Azərbaycanda aliment problemi — Ödəməyənlər həbs edilir
Medeniyyet
Oxunub: 516
22 fev 2019 | 11:00
Azərbaycanda aliment problemi — Ödəməyənlər həbs edilir














Azərbaycanda aliment ödəməkdən boyun qaçıran şəxslərə qarşı inzibati həbs cəzası verilir. Bu gün ölkədə belə hallar tez-tez yaşanır.
Bunu media.az-a verdiyi açıqlamada Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Ofeliya Rəhimova bildirib.

“İş cinayət təqibi həddinə nadir hallarda çatsa da, inzibati həbslər müntəzəm xarakter alıb”, -deyə Rəhimova qeyd edib.

Vəkilin dediyinə görə, hazırda aliment ödəməkdən yayınanlar arasında kişilər üstünlük təşkil edir. Ancaq bəzi hallarda qadınlar da bundan boyun qaçırır. Boşanma hallarında uşaqlar əksər hallarda ana ilə qalır. Əksinə, uşaqlar ata ilə qalırsa, deməli, bunun tutarlı səbəbləri var. Belə olan halda alimenti ana ödəmək məcburiyyətindədir.

Hüquqşünas açıqlamasını real həyatdan olan nümunələrlə əsaslandırıb (məlum səbəblərə görə, tərəflərin adları və soyadları göstərilmir):

“Bir kişi 2018-ci ilin iyul ayından etibarən iki övladına görə 308 manat aliment ödəməli olsa da, öhdəliyini yerinə yetirməyə tələsmirdi. Nəticədə, iyul ayından dekabr ayına kimi 1540 manat aliment borcu yığılır. İş inzibati həbs həddinə çatdı və o, 15 günlük həbs edildi. Həbs müddətinin başa çatmasından sonra aliment ödəyicisi tələb olunan məbləği ödədi. Başqa sözlə desək, inzibati həbs hər hansı şəxsi aliment ödənişindən azad etmir.

Başqa bir misalda, qadın körpəyə görə aliment ödəməli idi. O da ödənişdən boyun qaçırır və nəticədə, 2019-cu ilin yanvar ayına iki min manat məbləğində aliment borcu yığılır. Qadına 10 gün həbs cəzası verilir. Azadlığa çıxdıqdan sonra tələb olunan məbləğin bir hissəsini ödəyir, digər hissəsini sonradan ödəyəcəyinə söz verir”.

Bundan əvvəl Milli Məclisin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı bu problemə toxunmuşdu.

“Bəli, alimentlərlə bağlı həddindən çox problem müşahidə olunur. Alimentləri ödəmirlər, maaşı gizlədirlər, aliment ödəməli olan şəxsi axtarıb tapmaq olmur. Qadınlar yanımıza gəlib göz yaşı tökürlər, ərlərinin aylarla alimenti ödəmədiyini bildirirlər. Məhkəmələrə müraciət edirik, onlar ya tapılır, ya da harasa çıxıb gedirlər. Kimsə qeyri-rəsmi olaraq yeni ailə qurur. Statistika çox qorxuludur, o, həm bizi, həm sizi, həm də ümumilikdə bütün cəmiyyəti narahat edir”, - deyə xanım millət vəkili bildirib.

Bu arada, Azərbaycan Vəkillər Kollegiyasının üzvü O.Rəhimova belə işlərin azlıq təşkil etmədiyini qeyd edib. O belə tendensiyaları çoxsaylı boşanmalar və aliment ödənişi tələblərinin artımı ilə əlaqələndirib. Eyni zamanda, nəzərdə tutulmuş ödənişlərin icra olunmasına nəzarət edən icraçıların gördüyü işə diqqət çəkib.

O.Rəhimovanın sözlərinə görə, alimentlərin gecikməsinə səbəb müxtəlif ola bilər. Əsasən, maddi çətinliklər ucbatından baş verir, ancaq elə də olur ki, insanlar ödəniş etməkdən başqa səbəblərə görə imtina edir. Məsələn, keçmiş ər-arvad arasında münaqişə düşəndə, ana atanın uşağı ilə görüşməsinə icazə verməyəndə.

Bundan başqa, mövcud qanunvericiliyə görə, səhhəti ilə əlaqədar, məsələn, cərrahiyə əməliyyatı keçirdiyinə görə alimenti ödəyə bilməyən şəxslərə möhlət verilə bilər. Lakin aliment ödəyicisi bilərəkdən aliment ödənişindən yayınsa, iş inzibati həbs həddinə çatır.

Vəkilin dediyinə görə, hazırda bir nəfərə görə ödənişin minimal məbləği (aliment ödəyicisi işsiz olarsa) 160 manat təşkil edir. Bölgələrdə, yaşayış səviyyəsindən asılı olaraq, bu məbləğ bir qədər aşağı müəyyən edilə bilər.
O əlavə edib ki, qanunvericiliyə görə, alimentlərin ödənilməməsi ilə bağlı qərarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi əsasında çıxarılır.

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Həmin şəxs inzibati həbsdən sonra aliment ödənişindən boyun qaçırdığı təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası