Bürclər: 23 may
Medeniyyet
Oxunub: 537
23 may 2019 | 09:00
Bürclər: 23 may



Qoç – əlavə işlər görməyin. Gün xoşagəlməz sürprizlər vəd edir. Həddən artıq diqqətli, sərvaxt olun. Ev işlərini qulaqardına vurmayın.

Alış-verişdə çox pul xərcləməyin.

Günün ikinci yarısında mübahisəyə qatılmayın. Əsəbisiniz. Emosional davranışınız işləri korlaya bilər.

Yad təsirdən qorunun, məramlarınızdan əl çəkməyin.

Yaxşı tanımadığınız insanla sirr bölüşməyin.

Axşam saatları ciddi məsələlərin müzakirəsi üçün əlverişli deyil.

Buğa – şanslar və imkanların bol olduğu gündür. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Maneələr və sədlər sizi sapdırmamalıdır. Hadisələrin yeni mərhələsi formalaşır. Yeni planlar qurun.

Günün ikinci yarısında aktiv fəaliyyət göstərin. Görəcəyiniz işləri dəqiqləşdirin. Problemin çözümünə ailə üzvlərini də cəlb etmək olar.

Yaradacılıqla məşğul olmaq da mümkündür.

Axşam saatlarında normal istirahət etməyə can atın. Özünüzü rahat hiss etdiyiniz yeri seçin.

Əkizlər – praktik olun, situasiyanı qiymətləndirin. Məqsədə doğru əzmlə hərəkət edin. Maraqsız və mənasız işlərə vaxt sərf etməyin.

Fəaliyyət sizdən qarşılıqlı anlaşma və yaxşı reaksiya tələb edir. Yeniliklərlə bağlı tələsik fikir yürütməyin. Fərqli ritm olmalıdır. Əməkdaşlığın şərtlərini təhlil edin.

Günün ikinci yarısında dominion mövqe tutmağa can atırsınızsa, ətrafınızdakı insanların istəklərini qulaqardına vurmayın. Bəzi hadisələri təxminləyə bilsəniz, vəziyyətə təsir rıçaqlarına yiyələnəcəksiniz.

Hədəfə çatmağın daha asan, sərfəli yollarını tapın.

Şəxsi münasibətlərdə təşəbbüsü ələ alın.

Xərçəng – dostların və tanışların təkliflərindən istifadə edin. Yeni tanışlıq, faydalı mübadilə üçün əlverişli zamandır.

Kənardan təsirlər azdır. Maraqlandığınız işlə məşğul ola bilərsiniz. Formalaşan situasiyanın tələblərini nəzərə alaraq fəaliyyətinizdə bəlli korrektələr edin.

Təcili olmayan məqamların həllini ertələyə bilərsiniz.

Günün ikinci yarısında yazışma informativ olacaq. Müzakirələri gərəkli saydığınız məcraya yönəldin. Bundan sonrakı prioritetləri müəyyənləşdirin.

Axşam saatları romantik anlar vəd edir.

Şir – mühüm işlərdən birində ləngimələr və təxirəsalmalar yarana bilər. Problemlərin sayı artacaq. Maneələrin dəf olunması vaxt və qüvvə tələb edir. Kobud səhvlərə yol verməyin. Başqasının yanlışlığını bağışlamağı bacarın.

Günün ikinci yarısında irəliyə doğru hərəkətdə fərqli istiqamət seçə bilərsiniz. Kənar təsir altına düşməyin. Prosesi qismən də olsa, nəzarətdə saxlmağa çalışın. Fəaliyyətinizin keyfiyyətini, səmərəsini artırın.

Axşam saatlarında gərginlikdən qurtulun. Pozitiv olun. Stressin quluna çevrilməyin.

Qız – əsas məsələni diqqətdə saxlamaqla yanaşı, təfərrüatlara və xırdalıqlara da fikir verin. Səmimi, qayğıkeş olun. İntriqalardan uzaq durun. İşdə rəhbərliyin tapşırığını vaxtında yerinə yetirin. Emosiyalara uymayın. Əks halda sonradan sizi pərişan edəcək hadisə baş verə bilər.

Günün ikinci yarısında müxtəlif məlumatlar alacaqsınız. Hiperaktivlik etməyin, ünsiyyəti mübahisələrlə “zənginləşdirməyin”.

Fəaliyyətinizi dürüst planlaşdırın. Sövdələşmə və yeni layihələr üçün münasib zaman deyil. Məşğul olduğunuz işi tamamlayın.

Şəxsi münasibətlərdə sərinlik yarana bilər. Səbrli olun.

Tərəzi – çoxdan bəri reallaşdırmaq istədiyiniz işə başlamaq üçün əlverişli vaxtdır. Tələskənliyə yol verməyin, aramla çalışın. Yarımçıq işlər qoymayın.

Yaxın ətrafınızdakı insanlarla bağlı narazılıq yarana bilər. Fəqət, gərginlik yaratmayın, münaqişə səbəbkarına çevrilməyin. Proseslərə kənar müdaxilə yolverilməzdir.

Günün ikinci yarısında bəzi əlaqələri bərpa etmək mümkündür. Bəzi məsələlər nəzərdə tutduğunuzdan artıq vaxt və zəhmət tələb edəcək. Şəraitin diqtə etdiyi seçim imkanları məhduddur. Axşam saatlarında maraqlı təklif ala bilərsiniz.

Əqrəb – eqoist olmayın, təşəxxüslü və xudbin insan təsiri bağışlamayın. Tərəfdaşınızın maraqlarını nəzərə alın. Ehtiyatları artırın, fəaliyyət arealını nizama salın. Stabilliyə ehtiyacınız var.

Böyük xərclər tələb edən zamandır. Maliyyə vəsaitinizi nəzarətdə saxlayın. Yalnız, gerçəkdən də, ehtiyac duyduğunuz əşyalar alın.

Günün ikinci yarısında planlar dəyişəcək. Sizə dəyər verən insanların yardımları ilə problemi həll edə bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla manipulyasiya etməyin. Bütün fikrinizi işə yönəldin, nəticə əldə etməyə çalışın.

Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan – təmaslarda və müzakirələrdə mövqelərinizdən geri çəkilməyin. Vədlərə əməl edin, anlaşmaların şərtlərini pozmayın. Yeni layihəyə tələsmədən başlayın.

Yalnız etibar etdiyiniz tərəfdaşla, sınanmış insanlarla işləyin. Böyük maliyyə xərcləri tələb edən innovasiyaları təxirə salmaq olar. Sənədləşdirmədə gecikmələr olacaq. Sorğu və ya məktublar cavabsız qala bilər.

Günün ikinci yarısında potensialınız və qüvvələriniz dürüst hesablanmazsa, ifrat yorğunluq istisna deyil. Diqqət mərkəzində olmağa can atmayın.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Oğlaq – problemlərin mahiyyətini və yaranma səbəblərini araşdırın. Ünsiyyət çevrənizi genişləndirin. Yeni tərəfdaşlara ehtiyacınız var.

Mənasız söhbətlərə qatılmayın. Dedi-qoduların daşıyıcısına sevrilməyin.

Parlaq yeniliklər və maraqlı olaylar gözləyirsinizsə, zənninizdə aldana bilərsiniz. Daxili rahatlığı dəyərləndirin. Gələn xəbərləri təhlil edin.

Riskə aludə olmayın, avantüralara qatılmayın.

Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Həmkarlar və ya tərəfdaşların tənqidlərinə aqressiv reaksiya verməyin.

Axşam saatlarında evdə faydalı işlə məşğul olun. İntellektual işlərlə yanaşı, fiziki təmrinləri də unutmayın.

Dolça – günün ilk yarısında planlarda dəyişiklikər labüddür. Yaxınlarınızdan birinin təcili yardıma, köməyə ehtiyacı var. Çətin vəziyyətə düşən insana laqeyd qalmayın. Görüləsi işlərin sayı artacaq. Narahat olmayın, ağır problemlərin öhdəsindən gələ bilərsiniz.

Günün ikinci yarısında şəxsi münasibətlərdə emosiyaların əsiri olmayın. İnadkarlıq etməyin, qarşı tərəfi anlamağa çalışın. Sözlərinizə diqqət verin.

Yaşam arealında qayda yaradılması sizə estetik həzz verə bilər. Daxili harmoniyaya nail olun.

Balıqlar – yaşam arealınızda yeniliklərə başlamaq olar. Bəzi məqamlarla və əlaqələrlə vidalaşmalı olacaqsınız. Qətiyyətli olun, iradəli davranın. Təmir, dəyişikliklər, yenilənmələr üçün pis gün deyil.

Günün ikinci yarısında qüvvənizi və enerjinizi ünvanlaya biləcəyiniz istiqamətləri dəqiqləşdirin. Yarımçıq işləri başa vurun. Fəaliyyətdən maksimal gəlir əldə etməyə çalışın. Yaxın ətrafınızdakı insanlar sizi dilə tutur, nəyəsə vadar etməyə can atırlarsa, “yox” deməyi bacarın.

Planlarınızda olmayan məsələlərə çoxlu vaxt və səylər ayırmayın. Münaqişəli situasiyalarda təmkinli davranın, səbrli olun.

Karyeranızda yeni perspektivlər var. Amma hələlik hər şey danışıqlar və müzakirələr səviyyəsindədir.(Milli.Az)
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest