Azərbaycanda öz qohumu ilə cinsi münasibətdə olanların sayı artıb - Tanınmış psixoloqdan ŞOK AÇIQLAMALAR
Medeniyyet
Oxunub: 671
14 avq 2019 | 17:17
Azərbaycanda öz qohumu ilə cinsi münasibətdə olanların sayı artıb - Tanınmış psixoloqdan ŞOK AÇIQLAMALAR

Son zamanlar bölgələrdə şəxsin öz qohumu ilə cinsi münasibətdə olması, qohumu ilə xəyanət etməsi, ailəli qadınla münasibətə girən şəxslərin linç edilərək videoya çəkilməsi və sosial şəbəkələrdə yayılması halları artıb. Bu kimi halların artmasının səbəbləri nələrdir? Ölkədə fahişəliyi leqallaşdırmaqla bu cür halların sayını azaltmaq olarmı?

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı mütəxəssislərə müraciət etdik. Saytımıza danışan tanınmış psixoloq Gülnar Orucova bildirib ki, son vaxtlar regionlarda bu kimi halların sayı artıb və bunların sosiallaşması da cəmiyyət üçün problemdir:

“Əvvəllər rayonları, kəndləri misal çəkərdilər ki, orada saflıq, düzgünlük qalıb, oradakı insanlar safdır, qohumcanlıdılar. Amma bunu bu gün üçün deyə bilmərik. Çünki, bölgələrdə elə hadisələr baş verir ki, heç Bakıda elə hadisə yaşanmayıb. Bu məsələnin birinci tərəfi. Digər tərəfdən, bəzən insanlar düşünürlər ki, yaxın qohumdursa, aralarındakı intim münasibətin üstü açılmaz. Amma hər bir münasibətin üstü əvvəl-axır açılır və bu biabırçılıqlar üzə çıxır. Üstəlik biz bu xəbərləri sosiallaşdırdıqda başqa problem üzə çıxır. Nə baş verir? Digər insanlar görür ki, belə hadisələr olur, bunu etmək olar. Uşaqlarda sədaqətsizlik yaranır, düşünürlər ki, evlənib boşanmaq da olar, evli olub xəyanət etmək də”.

Psixoloq hesab edir ki, fahişəliyin leqallaşdırılmasının müxbət cəhətləri olsa da, bizim ölkədə bu mümkünsüzdür:

“Bəzi dünya ölkələrində fahişəlik leqaldır. Məsələn, Almaniyada analiz verib, ödəniş edib intim münasibətə girirlər. Amma bu gün üçün biz ölkə olaraq buna hazır deyilik. Cəmiyyət bunu qəbul edəcək durumda deyil. Bizi Almaniya, Hollandiya ilə müqayisə etmək olmaz. Bizdə din o qədər üstün mövqe tutur ki, fahişəliyin qanuniləşdirilməsi çox çətin məsələ olar. İnsanlara nəyi qadağan edirsənsə, ona meyl edirlər. Açıq-aşkar olanda çox da meyl etmirlər. Fahişəlik əgər leqallaşdırılsa, həm də SPİD xəstələrinin sayı azalar”.

Mövzu ilə bağlı seks terapevt, psixoloq Təhmasib Cavadzadəyə müraciət etdik. O bildirdi ki, fahişəliyin qanuni olmasının tərəfdarıdır:

“Mən fahişəliyin leqal olmasının əleyhinə deyiləm. Bir yer olmalıdır ki, insanlar gedib öz cinsi ehtiyaclarını ödəsinlər. Məsələn, əgər şəhərdə ictimai tualetlər olmasa, ehtiyacı olanlar kol, ağac dibinə, binaların bloklarına gedəcəklər. Leqal yerlər yoxdursa və camaat ora gedə bilmirsə, cəmiyyətdə pozğunluq artır. Başlayırlar təcavüz etmələ, ailə dağıtmağa. Əgər fahişəlik leqal olsa, belə hallar tam yox olmasa da, sayı azalacaq. Leqal yer olsa bilərlər ki, gedib orada ehtiyacımı ödəyə bilərəm. Daha küçədə kiməsə söz atmaq, tanış olmaq kimi halların qarşısı alınar. İnsanların seksual ehtiyaclarını ödəmələri üçün bir yer olmalıdır. Yer olmayanda insanlar bilmirlər ki, bunu harada axtarsınlar. Cinsi ehtiyac insanı sıxdığı zaman o qeyri-adi hərəkətlər edə bilər. Normal vaxtda kiminsə namusuna göz dikməyən adam, cinsi ehtiyacı olan zaman bunu edə bilər.

Bölgələrdə baş verən xəyanət hadisələri ilə bağlı danışan Təhmasib Cavadzadə deyib ki, bu cür insanlar anormal insanlardır və fahişəliyin leqallaşdırılması bunun qarşısını ala bilməz:

“Qaldı ki, qohumu ilə cinsi münasibət yaşayan insanlara. Bu hallar anormal hallardır, psixoloji cəhətdən problemləri olan insanlardır. Bu cinsi münasibətin asılılığı da ola bilir. Lakin, fahişəliyin leqallaşdırılması bu halların qarşısını ala bilməyəcək. Çünki, cəmiyyətdə cinsi pozuntulu insanlar, fetişizm pozuntulu, sadist, mozaxist insanlar var, pedofillər var. Bunlar hər cəmiyyətdə var və olub. Fahişəliyin leqal olduğu cəmiyyətlərdə də var belələri. Bunlar da uşaqlıqda keçirdikləri cinsi travmalardan yaranır”.

Xəyanət edən kişilərin döyülərək linç edilməsi, videolarının yayılması haqqında isə terapevt belə deyib:

“Bu videoları çəkib yayan insanlar psixoloji cəhətdən sağlam insanlar deyillər. Onların hər hansı bir natamamlığı var ki, onlar bu əməllə nəyisə sübut etməyə çalışırlar. Öz arvadını döyüb, başını qırxan və videoya çəkib paylaşan insan bununla kompensasiya etmək istəyir. Normal insan ya xəyanəti bağışlayar, ya ayrılar, ya da öldürə bilər. Öldürmək normal olmasa da, sağlam düşüncəli insan bunu əsəbi vaxtda edə bilir”.(Metbuat.az)
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik