“Bir az da yaşasam, öləndə ağlayanım olmayacaq” – Fikrət Qoca
Medeniyyet
Oxunub: 478
24 avq 2019 | 22:45
“Bir az da yaşasam, öləndə ağlayanım olmayacaq” – Fikrət Qoca

“Yer kresloda oturmaq demək deyil ki, yer işdir. Bu yeri səsvermə ilə seçirlər. Səs qazanmazdan öncə hörmət qazanmaq lazımdır. Ümumiyyətlə, gərək yazıçı hörmət, ad-san qazansın. Hazırda qurumda 10-dan çox akademik var. Belə bir təşkilat tanınmayan bir gənci rəhbərliyə gətirsə, akademiklər deməz ki, bunlar kimdir?”

Bu sözləri “Yeni Müsavat”a müsahibəsində Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca deyib. Sabah 84 yaşı tamam olacaq şair ad günlərini adətən qeyd etmədiyini bildirib.

“Bir sıra gənc yazarlar tez-tez deyir ki, niyə qurumda 32 ildir ki, katib işləyən Fikrət Qoca və 28 ildir sədr olan yazıçı Anar, yaşlılar yerini, kreslosunu gənclərə vermək istəmir?” sualına Fikrət Qoca belə cavab verib:

“Məşhur, tanınmış əsəri yoxdur, amma sədr olmaq istəyir. Anarı tanıyırlar, ona görə ona səs verirlər. Hər 5 ildən bir bu vaxtı başlayırlar qaynaşmağa, iddia ortaya atmağa ki, sədr olmaq istəyirəm. İddia gərək ölçülsün. Mən kosmonavt olmaq istəyirəm. Amma axı kosmonavt yazıqlar xeyli məşq edir, illərlə bu yolu keçirlər. Bu məsələ də belədir. Biz axı bu işin necə aparılmasını bilirik. İndi deyirlər ki, bu işləri yarımçıq qoyaq, deyək ki, gəl Əhmədağa, bura sənindir? Onlar bilməyəcək işin başı harasıdır, ayağı harası”.

Xalq şairi qeyd edib ki, sədrliyə namizədliklərini verən yazıçıları tanımır: “Vallah yaxşı tanımıram. Çünki mən yazıçıları əsərləri ilə tanıyıram. Özlərini görsəm, bilmirəm yadıma düşər, ya yox. Mən buranı tutub duran deyiləm, hamımız bir gün gedəcəyik. İndi dəli deyiləm ki, qoca vaxtımda durub bura gəlim. Bir gün heç qurultayı gözləməyəcəm, çıxıb gedəcəm. Gəlib işləyə biləcəklər? Bəzən elə kobud şəkildə deyirlər ki, “dur, get!”, adam bilmir hansı ailədən gəliblər. Yazıçı üçün əxlaq ciddi məsələdir?”

Fikrət Qocanın sözlərinə görə, yazıçı Anar ona yerini təklif etsə buna razı olmaz: “Anar həm istedadlı yazıçıdır, həm də çox ziyalı, ciddi insandır. Bununla bərabər onun insanlarla işləmək qabiliyyəti yüksəkdir. Məsələn, düşünürəm ki, ola bilər ki, hansısa məqamda özümdən çıxa, dözə bilmərəm, qarşımdakına ağır söz deyərəm, bunları yəni özümdə hiss edirəm, ona görə ehtiyatlı oluram. Amma Anardan arxayınam, onu 60 ildir ki, tanıyıram. Bir şey olanda gedib onunla məsləhətləşirəm – baxmayaraq ki, ondan 3 yaş böyüyəm, mən də onun qədər təhsil almışam. Anar bu işə layiqdir. Üstəlik, beynəlxalq miqyasda, keçmiş SSRİ məkanında olmuş dövlətlərdə tanınır. Burdan bir məktub gedəndə izah etməyə lüzum qalmır ki, kimdir, nəçidir. Biri gedəndə, deyəndə ki, “məni Anar dəvət edib”, sorğusuz qəbul edirlər. Tutaq ki, burada birini biz tanıyırıq, amma axı onu dünya tanımır. İndi Anarın qədrini bilsinlər ki, işləyir. Anar bilsə ki, bir nəfər belə onun əleyhinə səs verəcək, bir dəqiqə də dayanmaz burda. Hansı ki, sədr olmaq istəyirlər, bir nəfər seçilən kimi, düşəcəklər onun üstünə”.

“Doğum gününüzdə kimdən təbrik gözləyirsiz?” sualını isə Qoca belə cavablandırıb:

“Bu mənim üçün böyük iş deyil axı. Artıq yaşlaşmışam. Elə bilirəm ki, bir az da yaşasam, öləndə ağlayanım olmayacaq. İnsan nə qədər yaşayar? Özü də 3 dəfə ölüb-dirilmişəm. İnsan sadəcə, onun arxasınca baxan nəvəsi və yaxud övladının nigaran, qorxu dolu baxışını fikirləşir, bax bu çox dəhşətlidir…”
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu