəziyyətdə 30 saniyə dayanın, sonra digər ayağı ilə eyni şəkildə təkrarlayın.Ağrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTOAğrıları müalicə edən möcüzəvi ÇİN TƏLİMİ — FOTO
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi