Ali məktəb tələbələrinə ŞAD XƏBƏR
Medeniyyet
Oxunub: 613
15 may 2019 | 22:53
Ali məktəb tələbələrinə ŞAD XƏBƏR











Təhsil Nazirliyinin rəsmi açıqlamasına görə, tələbələrin problemlərinin tezliklə tam həll olacaq.

“İki qız qalacağıq, bir nəfər axtarılır”, “Otaq yoldaşı axtarıram” və s. sözlərini tələbələrdən tez-tez eşidirik. Azərbaycanda çoxsaylı universitet fəaliyyət göstərsə də, yataqxana problemi hələ də tam olaraq həllini tapmayıb.

Minval.info-nun xəbərinə görə, təhsil eksperti Kamran Əsədov Redaktor.az-a açıqlamasında bildirib ki, problemin həllində özəl yataqxana təcrübəsindən yararlanmaq lazımdır:

“Yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri isə öz yataqxanalarının qayğısına qalaraq təmir edib, müasirləşdirib. Lakin buna baxmayaraq, yataqxanaya ehtiyac yenə də qalmaqdadır. Bu ehtiyacın aradan qaldırılması üçün özəl yataqxanalar tikilə bilər. Dünya təcrübəsinə əsasən, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Eyni zamanda, dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib, pul da qazana bilərlər. Tələbənin bu şəraitdə heç bir problemi olmur. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Lakin hələ də təklif kimi qalıb”.

Ekspertin fikrincə, yataqxana probleminin həllində iş adamlarının rolu da əhəmiyyətli ola bilər:

“İş adamları yataqxana tikib, tələbələrin ixtiyarına verə bilər. Bu işdə dövlətin də onlara kömək etməsi lazımdır. Məsələn, dövlət torpaq sahələrini pulsuz verə bilər. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə bilər. Bu metod universitetlərə də gəlir gətirə bilər”.

Təhsil Nazirliyindən sorğumuza verilən cavaba görə, hazırda tələbələrin yataqxana probleminin həlli ilə bağlı əsaslı işlər görülür:

“Respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 157 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 120 947 ( bakalavr), 11 740 ( magistr) nəfər Bakıda təhsil alır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni 800 yerlik yataqxanası istismara hazırdır. Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik olan üç yataqxanasının əsaslı təmir işləri başlanılıb. Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanır və cari ildə başlanması nəzərdə tutulub. Bununla yanaşı, Asiya İnkişaf Bankının dəstəyi ilə İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət-Özəl sektor Tərəfdaşlığı vasitəsi ilə Bakı Dövlət Universiteti və ADNSU üçün tələbə yataqxanalarının tikintisi üzrə Texniki Yardım layihəsi həyata keçirilir”.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO