Zəhranın bayramı...
Medeniyyet
Oxunub: 644
1 in 2019 | 22:41
Zəhranın bayramı...














Bu gün bütün dünya Ümumdünya Uşaqlar Gününü qeyd edir. Azərbaycanda da 1 iyun müxtəlif tədbirlərlə, uşaqları sevindirəcək addımlarla bayram edilir.

"Qafqazinfo" modern.az-a istinadən xəbər verir ki, lakin gələcəyimiz olan körpələrin gününü bayram edərkən uşaqlığını yaşaya bilməyən, müharibə şəraitindəki bir dövlətin vətəndaşı kimi düşmən gülləsinə tuş gəlmiş balalarımızı da unutmamalıyıq. Nə qədər acı olsa da, biz tək qızğın müharibələrdə deyil, elə atəşkəs dövründə də düşmənin öldürdüyü uşaqları yaddan çıxarmamalıyıq .

1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs rejimi elan olunub. Halbuki təkcə bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb.

2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində, Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlov həyatını itirib.

Zəhranın bayramı...









Həmin vaxt balaca Fariz başından ağır yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib.

2015-ci il aprelin 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutması nəticəsində isə 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən ağır yaralanıb.

2016-cı ildə də erməni terrorunun qurbanı olan körpələrimizin xəbərini oxuduq. Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub. Uşağın anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır xəsarət alıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq, Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman balaca Aygün oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.

Zəhranın bayramı...









2016-cı il aprelin 5-də isə erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Tərtər rayonunun Həsənqaya kənd sakini, 16 yaşlı Həsənova Turanə dünyasını dəyişib.

Həmin il iyulun 14-də Tovuzun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayeva, onun 8 yaşlı qardaşı Tuncay ağır yaralanıblar.

2017-ci ilin iyul ayının 4-də saat 20:40 radələrində isə bütün ölkəni sarsan balaca Zəhranın qətli baş verdi. Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Zəhranın bayramı...










Ermənistan tərəfinin bu təxribatı nəticəsində 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı və onun nənəsi 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı həlak olublar.

Həmin ilin avqustun 8-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutması nəticəsində 2004-cü il təvəllüdlü 13 yaşlı Ramin Yusifov ağır yaralanıb.

Azərbaycanlı uşaqları ən qəddar üsullarla qətlə yetirmək ermənilərin əsas məqsədidir. Hələ 1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 23-ü uşaqdır. Ancaq şahidlər öldürülən uşaqların sayının daha çox olduğunu deyirlər.

1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq, hər iki tərəfini qaynaq ediblər.

Borunu hündür uçurumdan dərəyə ataraq, körpələri amansızlıqla qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşaqları yenə boruya dolduraraq, hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstünü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar. 1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnib. Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq idi.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...