Adam döydürən, “razborka” aparan müğənnilərimiz – Fotolar
Medeniyyet
Oxunub: 598
16 avq 2019 | 10:44
Adam döydürən, “razborka” aparan müğənnilərimiz – Fotolar

Özlərini “avtoritet” hesab edən xanım sənətçilərin sayı daha çoxdur

“Anam mənə görə adam döydürüb. Üç nəfər ailəmizin içi kimi idi. Mənə qarşı səhv etmişdilər, anam da paylarını verdi”.

Bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun son müsahibəsində qeyd edib. Gənc sənətçinin bu açıqlaması sosial şəbəkələrdə, mətbuatda müzakirələrə səbəb olub, birmənalı qarşılanmayıb. Əksəriyyət müğənni Rəqsanə İsmayılovanın özünü “avtoritet” kimi aparmasını tənqidlə qarşılayıb, bu cür davranışın cinayət əməli olduğunu qeyd edib.

Qeyd edək ki, buna qədər bir çox sənətçilərin özlərini kriminal avtoritet kimi apararaq adam döydürdüyü, “razborka”ya çağırdığı barədə məlumatlar yayılıb. Məsələn, 2015-ci ildə müğənni Röya Ayxanın “razborka” qalmaqalı uzun müddət gündəmdən düşməmişdi.
Adam döydürən, “razborka” aparan müğənnilərimiz – Fotolar
Belə ki, müğənni özünün “İnstagram” səhifəsində gizli çəkilmiş bir video paylaşmışdı. Videogörüntülərindən belə bəlli olurdu ki, müğənni sosial şəbəkədə onun ünvanına təhqiramiz ifadələr işlədən gənci taparaq, onunla şəxsən “razborka” aparıb. Bundan sonra bir sıra güc strukturları məsələyə qarışaraq, müğənninin qanundankənar hərəkətə yol verdiyi üçün onun cəzalandırılacağını bildirmişdi.

Vəkil Adəm Məmmədov isə Röyanın bu əməlinin cinayət xarakteri daşıdığını və müğənninin cəzalandırılmalı olduğunu bildirmişdi. Vəkil müğənninin gizli çəkiliş edib, yaymaqla vətəndaşın konstitusion hüquqlarını pozduğunu qeyd etmiş və bununla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlamışdı. Bir qədər sonra müğənnini təhqir edən şəxs ondan şikayətçi olmadığını və müğənni ilə barışdığını qeyd etmişdi. Bununla belə, müğənni tələsik olaraq ölkəni tərk etmişdi. İddialara görə, müğənni olaylara tab gətirə bilmədiyindən ölkə xaricinə çıxıb.
Adam döydürən, “razborka” aparan müğənnilərimiz – Fotolar
Röya Ayxanın 2012-ci ildə də “razborka” aparması ilə bağlı məsələ ortalığa çıxmışdı. Mətbuatda yayılan məlumata görə, məclislərin birində Röya Ayxan və həmkarı Elton arasında mübahisə düşüb. Röya bununla bağlı uzun müddət dostluq etdiyi, hüquq-mühafizə orqanlarında işləyən dostundan Eltonu cəzalandırmasını istəyir. Həmin şəxs də Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini sillələyəndən sonra onun başına silah dirəyiblər. Ona “bir də Röyaya gözün üstə qaşın var, desən, səni öldürərik” tipində hədə-qorxu gəliblər.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da şikayət ərizəsi yazdıqdan sonra əməliyyat hazırlanır. “Bandotdel”in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək, idarəyə aparırlar. Bundan sonra Elton da BMCMİ-yə dəvət olunur. Müstəntiq müğənniləri üzləşdirib və Röya hüquq mühafizə orqanında işləyən dostunun vasitəsilə cəzalandırdığını rəsmən etiraf edib. Bundan sonra həmin şəxsin də “Bandotdel”də ifadəsi alınır və işdən azad edilir. Müğənni Röya Ayxan isə həmin ərəfələrdə telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirmişdi. Deyilənə görə, o zaman onun ölkədən getmək istəyi bu hadisə ilə bağlı olub.
Adam döydürən, “razborka” aparan müğənnilərimiz – Fotolar
İllər öncə mərhum İlhamə Quliyevanın da dəfələrlə adam döydürdüyü barədə iddialar yayılmışdı. Həmin iddialardan birini məşhur ifaçı Flora Kərimova irəli sürmüşdü. Onun sözlərinə görə, müğənni Teymur Əmrah “Flora Kərimova mənim ustadımdır” deməsinə görə İlhamə Quliyeva onu döydürüb. Teymur da bununla bağlı ATV-də “Çal-çağır” verilişində açıqlama vermişdi. Müğənni Teymur Əmraha bununla bağlı sual ünvanlananda, o, bu barədə danışmaq istəmədiyini demişdi.
Adam döydürən, “razborka” aparan müğənnilərimiz – Fotolar
Müğənni Manaf Ağayev də ötən il “razborka” qalmaqalının cənginə düşmüşdü. Mətbuatda yayılan iddialara görə, müğənni yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi “razborka”ya çağırıb. Həmin şəxsin anası oğlunun bağışlanması üçün müğənniyə yalvarıb. Yenicag.az-a açıqlama verən M.Ağayev həmin qadının şəhid anası olduğu üçün onun övladını bağışlayıb:

“Mətanətlə 20 ilin dostlarıyıq. Adamlar bilirdilər ki, Mətanətin dostuyam. Buna görə də mənə zəng etdilər. Hadisəni araşdırmaq üçün həmin adamları çağırıb, bir məkana yığdım. Bəlli oldu ki, həmin videonu yayan oğlanın anası şəhid anasıdır. Anası bizə yalvardı, həmin adam qarşımızda diz çökdü. Biz anaya dedik ki, sən niyə üzr istəməlisən, sən şəhid anasısan, başını dik tut. O yalvardı ki, oğlumu bağışlayın. Buna görə də həmin adamı bağışladıq, məsələni həll etdik”. Lakin müğənni sonradan bu cür açıqlama vermədiyini, dediklərinin təhrif olduğunu demişdi.
Adam döydürən, “razborka” aparan müğənnilərimiz – Fotolar
Müğənni İzzət Bağırovun da 2017-ci ildə restoranda adam döydürdüyü barədə məlumatlar yayılmışdı. İddialara görə, toy məclisində yaranmış insidentə görə müğənninin Elçin adlı cangüdəni və şadlıq evinin mühafizəçisi məclis sahibinin yaxın qohumunu döymüşdü. Məlumata görə, davaya səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ.Bağırovu təhqir etmələri olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar arasında əlbəyaxa dava olub.
Adam döydürən, “razborka” aparan müğənnilərimiz – Fotolar
Müğənni Afət Fərmanqızı isə ötən il televiziya verilişlərinin birində “El arasında Afətə niyə ”anakonda” deyirlər?” sualına belə cavab vermişdi:

“El arasında mənə ”avtoritet” deyirlər. Mənə deyirlər, filankəs özünü yaxşı aparmır. Mən də bir zənglə həll edirəm. Təbii ki, söhbət şou-biznesdən gedir”.(musavat.com)
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu