19 ildən sonra tələbə adını qazanan Günel
Medeniyyet
Oxunub: 510
27 avq 2019 | 09:38
19 ildən sonra tələbə adını qazanan Günel

O, 19 ildən sonra tələbə olmaq arzusunu reallaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, söhbət Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi adını qazanan Günel Aslanovadan gedir.

Günel Aslanova 2000-ci ildə Masallı şəhər 3 saylı tam orta məktəbi bitirib. Ailəlidir, 2 övladı var.

O, orta məktəbi bitirəndən uzun zaman sonra ali təhsil almaq barədə qərarından danışıb:

“Dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzum idi. Erkən yaşda atamı və qardaşımı itirdim. Qardaşım könüllü olaraq Qarabağ döyüşlərinə getdi, şəhid oldu. O, çox istəyirdi ki, təhsilimi davam etdirim. Məktəbdə əlaçı olmağıma baxmayaraq, imkansızlıqdan mənim də istəyim olan onun arzusunu yerinə yetirə bilmədim. Ailə həyatı qurdum. Gələcək həyat yoldaşıma əvvəlcədən ali təhsil almaq arzusunda olduğumu bildirdim. Ailə qayğıları, övladlarımın tərbiyəsi ilə məşğul olmaq məni oxumaqdan məhrum etdi. Lakin heç zaman fikrimdən daşınmadım. Qismət belə imiş”.

Günel Aslanovanın sözlərinə görə, o, keçən il sənədlərini vermək istəsə də, qəbulun nə zaman başlayacağından xəbərsiz olub:

“Qeyd etdiyim kimi, orta məktəbi əla qiymətlərlə başa vurdum. İstəyim dini təhsil almaq idi. Keçən il Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yarandı, qərara gəldim ki, hazırlaşım, bu ali təhsil müəssisəsinə qəbul olum. Doğrudur, keçən il sənədlərimi vermək istədim. Lakin sənəd qəbulunun nə zaman başlayacağından xəbərsiz olduğum üçün vaxt ötdü, gecikdim, amma ruhdan düşmədim. Bu il isə 2 aydan da az vaxtda hazırlaşaraq DİM-in qəbul imtahanlarında iştirak etdim, 320 bal topladım”.

O, açıqlamasında Azərbaycan nəyə görə İlahiyyat İnstitutunu seçməsindən də söz açıb:

“10 yaşımdan Ərəb və fars dillərini öyrənməyə başlamışdım. Elə həmin dövrdən Qurani Kərimi oxuyurdum. Arzulayırdım ki, ali dini təhsil alım və dini elmi əsaslarla gənc nəslə öyrədim. Qoy insanlar İslam dini deyəndə onu mollalıq, cəhalət kimi başa düşməsin, onun mütərəqqi cəhətlərini dərk etsinlər. Məqsədim İslam dini və digər dinləri daha mükəmməl öyrənmək və insanlara doğru şəkildə çatdırmaqdır. Təhsilimi magistratura və doktorantura səviyyələrində də davam etdirmək istəyirəm”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu