“Zara” imperiyasının varisi toya nə cür paltarda gəldi? - PLANETİN ƏN VARLI QIZIDIR - FOTO
Medeniyyet
Oxunub: 719
18 noy 2018 | 15:30
“Zara” imperiyasının varisi toya nə cür paltarda gəldi? - PLANETİN ƏN VARLI QIZIDIR - FOTO














16 noyabr, cümə günü planetin ən çox həsəd aparılan gəlini – 34 yaşlı Marta Orteqanın toyu olub. O, sevgilisi Karlos Torrettaya ərə gedib. Bir aydan çoxdur ki, moda ekspertləri gəlinin paltarını tikən bəxtəvərin kim olduğunu təxmin etməyə çalışırdı. Ehtimal olunan namizədlər siyahısında "Oskar" mərasimində Marta üçün xüsusi paltar hazırlayan “Zara” komandası (onların ailə brendi) da daxil idi.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən “Valentino” moda evinin kreativ direktoru Pyerpaolo Piççoli hər kəsi bu sualın cavabı ilə agah edib. Və etiraf etmək lazımdır ki, gəlinin zövqü olduqca nəfisdir, paltar həm qeyri-adi, həm də çox gözəl alınıb.

Gəlinlik iki əsas xüsusiyyətləri ilə diqqətə layiqdir. Birincisi, o açıq-çəhrayıdır, təəssüf ki, ağ-qara şəkil paltarın rəngini görməyə imkan vermir. İkincisi, gəlinik iki hissədən ibarətdir: ətək və bluz. Dizayner Pyerpaolo Piççoli bildirib ki, qadınlar ən özəl günü üçün gəlinlik hazırlamaqdan böyük zövq alır:

“Zara” imperiyasının varisi toya nə cür paltarda gəldi? - PLANETİN ƏN VARLI QIZIDIR - FOTO










Bir qadının həyatının ən mühüm anlarından birini müşayiət etmək mənim üçün hər zaman böyük hədiyyədir. Bu dizaynla mən yüngüllüyü, təravət və romantizmi ifadə etmək, eyni zamanda onun güclü şəxsiyyətini nümayiş etdirmək istədim. Paltar bəyaza yaxın tonlarda - açıq çəhrayı rəngdədir. Mən onun gəlinin yaydığı aura qədər yüngül olmasını istədim. Fasonu büzməli şifon köynək və müasir tərzdə tikilmiş dar ətəkdən ibarətdir. Haute couture paltarlarının dizaynı həmişə unikallığa, əbədi duyğulara və özünəməxsusluğa həsr olunub. Ümidvaram ki, siz ona baxanda zövq alacaqsınız”.

“Zara” imperiyasının varisi toya nə cür paltarda gəldi? - PLANETİN ƏN VARLI QIZIDIR - FOTO








Nikah mərasimindən sonra tanınmışların iştirakı ilə zifayət təşkil olunub. Marta Orteqa ilə Karlos Torretta nikah mərasimini La-Korunya şəhərində məşhur klubların birində qeyd edib. Yeri gəlmişkən, cütlüyü təbrik etmək üçün gələn qonaqların sayı 400 nəfərdən çox olub.

Planetin ən varlı adamı, “Inditex Group” sahibi qızı Marta Orteqa qara smokinqi ilə bütün diqqətləri öz üzərinə toplaya bilib. Orijinallıqdan imtina etməyən Martanın smokinqinin dizaynı da “Valentino” modalar evinə aiddir. Ziyafət gecəsində kadrlar artıq mediada yayılıb.

Qeyd edək ki, Marta Orteqa “Inditех Grоuр”un yaradıcısı Amansio Orteqanın qızıdır. 81 yaşlı milyarder dünyanın ən varlı adamları sırasına daxildir.Zara” markasının yaradıcısı artıq neçə ildir ki, dünyanın ən zəngin milyarderi seçilir. “Forbes” jurnalının reytinqinə əsasən, ispaniyalı iş adamının sərvəti 79 milyard dollar təşkil edir.

Nəhəng moda imperiyasının qurucusu, 81 yaşlı Orteqa şəxsi brendinə xəyanət etmir, onun kostyumlarını həmişə “Inditex” studiyasının dərziləri tikir.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı