Ölümü də gözəl olan qız – Sevdiyinə görə səhnədən gedən “Nəsimi”nin Şəmsi
Medeniyyet
Oxunub: 544
3 in 2019 | 13:23
Ölümü də gözəl olan qız – Sevdiyinə görə səhnədən gedən “Nəsimi”nin Şəmsi













1949-cu ildə köhnə Bakının sıx məhəllələrindən birində, hələ sakinlərin bir-birinin sevincinə biganə qalmayan, kədərinə şərik olan gözəl vaxtında bir qız dünyaya gəldi. Adını Almaz qoydular, Almaz Əsgərova. Yəqin bu ad sizə heç nə demədi. Elə isə bir nağıl danışım.

Biri vardı, biri yox idi, Bakının yüzlərlə, minlərlə gözəlləri arasında bir qız da vardı. Bu qız istər zahiri görkəminə, istərsə də təbiətinə görə bütün başqa qızlardan fərqlənirdi. Həm də çox istedadlı idi. Bu istedad onu Ə. Əzimzadə adına rəssamlıq məktəbinə gətirdi. Gözəl rəsmlər çəkirdi, müəllimləri onun böyük rəssam olacağına şübhə etmirdilər. Bir gün heç kimin gözləmədiyi halda bu qız rəssamlıq məktəbini atıb sənədlərini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə verdi və qəbul olundu. Nədənsə burda da özünü tapa bilmədi, amma bir oğlanla tanış oldu və bu tanışlıq onun taleyini müəyyən etdi. Nağılımızın ikinci qəhrəmanın adı Azərdir, soyadı Süleymanov.



Adil İsgəndərov onu Xuraman obrazı üçün hazırlayırdı

Azər Süleymanov Moskvada kinorejissorluğu bitirib Bakıya qayıtmışdı. Təsadüfən tanış olduğu birinci qəhrəmanımız Almaza aktrisa olmağı o məsləhət görür. Deyir, səni kinofilmlərdə görürəm. Bu məsləhətlə Almaz mənsəbindən çıxıb dağa-daşa atılan çay kimi elə bir məcrasına tuş gəlir. Həm də sevdiyi adamla sevdiyi peşə eyni vaxtda onun həyatına daxil olur. Kinostudiyada Adil İsgəndərovun kursuna daxil olan Almaza ustadı “Sən gözəl aktrisa olacaqsan”, – deyir. Bu minvalla Azər Süleymanovla Almaz Əsgərovanın birgə, amma çox qısa həyat yolları başlayır.


Almaz bir-birinin ardınca maraqlı obrazlar yaradır – “Qanun naminə”də Salamatovun xanımı, “Mən ki gözəl deyildim”də Elmira, “Ulduzlar sönmür” də Fatimə. Daha sonra “Bir cənub şəhərində”, “Məhəbbət, məhəbbət”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi” filmlərinə çəkilir. Ustadı Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayırdı. Ustadın ölümü bu ideyanın həyata keçməsinə mane olur. Həmin illərdə aktrisa Tacikfilmdə “Rüstəm və Söhrab” filmində baş rola çəkilir. Nəhayət, Almaz həyatın diktəsi ilə kinoda ən yaddaqalan, nə yazıq ki, son obrazına həyat verir – “Nəsimi” filmindəki Şəmsə.

Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi. Bu illər ərzində Almazla Azərin bir oğulları olur. Adını İlham qoyurlar ki, iki yaradıcının pərisi öz övladları olsun.

“Adı Şəms olan göylərdə qərar tutsun gərək”

Bu fikri filmdə onun tərəf müqabili Miranşah deyir. Bir də onu deyir ki, səni özümlə aparmalı oldum, Şəms. Təsadüflər bəzən insan həyatında misilsiz rol oynayır. Bəlkə Miranşahın dili ilə Almazı ölüm aparırmış. Onsuz da gələn bir gün getməlidir, amma nə olaydı vaxtsız ölümlər, amansız ayrılıqlar olmayaydı…



Almazın bacısı Səmayə xanım xatırlayır ki, Azərla Almaz birbirilərini əfsanəvi məhəbbətlə sevirdilər, yeganə övladları hər ikisinin canı idi:

“Bu üç varlıq elə bil bir candan nəfəs alırdı. Real həyat onlarlıq deyildi, nə isə başqa bir dünya üçün doğulmuşdular elə bil”.

Bütün çəkilişlərə bir yerdə gedirlərmiş. Azərin tənqidini də Almaz ürəklə qəbul edər, məsləhətlərinə qulaq asarmış. Hər yerdə birlikdə olublar. Yalnız bircə dəfə Azər Almazdan ayrılıqda səfərə çıxıb. Azər ümumi iş üçün Moskvaya yollanıb və geriyə tabutda qayıdıb. O gündən Şəmsin günəşi batıb.

“Bəs nə deyim, məni sənsiz görəndə?..”

Almaz dost-tanışdan, qohum-əqrəbadan, sevimli insanından olduğu kimi, sevimli sənətindən də ayrılıb iç dünyasına çəkilir. O dünyasına ki Azərdən qeyrisinin daxil olması mümkün deyildi. Kinodan ayrılıb ki, Azərsiz kimsə ona başqa gözlə baxmaq fikrinə düşər. Milli Dram Teatrına dəvət ediblər, “Mən sənətdən getmişəm”, – deyə cavab verib.

Qapalı həyatı isə onu məhvə sürükləyir. Elə bil bilə-bilə məhvə doğru gedib. Azərinə qovuşmağın yeganə yolunu könüllü seçib. 11 ayın içində amansız xəstəliyə düçar olan Almaz Əsgərovanın gözləri 1988-ci ilin qızmar avqustunda dünyaya əbədi qapanır. Qapanır ki, Azərli dünyaya açılsın.

Biri vardı, biri yoxudu, bir qız vardı…Bu qız bütün həmyaşıdlarından həm zahiri görkəminə, həm də təbiətinə görə seçilərdi. Ölümü ilə də seçildi…
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı