Boşanma, ayrılıq, intihar… – Son illərin “TikTok” kabusu
Medeniyyet
Oxunub: 628
7 avq 2019 | 15:08
Boşanma, ayrılıq, intihar… – Son illərin “TikTok” kabusu

Dünyada 500 milyondan çox aktiv izləyiciyə sahib video və canlı yayım platforması olan “TikTok” gənclərin və evli ailələrin başına bəla olub.

“Qafqazinfo” xəbər verir ki, platforma ilk olaraq əyləncə məqsədilə yaradılsa da, gizliliyin qorunması və təhlükəsizlik baxımından olan boşluqlar valideynləri narahat etməyə başlayıb. Odur ki, artıq onlar dünyanın dörd bir yanından tətbiqin bağlanması üçün müraciətlər edirlər.

Məzmun məhdudiyyəti olmadığından platfomaya yüklənən videolara görə boşanma, ayrılıq, intihar kimi halların sayının artdığı da bildirilib.
Boşanma, ayrılıq, intihar… – Son illərin “TikTok” kabusu
Bununla yanaşı, hətta “TikTok”dan istifadəyə icazə verilmədiyi üçün intihar edənlər belə var. Məsələn, Hindistanda 2 uşaq anası əri “TikTok”dan istifadə etməyə icazə vermədiyi üçün intihar edib. Artıq tətbiq İndoneziya və bir çox ölkələrdə qadağan olunmağa başlayıb. Daha çox intihar və hadisələrin baş verdiyi Hindistan və Çində isə yüklənmiş videolar ciddi nəzarətə alınıb. Əslində 18 yaşından kiçik şəxslər üçün “TikTok”da hesab açmaq valideyn razılığı şərt olsa da, bu qanun praktikada işləmir.
Boşanma, ayrılıq, intihar… – Son illərin “TikTok” kabusu
Hətta tətbiq istifadəçilərinin 40%-i 18 yaşdan kiçikdir. Bu səbəbdən də ABŞ-ın Federal Ticarət Komissiyası “TikTok” platformasını 5,7 milyon dollar cərimələyərək tənzimləyici xidmətdən 13 yaşdan kiçik uşaqlar tərəfindən çəkilən videoları bloklamağı və cəriməni ödəməyi tələb etmişdi. Tətbiqin əsas uğurunun səbəbi “Vine”ın qısa video formatı, “Snapchat”ın filtrləri, “Musical.ly”nin dodaq sinxronizəsini bir araya toplamasıdır. Gündəmdə olmaq, məşhurlaşmaq, daha çox bəyənilmək həvəsində olan gənclər müxtəlif videolarla qısa müddətdə bu arzusuna çatırlar. Ancaq bu məşhurluq bəzi hallarda mənfi hallarla nəticələnir.Hazırda ölkəmizdə də sözügedən platformaya maraq böyükdür. İstifadəçilərin videoları instaqram və digər sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə çıxarılır. Dəfələrlə mediada Bulvarda icazəsiz boruların üzərinə çıxaraq təhlükəli vəziyyətdə video çəkənlərlə bağlı məlumatlar yayılıb. Hətta bir nəfər “TikTok” çəkilişi üçün sözügedən ərazidə üzmək istəyən zaman boğularaq ölüb.Bundan başqa, Şəkidə tibb bacısı iş vaxtı video çəkmiş və sözügedən video gözlənilməz dərəcədə məşhurlaşdığı üçün baş həkimlə problem yaşanmışdı. Bundan başqa, bir neçə gün öncə intihar edən 17 yaşlı Gülər İsmayılova da ağlayaraq çəkdiyi son videonu burada paylaşmışdı.

Hazırda 13-17 yaş aralığındakı “TikTok” fenomenlərinin instaqram səhifələri maraqla izlənilir. Belə ki, 100-150 min izləyicisi olan yeniyetmə və gənclər artıq müxtəlif şirkətlər tərəfindən reklam təklifləri də alırlar.

Qeyd edək ki, “TikTok” 2016-cı ildə Çin şirkəti “ByteDance” tərəfindən hazırlanıb.Boşanma, ayrılıq, intihar… – Son illərin “TikTok” kabusu
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh