Ölmək də BAHALAŞDI... - İTTİHAM
Medeniyyet
Oxunub: 404
31 may 2019 | 20:00
Ölmək də BAHALAŞDI... - İTTİHAM













Son zamanlar Bakı sakinlərinin ən böyük problemlərindən biri də rəhmətə gedən yaxınını dəfn etmək üçün qəbiristanlıqlarda məzar yerinin tapılmamasıdır. Vətəndaş sanki ölmüş şəxsin cənazəsi ilə birgə bir –bir qəbiristanlıqları dolaşmalıdır ki, haradasa boş yer tapsın. Söhbət yerin olmamasından getmir. Təbii ki, bütün qəbiristanlıqlarda ən azı bir nəfər üçün qəbir yeri tapmaq mümkündür. Lakin həmin əraziyə nəzarət edən şəxslər onu daha imkanlı ölü yiyəsinə satmaq istəyir ki, problem də sünii şəkildə bu məqamda yaradılır. Qəbiristanlığa nəzarət edən şəxslər ilk növbədə qəbir yeri olmadığını deyirlər. Üstüörtülü şəkildə onun istədiyi məbləği verməyə razı olduğunu bildirdikdə isə, elə “məzənnə” deyir ki, mat qalırsan. Bir sözlə, Bakıda qəbiristanlıqlarda belə varlı ilə kasıb arasında bax bu cür fərq qoyulur.

Qanunla qəbir yerlərinin pulla satılması qadağan olunsa da, bəzi işbazlar qəbiristanlıq biznesi ilə məşğuldurlar. Bu sahədə cavabdeh olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil -Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin səlahiyyətliləri qanunda olan bir sıra boşluqdan istifadə edərək örtülü şəkildə açıq bazar açırlar.Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq bazarla qarşılaşmalı olur. Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti ayrı-ayrı qəbiristanlıqlarda məzar yerinin qiymətindən də xəbərdardır.

Qeyri-rəsmi rəqəmlərə görə, ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min manatdır. Bakının mərkəzindəki qəbir yerləri dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Paytaxtla müqayisədə Bakıdan kənarda qəbir yerləri nisbətən ucuzdur. Məsələn, Bakıda 200 manatdan 8 min manata qədər qəbir yerləri satılsa da, bir qədər paytaxtdan kənarda, məsələn, Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 400-500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 800-1000 manatdan ucuz deyil

Amma Bakı şəhər İcra Hakimiyyəti Mənzil -Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestində bu göstərdiyimiz rəqəmləri heç kimə sübut edə bilməzsən. Burada el adəti dərhal misal çəkilir və müxtəlif bəhanələr gətirilir. Qeyd edək ki, bu sahəyə birbaşa nəzarət edən Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev artıq neçə illərdir burada çalışır. İcra Hakimiyyətinin başçısının şəhər qəbirstanlıqlarındakı hərc-mərcliyə göz yummasına Cavanşir Tağıyev sadəcə şərait yaradır. Elə Biləcəri qəbirstanlığında Hacı Cabirə yaratdığı şərait kimi.

Aktualinfo.org onlayn qəzet redaksiyasına verilən məlumatlara görə Hacı Cabir sözügedən qəbirstanlığa müdir təyin olunması heç bir il deyil. Amma bu bir il ərzində Hacı Cabir artıq kifayət qədər vətəndaşı narazı yola sala bilib. Bu narazılıq qəbirstanlıqda boş yerin olması ilə bağlı deyil. Narazılığın əsas səbəbi qəbir yerlərinin qiymətinin qaldırılmasıdır. Etiraz edən vətəndaşlara isə Hacı Cabir qiymətlərin onun tərəfindən deyil, İcra Hakimiyyəti tərəfindən qaldırıldığıını bildirir. Vətəndaşlar isə söhbətin hansı İcra Hakimiyyətindən getdiyini bilmədiklərini qeyd edirlər. Elə bir mətbuat orqanı olaraq bizə də maraqlıdır və bunu aydınlaşdırmağa çalışacağıq ki, Hacı Cabirin dediyi İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyəti deyil ki? Bu Bakı şəhər İcra Hakimiyyəti olmasa da, qurumun Əhaliyə Vətəndaşlıq Xidməti Trestidir. Yəqin Hacı Cabir İcra Hakimiyyəti dedikdə məhz Cavanşir Tağıyevin idarəsini nəzərdə tutur. Axı qəbristanlıqlarda onlardan başqa qiymətləri kim qaldıra bilər ki?(Aktualinfo.org)
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest