“Bəyəm Manaf zəif oğlandır ki…”
Medeniyyet
Oxunub: 656
28 avq 2019 | 14:38
“Bəyəm Manaf zəif oğlandır ki…”

Əməkdar artist Nüşabə Ələsgərlidən polisdə izahat alınması xəbəri təkzib olundu

Əməkdar artist Nüşabə Ələsgərli bugünlərdə polisə çağırılaraq, izahatı alınıb. Səbəb həmkarı Manaf Ağayevin keçmiş kürəkəni Taleh Hüseynova hədə-qorxu gəlməsi olub. M.Ağayevin qızı Səmayənin keçmiş həyat yoldaşı Taleh Hüseynov baku.ws-ə açıqlamasında bildirib ki, boşanmağa qərar verdikdən sonra Manaf Ağayevin göstərişi ilə şou-biznesdəki dostları tərəfindən təzyiqlərə məruz qalıb:

“Bunlardan biri də Nüşabə Ələsgərli idi ki, mənə dəfələrlə sərt təzyiqlər göstərirdi. Müəyyən insanların vasitəsilə mənim ”başıma oyun açacağı” və ciddi problemlər yaradacağı ilə hədə-qorxu gəlirdi. Bu təzyiqlər mən polisə müraciət edənədək davam etdi. Məcbur qalıb hüquq-mühafizə orqanlarına müraciət etdim. Nüşabə Ələsgərli Nəsimi Rayon Polis İdarəsinə çağırıldı. İzahatı alındıqdan sonra sərbəst buraxıldı. Qadın konkret olaraq Manafın tapşırığını yerinə yetirir. Yoxsa mənim onunla heç bir problemim olmayıb. İndi də məhkəmədə mənə qarşı şahidlik edir”.

Məsələ ilə bağlı müğənni Manaf Ağayevin rəyini almaq istəsək də, köməkçisinin onun hazırda ölkədə olmadığını qeyd etdi.

Hazırda ölkə xaricində olan əməkdar artist Nüşabə Ələsgərli isə yayılan məlumatla bağlı sosial şəbəkələrdən xəbər tutduğunu dedi: “Hazırda xaricdəyəm və yollarda olduğum üçün mətbuatı izləyə bilməmişəm. Lakin sosial şəbəkələrdən mənə göndərilən mesajlardan bu barədə xəbər tutdum. Adətən qadınlar zərif məxluq olur və kimsə ona hədə-qorxu gələndə məsələni həll etməyə kişini göndərir. İndi Manaf nə günə qalıb ki, kürəkəninə hədə-qorxu gəlmək üçün məni göndərir? Burada artıq söhbət düz gəlmir. Sizcə, mən niyə hədə-qorxu gəlməliyəm? Bəyəm Manaf zəif oğlandır? Yəni bu söhbət yalandır, polis də təkzib edib. Sadəcə olaraq, onların ailədaxili davaları var. Kürəkəni cürbəcür açıqlamalar verməklə bəlkə də Manafı qıcıqlandırmaq, bununla da diqqəti özünə cəlb etmək istəyir. Açıqlamasında da qeyd edir ki, heç vaxt mənimlə problemi olmayıb. Bir daha qeyd edirəm, mən axı niyə ona hədə-qorxu gəlməliyəm? O kişi, mən isə qadınam. Sonda da qeyd edib ki, guya məhkəmədə şahidlik edirəm. Bəyəm məhkəmədə şahidlik edən adam hədə-qorxu gəlir? Yəni onun verdiyi açıqlama baş-ayaqdır, ondan heç nə anlamaq olmur”.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verərək qeyd edib ki, məlumatlarda iddia olunan müğənni Manaf Ağayevin keçmiş kürəkəninin şikayəti əsasında N.Ələsgərlinin Nəsimi Rayon Polis İdarəsinə dəvət olunması ilə bağlı yazılan məlumatlar həqiqəti əks etdirmir, bununla bağlı polis idarəsinə hər hansı müraciət daxil olmayıb, adıçəkilən şəxslərdən heç kim idarəyə dəvət olunmayıb.

Xatırladaq ki, Manaf Ağayevin qızı Səmayə ikinci həyat yoldaşı Taleh Hüseynovdan ayrılıb. 21 avqustda Taleh Hüseynov keçmiş xanımı ilə Apelyasiya Məhkəməsində üz-üzə gəlib. Gərgin keçən prosesdə məhkəmə müğənninin qızının xeyrinə qərar çıxarıb.

İş adamı olan Taleh Hüseynov məhkəmədən sonra sosial şəbəkədə canlı yayıma çıxaraq iddialı fikirlər səsləndirib. O, 2015-ci ildə ailə qurduğu Səmayə ilə evliliklərinin cəmi 2 il çəkdiyini, onun psixi pozğunluğu olduğunu və Səmayənin səhhətindəki problemlər üzündən övladları olmadığı üçün ayrılmaq qərarı verdiyini deyib.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi