"Putin də estetik əməliyyat etdirib" — Nadir Qafarzadədən QALMAQALLI AÇIQLAMALAR
Medeniyyet
Oxunub: 551
29 avq 2019 | 19:18
"Putin də estetik əməliyyat etdirib" — Nadir Qafarzadədən QALMAQALLI AÇIQLAMALAR

Tanınmış müğənni Nadir Qafarzadə bir neçə gün öncə verdiyi "Pis qadının başı kəsilməlidir" açıqlamasından sonra onu botoks elətdirdiyinə görə qınayan aktyor Kamran Ağabalayevi sərt tənqid edib.
Qafarzadə "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, aktyorun belə yanaşması yanlışdır:

"Mən heç bu xəbərə qədər həmin aktyoru tanımırdım. Mənim sən Kamran boyda iki oğlum var. Artistəm, səhnə adamıyam və səhnədə yaraşıqlı görünmək üçün botoks elətdirə bilərəm. Lazım olsa, bundan sonra da elətdirəcəyəm. Sən də kamera qarşısına keçəndə qrim edirsən, o boyda böyük aktyorlarımız qadın paltarı geyinib səhnəyə çıxıblar. Biz artistik, işimiz budur".

Nadir Qafarzadə estetik əməliyyat keçirən məşhur siyasətçilər barədə isə bunları deyib:
"Bu gün dünyaya meydan oxuyan Putin də estetik əməliyyat etdirib. Saç, qaş, kiprik əkdirən məşhur sənətçilər, siyasətçilər var. Təkcə Nadir edirmi? Artistin bu cür danışması düzgün deyil. Kamranı tanımıram və obrazlarını görməmişəm. Bu gün bəyənmədiklər Fərdanı, Elməddini bütün Azərbaycan, Türkiyə tanıyır. Sən də ortaya bir iş qoy, Nadir qədər tanın, sonra danış. O, mənim kişiliyimə dil uzadır, amma mən kimisə təhqir etmək istəmirəm. Özüm boyda, savadlı, əxlaqlı iki oğlum var. Bu qədər çirkabın içərisində iki övlad, iki əsl vətəndaş böyütmək əsl kişilikdir. Kişilik pula görə erməniylə bir filmə çəkilmək deyil. Tüpürüm o pula... Ona görə də heç kim başından böyük qələt etməsin. Mən bir nəsil saxlayıram, kimlərə nə cür kömək etdiyimi Allah bilir. Bir neçə gün öncə də Füzulidəydim, məcburi köçkünlərlə görüşdüm...".

Qeyd edək ki, Kamran Ağabalayev Nadir Qafarzadənin məlum açıqlamsından sonra sənətçinin botoksuna "ilişmişdi.
Xatırladaq ki, K.Ağabalayev Rusiyada 12 bölümlü "Russkiy rab" ("Rus qul") adlı teleserialda baş rollardan biri olan Bəyazit Ağa obrazını canlandırır. Yelena Deniseviçin prodüserliyi çəkilən filmdə erməni aktyorlar Samvel Tagevosyan, Diana Manukyan də rol alıb.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi