ABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim – Foto
Medeniyyet
Oxunub: 548
1 mar 2019 | 11:40
ABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim – Foto
















Deyir ki, – “İqtisadiyyatı üç amil irəli aparır. Əmək gücü və onun məhsuldarlığı, kapital qoyuluşu və onun yaratdığı dəyər, bir də texnoloji inkişaf. Və ən başlıcası yüksək nəticəyə doğru istiqamət düzgün olmalıdır. Məsələn, el dili ilə belə söyləmək olar: Masallıya getmək üçün əgər Qazax yolu ilə irəliləsək, xeyli vaxt itirəcəyik. Masallıya vaxtında çatmaqdan ötrü Lənkəran-Astara şossesi ilə şütümək lazımdır”…

…Atası Xanoğlan Hüseynov əslən Ağdaş rayonundandır. Azərbaycan Kooperasiya Universitetində dosent vəzifəsində işləyir. İqtisadiyyat elmləri namizədidir. Anası Şaxanım Hüseynova uzun illər Açıq Cəmiyyət İnstitutunda inzibati işdə çalışıb, bir neçə ildir ki, təqaüddədir…

Haqqında söhbət açdığım Fariz Hüseynov 1981-ci ildə Bakıda dünyaya gəlib. 1997-ci ildə 95 nömrəli orta məktəbi bitirib. 1997-1998-ci illərdə Türkiyənin Bursa şəhərində dil kurslarını keçdikdən sonra, iki il Mərmərə Universitetinin bank işi fakültəsində, 2000-2003-cü illərdə isə İstanbul Universitetinin “Biznesin idarə edilməsi” fakültəsində ali təhsil alaraq, bakalavr dərəcəsinə yiyələnib. Sonra bir il İstanbul Universitetinin maliyyə fakültəsinin magistraturasında oxusa da, təhsilini ABŞ-ın İndiana ştatındakı Ball Dövlət Universitetində davam etdirib. 2005-ci ildə burada biznesin idarə olunması üzrə magistr dərəcəsinə yüksəlib (MBA).

2005-2009-cu illərdə Tennesi ştatında Memfis Universitetinin doktoranturasında elmi işlə məşğul olaraq, maliyyə ixtisası üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə sahib olub.(PhD). 2009-cu ildən Şimali Dakota Dövlət Universitetinin biznes fakültəsində çalışır. Ötən müddət ərzində o, baş müəllimdən dosent vəzifəsinədək yüksələ bilib…

…Ömür-gün yoldaşı Günel Hüseynova Azərbaycan Aviasiya Akademiyasında bakalavr, Fransanın Strasburq Universitetində isə magistr dərəcələrinə yiyələnib. Yaşadıqları Şimali Dakota ştatının Farqo şəhərində mağazalar şəbəkəsinə daxil olan mağazalardan birinə rəhbərlik edir. İki övladı var. Oğlu Ceyhun 7, qızı Sara isə 2 yaşındadır…

Deyir ki, – “Amerikaya gəlmək istəyənlərin çox olmasına sevinirəm, amma elə gənclər gəlsin ki, qarşılarında məqsəd olsun. Təhsil almaq, biznes qurmaq niyyəti ilə gəlsələr, uğur qazanacaqlarına şübhəm yoxdur”…

Arzuları çoxdur. Yaxın müddətdə full professor olmaq, ən nüfuzlu elmi jurnallarda məqalələr çap etdirmək, maliyyə sahəsində ekspert kimi fəaliyyət göstərmək onun ən əsas istəklərindəndir. İdmanı çox sevir, ilboyu üzgüçülüklə məşğul olsa da, əsasən qış idman növlərinə həvəslidir. Buz üstündə xokkey oynamağı, konki sürməyi xoşlayır…

Bu səviyyəyə çatmasında valideynlərinə borclu olduğunu dilə gətirir və “məndə elmə həvəsi onlar yaradıblar”,- söyləyir və arzulayır ki, bütün valideynlər övladlarını irəli getməyə və uğur qazanmağa həvəsləndirsinlər…

Bəli, Şimali Dakota Dövlət Universitetində bir gənc alim var. O, azərbaycanlı olduğundan qürur duyur. Və ən başlıcası odur ki, dərslərini Azərbaycan üzərində quraraq, tələbələrinə vətənimizi sevdirə bilir…

Elman Eldaroğlu,
ABŞ, MiçiqanABŞ-ın Şimali Dakota Dövlət Universitetində çalışan azərbaycanlı alim – Foto
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO