Faiq Ağayevdən çox özəl müsahibə – Xəyanət, deputatlıq, pul, çılpaqlıq… (FOTOLAR)
Medeniyyet
Oxunub: 722
17 may 2019 | 14:38
Faiq Ağayevdən çox özəl müsahibə – Xəyanət, deputatlıq, pul, çılpaqlıq… (FOTOLAR)














Son günlərdə deputatlığa namizəd olması ilə gündəmə gəldi. Rəsmi heç bir addım olmasa da, Faiq Ağayevin niyyəti çoxları tərəfindən müsbət qarşılandı. Onu sevənlərdən, izləyənlərdən tutmuş deputatlara qədər hər kəs dəstəklədi.

Bu yaxınlarda ATV-də Bədii Şuranın üzvü təyin edilən xalq artisti, Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən veriləcək səsləri də elan edəcək.

Bütün bunlar F.A ilə görüşə bəhanə oldu və ona suallarımızı ünvanladıq. Xalq artisti mətbuata, jurnalistlərə yaxınlığı, dostluğu ilə həmişə fərqlənir. Suallardan yayınmır, səmimi cavablayır, olduğu kimi davranır. Bu müsahibəmizdə də alışdığımız durum dəyişmədi.

Faiq Ağayevin “Minval.info”ya özəl müsahibəsi:

– İllər öncəyə nəzər salsaq, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova, Samir Bağırovun yaratdığı bir sənət reallığını görürük. O zaman ifa olunan mahnıları hələ də unutmuruq, kliplərinin hər kadrını xatırlayırıq. İndi isə mahnılar 1 aylıq, kliplər 3-4 günlükdür.

– O zaman cəmiyyətin sosial tələbi belə idi, dəyişikliklər arzulayırdı. Biz klassik Azərbaycan mahnı, aranjeman, mətn formatından çıxıb, yeni musiqi tərzi təklif etdik. Hamımız ehtiyat edirdik ki, qəbul olunmaz. Lazımi vaxtda səhnəyə gəldiyimiz üçün rəğbətlə qarşılandı.

İndiki zəmanədə keyfiyyət deyil, kəmiyyət önəmlidir. Mahnını nə qədər adam dinlədi, nə qədər çox efirə çıxdım, “Youtube”, “Facebook” və “İnstagram” səhifəmdə nə qədər izləyici var. Bunlar önəmlidir. Kəmiyyətə keçmişik deyə keyfiyyət kənarda qalıb. İndi kommersiya mahnıları da var. Bu gün səslənir, bir ay sonra, başqa mahnı çıxanda, unudulur. Biz gəlişimizlə sənətə yeni nəsil bəstəkar, şair və söz yazarı cəlb etdik, yeni musiqi dili tapdıq. Hal-hazirda isə peşəkar bəstəkarlar kənara çəkilib, incik düşüblər sanki. İndi meydanda, demək olar ki, ancaq mahnı yazarlarıdır. Onların bəstəkarlardan fərqi nədir? Biri peşəkar olaraq mahnı yazır, digəri telefona mahnı zümzümə edir.

Faiq Ağayevdən çox özəl müsahibə – Xəyanət, deputatlıq, pul, çılpaqlıq… (FOTOLAR)









– Bu bəstəkar, şair və söz yazarlarının, yoxsa müğənnilərin şansı idi?

– Hamımızın şansı idi, hamımızın bəxti gətirdi. Yeni aranjemançılar yetişdi. Bəlkə, nə vaxtsa, bizim 90-larda yaratdığımız qayıdacaq. Tamaşaçı ona verilən keyfiyyətsiz mahnılardan bezməlidir ki, yenidən gözəl mahnılar tələb etsinlər.

– O zamanlar Aygün Kazımovanın geyimləri, Faiq Ağayevin klipləri açıq-saçıq idi. O dövrə görə qəbuledilməz idi, amma qəbul edildi, bəyənildi.

– Açıq-saçıq deyildi, sərbəst idi, azad idi.

– O zaman bu qədər linç edilmirdi. İndi məşhurlar linç edilir, təhqir olunur, onlara yuxarıdan aşağı baxılır. Qadın müğənnilər əxlaqsız damğası yeyir. O zaman Aygün Kazımova çimərlik geyimində görüntülənəndə düşünmürdük ki, əxlaqsızdır, bütün bədəni görünür.

– Çünki Aygün artistdir. Biz elə düşünüb, elə edirdik ki, yenilik gətirək sənətə. Əsl inqilabçı idik. İndi sənət mentalitetə bağlanıb, bu isə incəsənətin uçurumu deməkdir. Qədim zamanlardan incəsənət ümumbəşər dəyərlərə arxalanıb, konkret mentalitetə bağlı olmayıb. Sevgi-məhəbbət, səhv hərəkətin mütləq cəzasının verilməsi, ilahi ədalət və s. o qədər mövzular olub ki… İroniyalı mahnılar olub, əyri-üyrülük gülərək çatdırılıb. Məsələn: “Yox, yox, yox” mahnısı şorgözlüyə, yalançı hacılığa həsr olunub.

İfa edir:



Sənə qurban Hacı,

O dedi: yox, yox, yox, yox.

Hacı yar möhtacı,

O dedi: yox, yox, yox, yox.

Sonra yaşlı kişilərin gənc qızlarla evlənmək istəməsi tənqid olunub:

Düz dolan, düz otur, ay kişi,

Yaş ötüb, deyəsən, yetmişi,

Bir dənə ağzında yox dişi,

Bir utan! Qızına aşiq olarmı adam?!

İndi qızlar özləri pullu, yaşlı kişilərlə münasibət qurur. Və bundan heç bir utanc hissi duymurlar.

– İndi bəzi tanınmış xanımlar bununla fəxr edir. Bəziləri çıxıb efirdə deyir ki, “Mən filan kəslə sevgiliyəm, mənə lüks həyat yaşadır, maşın, villa aldı” və s. Onlar həm də pis nümunə olurlar. Bəlkə, o bəzilərinə görə müğənnilər əxlaqsız damğası yeyir?

– Biz müəllimi dərs soruşduğu, həkimi ağ xalat geyindiyi üçün tənqid etmirik. Biz artistlər də həyatımızda yaşamadığımız hadisələri dilə gətiririk. Mən “Aldatdı məni” deyəndə həqiqətən xəyanətə uğramış olmuram. Bu peşəkarların mənim üçün qurduğu bir roldur.

1996-cı ilə “Şəms” jurnalının üz qapağında yarıçılpaq vəziyyətdə idim. Heç kim məni linç etmirdi. Bilirdilər ki, bu fotosessiyadır. Amma məqsəd sırf soyunmaqdırsa, o başqa məsələdir, onu məzəmmət etmək olar. Mən həkim, psixiatr obrazlarını canlandırmışam, amma həkim, psixiatr deyiləm. Ona görə “filankəs filankəslə klipdə öpüşdü, serialda yatağa girdi” və sair hallar tənqid edilməməlidir. Biz güzgü deyilik. Güzgü – xəbərlərdir. Biz darayırıq, gözəlləşdiririk, məhəbbəti şişirdirik, qəhrəmanı göyün yeddinci qatına qaldırırıq. Bizim etdiklərimiz sizin beyninizi, ürəyinizi “qıdıqlamaqdır”.

Faiq Ağayevdən çox özəl müsahibə – Xəyanət, deputatlıq, pul, çılpaqlıq… (FOTOLAR)









– Elə götürək sizin “Ayrılma məndən” mahnısına çəkilən klipi. O zaman mən məktəbdə oxuyurdum və İlkin Həsəni ilə Vəfa Zeynalovanın oynadığı obraz mənə pis təsir etmişdi, günlərlə düşünmüşdüm. Bu gün isə kliplər elə deyil, yoxsa yanılıram?

– Haqlısınız. Mən peşəkar rejissorlarla çalışmışam. İndi gördüyünüz klipləri isə əksərən qeyri-peşəkarlar çəkir. O üzdən də təsiredici, düşündürücü deyil. İnsanlar onların təsiri altına düşmür.

Bir də mənim janrımda oxumayan müğənniyə görə məni, estrada, pop musiqisində olan hamımızı məzəmmət edirlər. Bu doğru deyil. Əzəldən musiqi iki yerə bölünüb: peşəkarların musiqiləri və özfəaliyyətin, həvəskarların oxuduqları. Bədii özfəaliyyət, qeyri-bədii fəaliyyət və hər hansı qələtdirsə, mən onlara görə cavabdehlik daşımamalıyam. Futbolçu deyiləm ki, özümdən başqa 10 nəfərə də cavabdeh olum. Siz efiri, sosial şəbəkələri zəbt edən keyfiyyətsiz musiqiyə görə bütün müğənniləri qınaya bilməzsiniz. Mən sənətkar kimi də, ekranda yaratdığım obraz kimi də başqayam, ayrıyam, peşəkaram.

İndi hamının şəxsi həyatını ortalığa tökürlər. Heç vaxt şəxsi həyatımı nümayiş etdirməmişəm. Mən Sənətdən danışıram. Kimsə evdə şortikdə gəzir, şuba geyinirsə, bu öz işidir. Bunu kimsə gizlin çəkir, oğurlayıb göstərirsə, mövzu qıtlığındandır. İctimai təhlükə olarsa, kimsə oğurluq edərsə, şiddət göstərərsə, qanuna zidd hərəkət edirsə, o zaman gündəm ola bilər. Bunun xaricində insanların şəxsi həyatına “girişmək” olmaz.

– Telekanallarda Bədii Şura yaradılıb. Siz də ATV-də Bədii Şuranın üzvüsünüz. Bədii Şura ilə bağlı sosial şəbəkələrdə müzakirələr çox oldu.

– Ümid və inam ən son ölən gözləntilərdir. Biz təkliflərimizi vermişik. Heç nə bir dəqiqəyə həll olmur. Ən azı yeni mövsümü gözləsinlər. Keyfiyyət baxımından fərqlilik olmasa, o zaman tənqid edərlər. Sosial şəbəkə istifadəçiləri 10 milyonluq xalqın 3-5 faizidir, onların da içərisində ağzıgöyçəklər ola bilər. Hər şeyi xalqın adından danışmaq olmaz.

Biz şuranın iclasında tale yüklü məsələlərdən danışdıq. İnsanlar televiziyalara, xəbər portallarına, sənət adamlarına inanır. Onların inamı puç çıxanda, aqressivləşirlər. Gözləsinlər. Uşağı bağçadan universitetə aparmazlar, məktəb var. Ona görə ən azı 5-6 ay gözlənilməlidir. Hara tələsirik? Onsuz da dibdəyik. Əvvəl valideyn iş görəndə uşağı televiziyanın qarşısında qoyurdu. İndi televiziyaya baxan uşaq bıçağı götürüb valideyni bıçaqlayar. Mən də şişirdirəm, amma durum həqiqətən pisdir.

Faiq Ağayevdən çox özəl müsahibə – Xəyanət, deputatlıq, pul, çılpaqlıq… (FOTOLAR)














– Bəzi məşhurlar nə qədər linç edilsə də, onların davranışında heç bir dəyişiklik yoxdur.

– Linçin mənası olmur, çünki cəza qaçılmazlığı yoxdur. Xocalı soyqırımının il dönümündə və ya hansısa ağır günümüzdə toy-bayram edənlər var, amma yenə efirdədirlər. Xalqın hiddətinə səbəb olan qalaq-qalaq media personaları var. Ora siyasətçilər, məmurlar, müğənnilər, aktyorlar, idmançılar daxildir. Onlara cəza verilmir deyə tez-tez ağızlarına gələni danışırlar. Cəza verilsə, hərəkətlərinə fikir verərlər, özlərini kontrolda saxlayarlar. İctimai qınağı aradan götürüb, ictimai lağ-lağını gətirmişik.

Son 7-8 ilin müğənnilərini bəyənirəm, onlar fərqlidir. Cavan müğənnilər bizdən nümunə götürməlidir, ona görə özümü daima sərt nəzarətdə saxlayıram.

Yoxsa ki, cibinə 1000 manat basacaq deyə, sənəti olmayanın alnından öpürsən, sonra sənəti olanı tənqid edirsən. Sənət sözünün “s” hərfi olmayanın alnından öpürsənsə, başqa müğənniyə “qıjı” deyə bilməzsən.

– “Eurovision” başlayıb. Final günündə siz ilk dəfə səsləri səsləndirəcəksiniz. Təmsilçimiz Çingiz haqqında nələr düşünürsünüz?

– Çingiz “Yeni ulduz”da mənim qarşımda ilk çıxışlarını edib. O həm iddialıdır, həm də gözəl səsə malikdir, peşəkarlığa yiyələnən biridir. “Eurovision” formatına tam uyğundur. Səsi qədər, özü də yaraşıqlıdır. Çingizin ilk onluğa düşəcəyini əminliklə deyirəm. Amma incəsənətdə proqnoz vermək çox çətindir. Mahnını və Çingizin bacarığını nəzərə alsaq, bəlkə də, ilk beşliyə də daxil olacaq. Amma rəqiblərini də gərək canlı-canlı dinləyək. Mən 1996-cı ildən bar-bar bağırırdım ki, məni “Eurovision”a göndərin. Amma artıq yaşım keçib. Bu il səsləri mən çatdıracağam. İnanıram ki, uğurlu olacaq.

– Bir müddət öncə deputatlığa namizəd olacağınız haqqında xəbərlər yayıldı. Hələ də deputat olmaq istəyiniz gündəmdədirmi?

– Həmkarınız Lalə Əlimuxtarova “Sizi ciddi siyasətdə görürəm” dedi. Mən də “Niyə də yox?” cavabını verdim. Heç yerdə deməmişəm ki, deputatlığa namizəd olacağam. Deputatlığa namizədlik məsələsi gündəmimdədir. Amma hələ konkret qərar verməmişəm.

– Normalda sənətçilərin siyasətə qoşulmaq istəməsi tənqid olunur. Sizdə isə bu hal yaşanmadı.

– Allah mənə ağıl verib. 31 ildir ki, tamaşaçımla ünsiyyətdəyəm. İnsanların məni dəstəkləyəcəyini bilirəm. Çünki bazara da gedirəm, xalq arasına da çıxıram. Onlar hər zaman səmimi və onları sevən Faiq Ağayev görüblər.

– Bir az da şəxsi suallara keçək. F.A-ya görə eşqin qanunu nədir?

– Sevgi bir nəfərin işi deyil, gərək qarşılıqlı ola, münasibəti iki nəfər çiynində daşımalıdır. Hazırda eşqin qanunu – anlayışlı olmaq, kompromisə gedə bilməkdir.

– Faiq Ağayev neçə dəfə aşiq olub və sizə görə insan neçə dəfə aşiq ola bilər?

– Bir var “həmişəbahar”lar – harada gəldi, qarşısına çıxanı “sevir”. Bir də var qarşına elə adam çıxır ki, dəli olursan. Mən iki dəfə aşiq olmuşam. Çox güclü sevmişəm.

– O sevgini ürəyinizdən necə atmısınız, yoxsa qəlbinizdə qalıb?

– Mən o insanı içimdən, qəlbimdən, ruhumdan atmamışdan öncə ona dəfələrlə şans verirəm. Gərək insan uzun müddət səhvlər etsin ki, həyatımdan çıxarım. Bir dəfə başa salıram, sonra xəbərdarlıq edirəm, sonra yenidən danışıram, əgər düzəlmirsə, bir dəfəlik həyatımdan silirəm. 2 saat sonra heç yadıma da düşmür. Ona verdiyim qayğı, diqqət, sevgini dəyərləndirmirsə, həyatımdan silirəm.

Faiq Ağayevdən çox özəl müsahibə – Xəyanət, deputatlıq, pul, çılpaqlıq… (FOTOLAR)











– Uzun illərdir ki, “Aldatdı məni” mahnısı dillər əzbəridir. Bəs, Faiq Ağayevə nə vaxtsa xəyanət edilib?

– Aldadılmışam, amma xəyanət görməmişəm. Sevdiyim insan mənə fiziki baxımdan xəyanət etməyib, amma mənəvi baxımdan xəyanət edənlər olub. Həyatımda üzümə gülüb, arxadan başqa təmənnalar güdən insanlar olub. Fiziki baxımdan mənə xəyanət etmək, məndən sonra 6-cı, 7-ci kateqoriyaya aşağı düşməkdir. Bu qiymətli tacı atıb, gedib başına taxta tac qoymaqdır. (gülür)

– Bəs, Faiq Ağayev xəyanət edibmi?

– Əgər sevdiyimdən doyuramsa, qəlbimi, ruhumu doldurursa, ondan ləzzət və həzz alıramsa, niyə ağzımın dadını dəyişməliyəm ki?

– Hazırda Faiq bəyin qəlbi doludur?

– Sevmək istəyirəm. Biz həmişə bizə sahib çıxacaq birini axtarırıq. Kişilər də qayğı istəyir, xanımının etibarlılığı ilə ona sahib çıxmasını istəyir. Dünyada qayğını sevməyən insan yoxdur.

Könül İbrahim
Fotolar Elgün Əliyə məxsusdur.
Minval.info
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO