Gənc rəssamların birinci yaradıcılıq sərgisi - FOTOLAR
Medeniyyet
Oxunub: 2 033
7 apr 2015 | 16:10
Gənc rəssamların birinci yaradıcılıq sərgisi - FOTOLAR

Bu gün Gəncədəki Heydər Əliyev Mərkəzində gənc rəssamların “Dünya bir palitradır, biz isə onun rəngləri” adlı birinci yaradıcılıq sərgisi keçirilib.

Azerinfo.az-ın Publika.az-a istinadən yaydığı məlumata görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ziyalılar , yaradıcı şəxslər, rəssamlar, gənclər iştirak ediblər. Öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə təzə gül-çiçək dəstələri qoyulub.

Tədbirin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının gənclər arasında geniş təbliğ edilməsi, gənclərə yaradıcılıq qabiliyyətlərinin nümayiş etdirilməsi üçün şəraitin yaradılması, onların istedadlarının üzə çıxarılması və həvəsləndirilməsi, həmçinin gənclərin asudə vaxtlarının səmərəli və mənalı təşkil edilməsi olub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ictimaiyyət nümayəndələri ilə birgə sərgiyə baxıb. Sonra gənc rəssamlar və ictimaiyyət nümayəndələri ilə konfrans zalında görüş keçirilib.

Elmar Vəliyev çıxışında bildirib ki, bu tədbir gənc rəssamların arzusu ilə həyata keçirilib. Onlar öz fantaziya və duyğularını tablolara köçürərək ictimaiyyətə təqdim ediblər. Belə tədbirlərin davamlı keçirilməsi gənclərin yaradıcılıq potensialının inkişafına, perspektiv imkanlarının genişlənməsinə mühüm təsir göstərəcək. Ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyi, bu il Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsi, 2016-ci il üçün Avropanın Gənclər Paytaxtı Gəncədə keçirilən tədbirlər gənc rəssamların yaradıcılığına böyük təkan verəcək.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, gənc alim, “Xəzər” Təhsil Mərkəzinin rəhbəri Raqif Hüseynov, gənc rəssamlardan Ləman Verdiyeva, Teymur Ənvərbəyli, Şəhla Cəfərova, Elçin Cəfərov və başqaları çıxış edərək, bu tədbirin Gəncənin mədəni həyatında mühüm rol oynadığını, gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıblar.

Sonda Gəncə şəhər İcra Hakimiyyətinin sərəncamı ilə əsərləri sərgilənən gənc rəssamlara Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

İcra başçısı Elmar Vəliyev gənc rəssamlarla Müasir İncəsənət Muzeyindəki eksponatlara baxıblar.

Qeyd edək ki, sərgidə 26 gənc rəssamın 120-dən çox əsəri nümayiş etdirilib və tədbirdə.

Gənc rəssamların birinci yaradıcılıq sərgisi - FOTOLAR

Gənc rəssamların birinci yaradıcılıq sərgisi - FOTOLAR

Gənc rəssamların birinci yaradıcılıq sərgisi - FOTOLAR
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı