Ləman Ələşrəfqızı: ""Şərəfsiz" dedikləri cəbhədə döyüşəndə İlkin heç bozbaş da bişirə bilmirdi"
Medeniyyet
Oxunub: 1 147
22 may 2015 | 13:03
Tanınmış telejurnalist, ANS-in əməkdaşı Ləman Ələşrəfqızının keçmiş iş yoldaşı, ATV-nin "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva haqda hazırladığı süjet dünəndən mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusudur. Bəziləri Ləmanı, bəziləri isə Mətanəti haqlı hesab edirlər. Maraqlıdır, bu süjetin hazırlanmasında həmkarların şəxsi münasibətləri nə dərəcədə rol oynayıb?

Ölkə.az-ın suallarını Ləman Ələşrəfqızı cavablandırıb:

- Ləman xanım, əvvəlcə ondan başlayaq ki, Mətanət Əliverdiyeva barədə hazırladığınız süjet böyük rezonansa səbəb olub. Ümumiyyətlə, keçmiş iş yoldaşınızla münasibətləriniz bu süjetə qədər necə idi?

- Mətanətlə münasibətlərim həmişə normal olub və bu süjetdən sonra da normal qalacağına inanıram. Çünki Mətanətə bir dost və həmkar kimi məsləhətlərimi verdim, təhqir etmədim, söymədim. Əgər "şpaqat" açmağa təhqir kimi yanaşsaydı, Mətanət verilişində bu hallara yer verməzdi.

- Amma sizin süjetinizdə şpaqat məsələsi xüsusi qabardıldı. Nəzərə alaq ki, ANS-in də "ştatnı şpaqat ustası" var - Telli Hüseynova. Əgər pisdirsə, niyə ANS-in efirində də buna icazə verilir?

- Yəqin, Telli "şpaqat"ı şalvarda açıb deyə diqqət çəkməyib (gülür). Yenə deyirəm, mən bu halları təqdir etmirəm, istər Telli olsun, istər Mətanət. Əlbəttə, seçim onlarındır, verilişlərinə maraq qatmaq onların haqlarıdır, amma əndazəsində. Görünür, Mətanət əndazəni aşdı.

- Çoxları belə hesab edirlər ki, bu süjet Ləman Ələşrəfqızının fikirlərindən, düşüncələrindən daha çox, sifariş üzərində qurulub. Doğrudanmı belə bir təklif, sifariş olub?

- Niyə? Ləmandan qabaq bu məsələ sosial şəbəkələrdə müzakirə olunanda, ölkənin tanınmış qələm sahibləri köşə yazanda, teleaparıcıları münasibət bildirəndə sifariş deyildi, Ləman yazdı - sifariş oldu?

- Bu süjeti həm də ANS-lə ATV arasında uzun müddətdir davam edən "soyuq müharibə"nin açıq müstəviyə keçməsi kimi də dəyərləndirənlər var. Yəni ilk zərbə ANS-dən gəldi. Cavab zərbəsinə hazırsınızmı?

- Bilirsiz, mən bilmirəm kim soyuq müharibə, kim ulduz müharibəsi aparır, bir onu bilirəm ki, bizim cəmiyyətdə normal polemika mədəniyyəti yoxdur. Əgər problem varsa, bunu göstərmək lazımdır. Mən heç kimin süddən çıxan ağ qaşıq olduğunu zənn etmirəm. Hamının işində problemlər ola bilər. Sadəcə, bu gərək göz deşməsin. Əgər bu gün hədəf Mətanətdirsə, deməli, bu problem onun fəaliyyətində daha qabarıq göstərdi özünü. Sabah bu, mən də ola bilərəm, başqası da. Burada nə var ki?

- Gündəmi dəyişdiyinizin fərqindəsinizmi? Yəni indi insanlar 16 nəfərin həyatını itirməsində günahkar olanlardan daha çox, ATV-ANS qarşıdurmasından danışır. Sizcə, belə bir həssas məqamda bu süjetə nə ehtiyac vardı?

- Məncə, bu sualın cavabını özünüz verəcək qədər ağıllı jurnalistsiz. Əgər Mətanətin hadisə ilə bağlı açıqlaması olmasaydı, Mətanətlə nə işimiz vardı? Özü üçün "şpaqat"ını açırdı da..

- Jurnalistikadakı təcrübəniz, səhv etmirəmsə, 20 ilə yaxındır, amma cəmi 2-3 iş yeriniz olub. Gələcəkdə iş yerinizi dəyişib, məsələn, ATV-yə keçməyiniz mümkündür? Çünki ANS-in bir neçə tanınmış kadrı hazırda ATV-də çalışır...

- Onu Allahın ixtiyarına buraxaq. "Heç vaxt "heç vaxt" demə" deyə bir söz var. Harada olursansa, ol, vicdanını və abır-həyanı itirmə. Mənim üçün əsas meyar budur. Məncə, jurnalistin də, aparıcının əsas missiyası xalqı maarifləndirmək olmalıdır.

- Yəni nə zamansa ATV-də işləməyiniz istisna deyil. Düz başa düşdüm?

- Məncə, mənim cavabımdan sonra bu sualın yeri yoxdur. On iki ildir ANS-dəyəm. Əgər on iki il işləyə bilmişəmsə, deməli, daha bir on iki il də işləyə bilərəm. Əlbəttə, əgər ömür vəfa eləsə. Bu gün mənim kimi telejurnalist üçün ən ideal mühit ANS-i sayıram.

- Cavabınız tam anlaşılmadığına görə dəqiqləşdirici sual verməyə məcbur oldum. İlkin Həsəni hazırladığınız süjeti "şərəfsizlik", ANS-i isə "konslager" adlandırıb. Bu telekanalda çalışan biri kimi səsləndirilən ifadəyə görə məhkəməyə, yaxud MTRŞ-ə müraciət edib hər hansı cəza tədbirinin görülməsini tələb etmək fikriniz varmı?

- "Şərəfsiz" dedikləri cəbhədə döyüşəndə İlkin heç bozbaş da bişirə bilmirdi. Bu gün də o ən yaxşı halda dediyimi edir. Məncə, onu məhkəməyə vermək də mənim yox, rəhbərliyin işidir.

- Son olaraq, qayıdaq "şpaqat" mövzusuna. Doğrudanmı şalvarlı, şalvarsız, yaxud ətəkdə "şpaqat" açmağın arasında böyük fərq var?

- Hətta deyərdim ki, çox fərq var. Bir də ki, Telli aktrisadır, o, səhnəyə teatrdan gəlib. Mətanət isə jurnalistikadan. Ciddi xəbərdən!
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu