“Moşu” “Bəxt üzüyü 2” filmindən aldığı qonorarı açıqladı
Medeniyyet
Oxunub: 494
13 fev 2019 | 09:44
“Moşu” “Bəxt üzüyü 2” filmindən aldığı qonorarı açıqladı















“İş-güc qurtarıb e. Filmdir, dəvət etdilər, çəkildik, qurtardı getdi. Hansı filmin daha güclü olduğunu deyə bilmərəm. Belə müqayisə düzgün deyil e. Birinci filmin ssenarisini Vaqif Səmədoğlu yazıb, ikincisini isə Tahir İmanov və komandası. Hərənin öz fikri, ideyası var. Gərək ayrı ad qoyaydılar? Burada mövzu da başqadır, oyun tərzi də ayrıdır. Əgər birinci və ikinci seriya söhbəti olsaydı, tənqidlər haqlıydı”.
Bu fikirləri “Ölkə.Az”a açıqlamasında xalq artisti Valeh Kərimov “Bəxt üzüyü 2” filminə çəkilməsi ilə bağlı edilən tənqidlərə cavab verərkən səsləndirib. Xalq artisti deyib:

“Fİlmi sevdiklərindən belə ediblər. Müğənnilərə min cür parodiya edirlər. O parodiyaları da sevdiklərindən edirlər də. İstəyiblər ki, o adla yeni fikir desinlər. Dünya ədəbiyyatında, dramaturgiyasında, kino sənətində belə şeylər çoxdur. Bizə çatanda başlayırlar ki, o belə idi, bu belə idi. Axı niyə müqayisə edirik ki?”

V.Kərimov filmdən aldığı qonorarın təxmini məbləğini də açıqlayıb:

“Hərə bir söz uydurur. Deyirlər ki, iyirmi min qonorar almışam. Hardandı onlarda o qədər pul ki, mənə də iyirmi min versinlər? Heç o pulun onda birini də almamışam. Aldığım qonorar min manatdan bir az artıq idi. Heç birinci filmdə aldığım qonorar yadımda deyil. özüm də “Bəxt üzüyü”nə cəmi üç dəfə baxmışam. Pul qalmır e, filmin keyfiyyəti qalır. Bu filmə də kinoteatrda cəmi bir dəfə baxmışam”.

Qeyd edək ki, Afaq Bəşirqızı (Söylü) və Valeh Kərimovun (Moşu) baş rollarını oynadığı “Bəxt üzüyü” filmi 1991-ci ildə Ramiz Əzizbəyli tərəfindən Vaqif Səmədoğlu və Orxan Fikrətoğlunun ssenarisi əsasında çəkilib. “Bəxt üzüyü 2” filmi isə 2018-ci ildə lentə alınıb.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi