Floridada yaşayan azərbaycanlı göz həkimi – Fotolar
Medeniyyet
Oxunub: 623
21 may 2019 | 15:44
Floridada yaşayan azərbaycanlı göz həkimi – Fotolar













Altıncı sinfədək Bakıdakı incəsənət gimnaziyasında oxusa da tam orta təhsilni ABŞ-ın Florida ştatında başa vurub. 2006-2008-ci illərdə Brovard Kollecində təhsilini davam etdirərək biologiya üzrə kiçik elmi işçi ixtisasına yiyələnib. Eyni zamanda 2007-2008-ci illərdə göz xəstəlikləri mərkəzində həkim köməkçisi işləyib. 2008-ci ildə Bakıda qohumlarının toyunda iştirak edərkən halı pisləşib. Azərbaycanlı həkimlərin müayinəsindən sonra məlum olub ki, qanında “xərçəng” vardır. Təcili Amerikaya qayıdıblar. Kuba əsilli bir həkim müalicəni öz üzərinə götürüb və bir il onu təmənnasız müalicə edib. Əvvəlcə onun ömrünün sonuna iki həftə qaldığını söyləsə də, necə deyərlər, möcüzə nəticəsində müalicə müsbət nəticə verib…

…Atası Nazim Kərimov indiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Bakıda yaşayarkən ticarət sahəsində çalışıb. Hazırda Floridada tikinti-təmir şirkətinə rəhbərlik edir. Anası Diana xanım atası Nazim bəylə eyni ali təhsil ocağını bitirsə də bu gün Floridada mühasib işləyir…

Floridada yaşayan azərbaycanlı göz həkimi – Fotolar










Tam sağaldığına əmin olandan sonra o, Florida Beynəlxalq Universitetinə müraciət edir və qəbul olunur. 2009-2014-cü illərdə həmin universitetdə təhsil alaraq bioloq ixtisasına yiyələnir. Arada ailə qurduğuna görə iki il analıq məzuniyyətində olur. Eyni zamanda 2008-2011-ci illərdə başqa bir göz xəstəlikləri mərkəzində yenidən həkim köməkçisi kimi çalışır. 2014-cü ildə Nova Cənub-Şərq Universitetinin tibb fakultəsinə daxil olur. Və oranı 2018-ci ildə göz həkimi kimi başa vurur. Bir il internatura keçərək optometrist-həkim ixtisasına yiyələnir. Hazırda dəvət olunduğu göz poliklinikasında öz ixtisası üzrə işə başlamağa hazırlaşır…

…Ömür-gün yoldaşı Rayen Vinsent amerikalıdır. Daşınmaz əmlakın satışı ilə məşğuldur. İki qızı vardır. Böyük qızı Vera 7, ikinci qızı Erin isə 5 yaşındadırlar. Yeri gəlmişkən, toyu Floridada Azərbaycan adət-ənənəsinə uyğun keçirilib. Necə deyərlər, “vağzalı”yla gəlin köçüb…

Floridada yaşayan azərbaycanlı göz həkimi – Fotolar











İspan, rus, ingilis dillərini mükəmməl bilir. Arzuları böyükdür. Nə vaxtsa özünün göz xəstəlikləri klinikasını yaratmaq istəyir. Qızlarını gələcəkdə bir azərbaycanlı xanım kimi görməyə tələsir. Hətta onları Esmira xanım Bayramovanın rəhbərlik etdiyi “Florida Azərbaycanlıları Cəmiyyəti”nin təşkil etdiyi azərbaycan dili kurslarına da aparır. İdmanın üzgüçülük növü ilə məşğul olmağı xoşlayır. Sakit okeanda üzməkdən zövq alır. Göz xəstəlikləri ilə bağlı və eləcə də dedektiv kitabları oxumaqdan yorulmur…

Deyir ki,- “Həyat yoldaşım amerikalı olsa da Azərbaycan mətbəxinin təamlarını çox bəyənir. Toyuq cığırtması, dolma, plov, şəkərbura onun sevimli yeməklərindəndir. Qızlarım isə paxlavanı daha çox sevirlər”…

Bəli, yer üzündə milyardlarla insan yaşayır. Hər birinin öz həyat kredosu vardır. Kimisi varlanmaq, kimisi şöhrət sahibinə çevrilmək, kimisi ailəsini dolandırmaq üçün iş tapmaq, kimisi azad olmaq, kimisi …., kimisi …, kimisi… Milyardlarla insanın yaşam məqsədini yazıb ifadə etmək çox çətindir. Amma sizinlə haqqında danışdığım ölümün pəncəsindən qurtulan göz həkimi Zenfira Kərimova- Vinsetin həyatda nail ölmaq istədiyi məqsədi yaxşı bilirəm. Özü də etiraf etdi: “Hər gün bir nəfərə sevinc bəxş etmək”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər