Çingiz Abdullayev: “O belə vəhşi bəyanatlarla çıxış etmir”
Medeniyyet
Oxunub: 544
13 may 2019 | 23:39
Çingiz Abdullayev: “O belə vəhşi bəyanatlarla çıxış etmir”














“Liverpul”un baş məşqçisi Yurgen Klopp əsil peşəkar və dahi mütəxəssisdir. Bu, həqiqətən belədir”.

Bunu Azərbaycanın tanınmış yazıçısı Çingiz Abdullayev sosial media hesabında deyib.

O, “Liverpul”un baş məşqçisi Yurgen Kloppun Avropa Liqasının finalının Bakıda keçirilməsi barədə xoşagəlməz fikirlərinə münasibət bildirib: “Amma onun Bakının seçimi ilə bağlı dedikləri məni təhqir etdi. O soruşub ki, final oyununun keçirilməsini Bakıya həvalə etdikdə səhər yeməyində nə yeyiblər? İndi isə mən herr Kloppdan dəqiqləşdirmək istəyirəm. O mənim ölkəmin ünvanına belə nalayiq ifadələr işlədərkən səhər nə yemişdi? Alman Kloppa sadəcə xatırlatmaq istəyirəm ki, milliyyətçi sosializmin ideologiyası əsasında xalqların “arilər” və məhvə məhkum ikinci dərəcəlilərə bölünməsi durur. Bütün bu slavyanları, yəhudiləri, qaraçıları. Əlbəttə, yox. O belə vəhşi bəyanatlarla çıxış etmir. Amma başqa ölkə və başqa xalqa çox güclü elementar laqeydlik təsiri bağışlayır”.

Yazıçı Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatına da münasibətini açıqlayıb:

“Böyük Britaniya sivilizasiyanın inkişafına və mədəniyyətə xüsusi töhfə verib. Öz dili, öz tarixi, öz ədəbiyyatı, elmi və musiqisi ilə. Mənim bu ölkəyə hörmətim hədsizdir. Amma turistlərin Bakıda gecə hücumundan ehtiyatlanmalı olması ilə bağlı bəyanat çox yanlışdır. Mənə son illərdə yaxınlığında xaricilərin soyulduğu bar və restoran göstərin. Heç olmasa bir neçə dənə. Yoxsa sübut etmək lazımdır ki, Bakı Londonla müqayisədə daha təhlükəsizdir. Bu gün Bakı MDB ölkələrinin ən təhlükəsiz şəhərlərindən biridir. Son illərdə biz bütün dünyaya yayımlanan beynəlxalq tədbirlər keçirmişik. Haradasa xaricilərlə bağlı münaqişə barədə eşitməmişəm. Hətta əksinə, ingilis azarkeşlərin çılğınlığından ehtiyatlanmalıyıq ki, onların da bəzilərini Avropa qitəsinə buraxmırlar. Centlemenlər, yaxşı deyil. Tam düzgün deyil. Mən qıcqırmış vətənpərvər və millətçi deyiləm. Amma ölkəmlə xalqımı nümayişkaranə və haqsız yerə acılayırlarsa, sadəcə olaraq susa bilmirəm”.

Xatırladaq ki, Avropa Liqasının finalı mayın 29-da keçiriləcək. Həlledici görüşdə “Arsenal” “Çelsi” ilə üz-üzə gələcək.
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO