Bakı polisindən Tolikin sözlərinə — CAVAB
Medeniyyet
Oxunub: 702
27 avq 2019 | 18:19
Bakı polisindən Tolikin sözlərinə — CAVAB

Bakı Şəhər Baş Polis İdarəsi teleaparıcı Tarix Əliyevin (Tolik) polis haqqında iddialarına cavab verib.
İdarənin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev Trend-ə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə, bəzi internet saytlarında teleaparıcı Tarix Əliyevin “Binəqədi rayon icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi” ilə bağlı iddialar səsləndirib: "Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, tərəfimizdən videomaterial araşdırılıb, orada əks olunan kadrlarda polis əməkdaşlarının iştirakı müşahidə olunmur: “Polisə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalandır, əsassızdır”.

E.Hacıyev əlavə edib ki, qeyd edilənləri nəzərə alaraq, polisin adı hallanan məlumatları hazırlayarkən paytaxt üzrə Bakı Şəhər Baş Polis İdarəsi ilə dəqiqləşdirilmə aparılmaqla yayımının təmin olunması jurnalistlərə tövsiyə edilir. Bu davranış tək polisin yox, eyni zamanda cəmiyyətin maraqlarına xidmət edir.

Qeyd edək ki, Tolik polislə bağlı görüntüləri sosial şəbəkədə paylaşaraq, onların ünvanına sərt sözlər ünvanlamışdı:
"Bu "Qaqaş" kimdi belə vətəndaşa deyir ki, "telefonu çək kənara” və hədə-qorxu gəlir?! Bu "Qaqaş" hansı məmur dayısına güvənir hə? Binəqədi rayon İcra Hakimiyyəti bir kasıbın tikdiyi nərdivanı sökməyə bu qədər adam göndərib? Bəlkə, Binəqədidə hektarla yer zəbt etmiş harınlamışların evlərinin kənarına baxsın! Cənab Daxili İşlər naziri dünən açıqlamasında deyib: "Vətəndaşlarla yaxşı davranın!!!”

Sən kimə güvənib belə danışırsan?! İndi çıx ortalığa cavab ver! Bunlar "SOCAR”ın işçiləridir. Bunlar nə haqla vətəndaşa "sök” deyir?! İndi bu qoçuların adamı gəlsin mənə desin ki, "sil bu videonu”. Belələri işdən çıxmalıdır!”
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu