Zamirənin yeni görüntüləri yayıldı — 13 min dollarlıq it, 10 min dollarlıq geyim - FOTO
Medeniyyet
Oxunub: 442
30 okt 2018 | 23:17
Zamirənin yeni görüntüləri yayıldı — 13 min dollarlıq it, 10 min dollarlıq geyim - FOTO














Britaniyanın "Daily Mail” tabloidi Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, dələduzluq və mənimsəmə ittihamları ilə həbsdə olan Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın yeni görüntülərini yayıb.
Virtualaz.org xəbər verir ki, görüntülərə əsasən öz bədxərcliyi ilə son həftələrdə dünyada məşhurlaşan xanım Hacıyeva London Naytsbricdəki malikanəsindən çıxaraq itlə gəzintiyə yollanır.

Zamirənin yeni görüntüləri yayıldı — 13 min dollarlıq it, 10 min dollarlıq geyim - FOTO








Xəbər verildiyi kimi London Yüksək Məhkəməsi cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində və Milli Kriminal Agentliyin iddiası əsasında Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Bunlar Londonun Naytsbirc rayonunda dəyəri 15 milyon funt sterlinqə yaxın olan malikanə, 11 milyon funt sterlinq dəyəri olan qolf-klub, 50 milyon dollara yaxın dəyərində olan "Gulfstream” təyyarəsi daxildir. Habelə üzə çıxıb ki, Zamirə Hacıyeva təxminən 10 il ərzində-ərinin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə həmin bankın verdiyi 35 kredit kartı ilə Londonun ən bahalı alış-veriş mərkəzi olan "Harrods” univermağında 16 milyon funt sterlinq xərcləyib.

Zamirənin yeni görüntüləri yayıldı — 13 min dollarlıq it, 10 min dollarlıq geyim - FOTO







Belə görünür ki, reportyorlar bu bədxərcliyinə və Böyük Britaniyada çirkli pullar hesabına əldə edilmiş aktivlərin müsadirəsinə icazə verən qanunun tətbiq edildiyi ilk xarici vətəndaş olmasına görə sürətlə məşhurlaşan Zamirə Hacıyevanı malikanəsinin qarşısında güdüblər. Və iti ilə gəzintiyə çıxarkən onun fotolarını çəkə, habelə itinin və geydiyi paltarın dəyərini hesablaya biliblər.

Belə məlum olub ki, xanım Hacıyeva gəzintiyə yollanarkən idman üslubunda geyimdə olub, bu geyimin ümumi dəyəri 8500 funt sterlinqdir. Hacıyevanın nadir pomerants cinsindən olan ev iti isə 10 min funt sterlinq dəyərindədir.

Zamirə Hacıyeva malikanəsinin yaxınlığında itini gəzdirərkən 625 avro dəyərində "Gucci Ace” krassovkasında, 530 funt sterlinq dəyərində zolaqlı "Gucci” trikotaj idman şalvarında və 290 funt sterlinq dəyərində "Miu Miu” günəş eynəyində olub.

Zamirənin yeni görüntüləri yayıldı — 13 min dollarlıq it, 10 min dollarlıq geyim - FOTO






Onun çantası isə xüsuilə bahalıdır, Hermes şirkətinin ?Constance’ brendindən olan əl çantasının qiyməti 6500 funt sterlinqdir. Hacıyevanın qara rəngli və jurnalistlərin hansı markadan olduğunu müəyyən edə bilmədikləri gödəkçəsi isə 800 funt sterlinqə yaxın dəyərləndirilib.

İtin aksessuarları isə təxminən 1000 funt sterlinq dəyərində qiymətləndirilib. Qəzet yazır ki, bu cinsdən olan itə qulluq üçün ildə orta hesabla 1500 funt sterlinq tələb olunur. Beləliklə, Hacıyeva 6 ildə bu itə təxminən 8745 funt sterlinq xərcləmiş sayılır.

Zamirənin yeni görüntüləri yayıldı — 13 min dollarlıq it, 10 min dollarlıq geyim - FOTO










Xatırladaq ki, indi 55 yaşlı Hacıyeva Britaniyada əldə etdiyi aktivlərə xərclənən pulların qanuni yollarla qazanıldığını məhkəmə qarşısında sübut etməlidir. Sübut edə bilməsə həmin aktivlər müsadirə olunacaq.
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA