Xəyanət “trendi” — kişidə mentalitet, qadında “çətir” axtarışı
Medeniyyet
Oxunub: 549
12 avq 2019 | 23:45
Xəyanət “trendi” — kişidə mentalitet, qadında “çətir” axtarışı

Son illər gənclərin bir-birinə xəyanət etmələri adi hala çevrilib. Sevərək evlənən cütlüklərin belə bir müddət sonra xəyanət səbəbindən ayrıldıqlarının şahidi oluruq. Hətta 10, 15, 20 və ya 30 il ailəli olan şəxslər belə xəyanətə görə ayrılırlar. Bunun kökündə nə dayanır?
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Oxu.Az-a açıqlamasında sevərək və ya sevmərək evlənən qadın və kişinin bir-birinə xəyanət etməsinin kökündə inamsızlığın olduğunu bildirib:

“Psixoloji problemlər mühüm rol oynayır. İlk gündən bir-birinə qarşı etimazsızlıq, inamsızlıq, məsuliyyətsizlik, ətraf mühitin təsiri, müdaxilələr kifayət qədər öz təsirini göstərir. Həmçinin, sosial şəbəkələr, ailə münasibətləri, çevrədə müəyyən təsirə malikdir. Elm və texnika o qədər inkişaf edib ki, təkcə sosial şəbəkə ilə deyil, başqa vasitələrlə də bu proseslər həyata keçirilir.

Ümumiyyətlə, cəmiyyətdə bu prosesin özü hansısa formada dəstəklənir. Əvvəlki illərə baxanda indi ümumi qınaq yoxdur. Ailə münasibətlərində bir-birinə dəstək yoxdur. Kifayət qədər qadınların irəli çəkilməsi üçün stilmullaşdırıcı mesajlar olsa, bunlar olmaz. Amma indi qadınların təhsili və peşəsi yoxdur.

Bir çox hallarda belə təhsildən yayınmalar var. Bu səbəbdən qadın ən yaxşısını axtarmağa başlayır ki, öz iqtisadi vəziyyətini düzəltsin. Bunun kökündə iqtisadi amil dayanır. Çünki qadın özünün güclənməsini yox, bir çətirin altından başqa çətirlərin altına keçidi əsas götürür.

Məsələn, müəyyən ilə qədər atanın, sonra isə ərin çətiri olur. Daha sonra isə ərin çətirinin onu yaxşı müdafiə eləmədiyini görür. Qadınlar öz gücünü artırmaq, öz ayaqları üstündə dayanmaq üçün daha asan, tez və əlverişli mühit axtarışına çıxır. Burada da özünü təsdiq etməyin yeni tendensiyası gündəmə gəlir. Özlərini bu yolla təsdiq etdiklərini göstərirlər. Amma neqativ təsdiq formasıdır. Hər ikisində bu, psixoloji amildir”.
Mehriban Zeynalova hesab edir ki, kişilərin xəyanəti həmişə olub və hamı buna ənənəvi bir hal kimi baxır:

“Qadınları daha çox qınayırlar. Hesab edilir ki, kişi orqanizmi bu rəngarəngliyə alışıb və belə də olmalıdır. Bu, norma və qaydadır. Yəni kişinin xəyanəti mentalitet hesab olunur.

Bu cür mesajlar xəyanət üçün kifayət qədər dəstək verir. Bəzən qadınların özləri deyir ki, mənim xoruzumun başqa damda banlaması fərq eləməz. Əsas evə gəlməyidir. İllərlə, əsrlərlə bu fikirlərə dəstək verilib. Amma indi bir az sosial ruhlar dəyişib. İndi xanınlar öz həyatlarına bu formada rəng qatırlar. Qadınlarda bu daha çox özünütəsdiq və psixoloji amillə bağlıdır”.

Birliyin sədri xeyli gizli və yaxşı örtüyə bürünən xəyanətlərin olduğunu vurğulayıb:

“Hətta ailə içərisində həm qadın, həm də kişi xəyanət edə bilər. Amma heç kəs onu duymaz. Bu, şəxsin özünün ikili həyatının nə dərəcədə yaxşı formalaşdırmasından asılıdır”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib