“Xocalı haqda sinif yoldaşlarıma məlumat verdim, müəllim məni sinifdə saxladı”
Medeniyyet
Oxunub: 525
6 iy 2019 | 09:11
“Xocalı haqda sinif yoldaşlarıma məlumat verdim, müəllim məni sinifdə saxladı”













Amerikalı gəncin Azərbaycan sevdası

Amerika Birləşmiş Ştatları elm-təhsil sahəsində dünyanın inkişaf etmiş dövlətlərdən biri olsa da, burada Azərbaycanı bir ölkə kimi çox az sayda adam tanıyır. Hansı ölkədən gəldiyini, Azərbaycanın harada yerləşdiyini soruşanlara anlatmaq üçün xeyli izah etməli olursan. Belə bir cəmiyyətdə 18 yaşlı amerikalı gəncin ölkəmizdə baş verən hadisələrə, xalqımızın mədəniyyətinə, tarixinə bu qədər həssas yanaşması məni çox heyrətləndirdi və qərara gəldim ki, onunla görüşüb yaxından tanış olum.

Haqqında söhbət açdığım Matt Garnett ABŞ-ın Miçiqan şatatında yaşayır. Haslet şəhərindəki orta məktəblərdən birini təzə bitirib. Bir sıra Asiya ölkələrinin tarixinə bələd olan bu gənc Azərbaycana da biganə deyil. Dediyinə görə, hələ 11 yaşında olarkən Miçiqan Dövlət Universitetində dekan vəzifəsində çalışan əmisinin Azərbaycana işlə bağlı səfər etməsi onda ölkəmizə maraq yaradıb və o, həmin vaxtdan internet vasitəsi ilə ölkəmizlə bağlı bilgi əldə etməyə başlayıb.

Matt “Facebook” internet səhifəsində ingilis dilini bilən xeyli azərbaycanlıyla tanış da olub. Onlarla vaxtaşırı əlaqə saxlayır, Azərbaycan haqqında fikir mübadilələri aparır.

Azərbaycan mədəniyyətinin vurğunudur. Azərbaycan müsiqisindən xüsusi zövq alır, saatlarla dinləməkdən yorulmur. Azərbaycanla bağlı nələri bilirsən, deyə soruşanda: “Ölkəniz haqqında çox şey bilirəm”- söylədi.

Sən demə, ingilis dilində internet versiyası olan bütün elektron qəzetlərimizi mütamadi izləyir. Öz “Facebook” səhifəsində ölkəmizin təbliği ilə bağlı xeyli işlər də görüb. Qarabağ həqiqətlərini amerikalı həmyaşıdlarına, eləcə də Avropa və Asiyadan olan dostlarına çatdırmağa çalışır. Bu sizə problem yaratmır ki, sualıma Matt təbəssümlə cavab verib, bir neçə hadisə haqqında danışdı: “Yeddinci sinifdə oxuyurdum, Xocalı soyqırımı, ermənilərin vəhşilikləri haqqında məktəb yoldaşlarıma məlumat verdiyimi görən erməni müəllimimiz məni cəzalandıraraq sinifdə saxladı və nahar fasiləsinə buraxmadı. Bundan əlavə “Facebook”da paylaşdığım statuslara görə tez-tez ermənilərdən tənəli mesajlar alıram”.

Məktəbdə tədbirlərin birində ermənilərin təcavüzünə qarşı, telefonuna yüklədiyi Azərbaycan himnini səsləndirərək hamının ayağa qalxmasını xahiş edəndə də Matt qınaqlara tuş gəlmişdi.Deyir ki,- “Nə qədər çətin olsa da, bacardığım qədər ermənilərin Qarabağda törətdikləri vəhşiliklər haqqında məlumatlar yayacam və Azərbaycan xalqının zəngin mənəvi dəyərlərə malik bir xalq olduğunu hər yerdə söyləyəcəm”.

Bəli, Matt Azərbaycanda olmağı, ölkəmizi yaxından tanımağı arzulayır. Amma hələ ki, bu arzusunu gerçəkləşdirə bilmir. İnanıram ki, ölkəmizdəki əlaqədar təşkilatlar ABŞ-da Azərbaycan sevdası ilə yaşayan bu amerikalı gənclə tezliklə maraqlanacaq, arzusuna çatmasında yardımçı olacaqlar.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO