“Uşağımın babası tanınmış məmurdur…” – Azərbaycanlı müğənni - FOTO, VİDEO
Medeniyyet / Video
Oxunub: 945
23 sen 2019 | 09:35
“Uşağımın babası tanınmış məmurdur…” – Azərbaycanlı müğənni - FOTO, VİDEO

“Kişi kənarda 3 arvad da saxlaya bilər, həyat yoldaşı qəbul etməlidir”
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Seva “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub. İfaçı ilə qardaş ölkədəki fəaliyyətindən, şəxsi həyatından və qadın-kişi münasibətləri barədə danışdıq:

– Türkiyədə son olaraq “Çek, çek” mahnınıza çəkilən klipi təqdim etdiniz. Klipi bəyənənlər qədər bəyənməyənlər də çox oldu. Klipin altında mahnının çox sadə olduğu, yalnız kiməsə söz atmaq məqsədi ilə yazıldığı bildirildi. Tənqidlərə münasibətiniz necədir?

-Tənqidlərə açığam. Sağlam tənqiddən dərs çıxarıram. Mahnının sözlərini sadə adlandıranlara demək istəyirəm ki, indi belə dəbdir. Türkiyədə atmacalı mahnılar sevilir. Onlar trip atmaq deyir. Qısqananlar çatlasın, öl, sürün kimi sözlər mahnılarda çox istifadə olunur. Mənim mahnım da “trip”li mahnılar sırasına qoşuldu. Adama yalançı, fırıldaqçı dedim. İndiki kişilər bu sözlərə layiqdir.

– Hazırda sevdiyiniz şəxs varmı?

– Hazırda yoxdur. Özümü işimə həsr etmişəm. Türkiyədə evlənmə təklif edənlər çox olur. Onlar bizim qadınları çox bəyənirlər. Amma mənim istədiyim kimi biri qarşıma çıxmayıb. Mənim sevəcəyim şəxs ciddi olacaq, əylənməyi biləcək, sərbəslik verəcək. Kişi kimi kişi olacaq. Həm sahiblənəcək, həm də azadlıq verəcək. İşimə görə məni sıxmayacaq.

– Türkiyədə kişilər etiraf edirlər ki, azərbaycanlı qadınlar öz qadınlarından daha cana yaxın və diqqətcildir. Ona görə də azərbaycanlı qadınlarla evlənməyə üstünlük verirlər.

– Biz daha səmimiyik. Kişinin əlini yuyuruq, qulluğunda dururuq. Az qalırıq yeməyi də ağzına qoyaq ki, əziyyət çəkməsin. Onlarda isə qadınlar deyir ki, öz işinizi özünüz görün. Bizim qadınlarımızdan da, kişilərimizdən də yoxdur.

– Bildiyim qədəri ilə övladınızın atası tanınmış məmurun oğludur. Onun kimliyini niyə açıqlamırsınız?

– O münasibətin üstüdən uzun müddət keçib. Ayrılmışıq. Həmin məmurun adını açıqlaya bilmərəm,etik çıxmaz.

– Seva üçün ayrılıq səbəbi nə ola bilər?

– Mən əqrəb bürcüyəm, hisslərim çox güclüdür. Aldadılmağa dözə bilmirəm. Sevdiyim şəxs gəlib desə ki, ayrılmaq istəyirəm, sakitcə çıxıb gedərəm. Bəlkə də, acı çəkərəm, amma onu bir daha narahat etmərəm. Təki aldadılmayım, mənə yalan deməsin.

– Xəyanət edənlərə cavabınız nə olur?

– Xəyanəti dəhşətli bir hal kimi qəbul etmirəm. Kişilər sərbəst olmalıdır. Kişini sıxıb, boş buraxan kimi qaçır. Mən güclü qadınam, kişinin sevməyini də, tərk etməyini də, xəyanətini də başa düşürəm. Bu həyatda çox qadın aldadılıb. Mənim üçün xəyanət adiləşib. Mənə ilk dəfə xəyanət ediləndə elə bilirdim öləcəyəm. Amma indi düşünürəm ki, qadın xəyanəti bağışlamalıdır, ailəsini dağıtmamalıdır. Ailədə sevgi varsa, kişinin başqa qadınla yazışması, bir gecə keçirməsi normal qarşılanmalıdır. Kişi insan deyil? Gedib gəzsin də. Mənə sevirəm desin, bahalı hədiyyələr alsın, sonra gəzsin.



– Evli kişi ilə münasibət qurarsınız?

– Bir kişinin ikinci həyat yoldaşı olaram. Təki mənə qarşı alicənab olsun. Ərəbistanda bir kişinin 4 arvadı olur. Burada nə var ki? Bir kişinin üçüncü arvadı ola bilərəm.

– Şou əhli ilə hazırda daha yaxınsınız. Onları özünüzə dost bilirsiniz?

– Bəzilərini dost bilirəm. Mənim yaxınım olan insanlar var, bir də 2 dostum var. Bir dəfə rəfiqəmə zəng etdim ki, birlikdə həkimə gedək, amma işinin olduğunu dedi. Mən onu bir dəfəlik sildim.

– “Yemin” serialında azərbaycanlı aktrisa Yağmur Şahbazova da rol alır. Amma aparıcı Elgiz Əkbər status yazmışdı ki, bizim sənətçilərə Türkiyədə dəyər verilmir. Onları süpürgəçi, xadimə obrazına çəkərək alçaldırlar.

– Türkiyədə özümə qarşı mənfi hərəkət görməmişəm. Mənə ancaq sevgi göstəriblər. Hər mühitdə, ölkədə, cəmiyyətdə pis insan var. Biz onlardan öndəyik, çünki daha səmimiyik, qonaqpərvərik.
Dünən, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Dünən, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
Dünən, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
Dünən, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
Dünən, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
Dünən, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
Dünən, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
Dünən, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dünən, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Dünən, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Dünən, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Dünən, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Dünən, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Dünən, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Dünən, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Dünən, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Dünən, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Dünən, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Dünən, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Dünən, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Dünən, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Dünən, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Dünən, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
2-05-2024, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
2-05-2024, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...