Bakcell özünün “Ulduzum” partnyorunu xaricə səyahətlə mükafatlandırıb
Medeniyyet
Oxunub: 492
27 okt 2018 | 00:17
Bakcell özünün “Ulduzum” partnyorunu xaricə səyahətlə mükafatlandırıb














Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti özünün “Ulduzum” proqramının partnyorları ilə əməkdaşlığa verdiyi yüksək dəyərin ifadəsi olaraq onları növbəti dəfə mükafatlandırıb.

Şirkət abunəçilərinə geniş çeşiddə xidmətlər, unikal fürsətlər və endirimlər təklif etməklə yanaşı, “Ulduzum” partnyorlarını da daim diqqət mərkəzində saxlayır. 2016-cı ildən etibarən müxtəlif xidmət və satış mərkəzlərində bu loyallıq proqramının “səfiri” rolunu oynayan partnyor şəbəkəsinin üzvləri üçün xüsusi stimullaşdırıcı proqram həyata keçirilir. Proqram iştirakçıları hər dəfə “Ulduzum”dan istifadə edərkən qazandıqları xalları xüsusi internet portalında hədiyyələrə dəyişə bilirlər. Beləliklə, 133 partnyorun müştərisi olan 900-dən artıq insan bu proqram vasitəsilə “Bakcell”dən dəyərli hədiyyələr qazanıb.

Bundan əlavə, stimullaşdırıcı proqrama qoşulanlar xüsusi kampaniyada iştirak edərək Dubaya səyahət, iPhone smartfonu və digər xüsusi hədiyyələr qazanmaq şansı da əldə ediblər. Nəticədə, FLO ayaqqabı mağazalar şəbəkəsinin nümayəndəsi Tahir Uzunalov kampaniyanın əsas prizi olan Dubaya səyahət paketi əldə edib. Səyahət paketinə viza, təyyarə biletləri, otel xərcləri, səyahət sığortası və Birləşmiş Ərəb Əmirliklərində interaktiv turlar daxildir. “Partnyor şəbəkəsinin nümayəndələri üçün təşkil olunmuş bu gözəl kampaniyaya görə “Bakcell” şirkətinə və “Ulduzum” proqramına dərin təşəkkürümü bildirirəm. Bu kampaniya göstərir ki, “Ulduzum” təkcə müştərilərin yox, proqramın bütün tərəfdaşlarının qayğısına qalır”,- deyə Tahir Uzunalov bildirib.

FLO mağazalar şəbəkəsinin brend meneceri Əkbər Adıgözəlov bununla bağlı deyib: “FLO mağazalar şəbəkəsi 2016-cı ildən etibarən “Ulduzum” istifadəçiləri üçün xüsusi endirimlərdən yararlanmaq imkanını təmin edir. FLO mağazalarının müştəriləri bizim “Ulduzum”la əməkdaşlığımızdan çox məmnundurlar. Bu əməkdaşlıq sayəsində biz müştəri loyallığının gözəçarpan dərəcədə artması və çoxlu sayda yeni müştərilərin cəlb edilməsinə nail olduq”.

Bu günə kimi “Bakcell” abunəçilərinin 3 milyona yaxını 250-dən artıq “Ulduzum” tərəfdaşının təqdim etdiyi xidmətlərdən yararlanmaq üçün bu proqrama qoşulub. Bu proqram “Bakcell” abunəçilərinə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif etməklə yanaşı, həmçinin öz abunəçilərinin və proqramın tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq edir. Bu göstəricilərə görə o, təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya, Şimali Afrika regionunda belə ən yaxşı müştəri xidməti göstərən proqramlardan biri sayılır. “Ulduzum ” barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə etmək olar.

Bakcell” şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

“Bakcell” şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir. 7000-dən artıq baza stansiyası vasitəsilə “Bakcell” şəbəkəsi əhalinin 99 faizini, ölkə ərazisinin isə 93 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən “Bakcell” şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib.

“Bakcell” və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib