Həmcinsi ilə öpüşən azərbaycanlı müğənnidən ETİRAF — "İlk dəfə 6 yaşımda..."
Medeniyyet
Oxunub: 436
25 okt 2018 | 20:15
Həmcinsi ilə öpüşən azərbaycanlı müğənnidən ETİRAF — "İlk dəfə 6 yaşımda..."
















Xəbər verdiyimiz kimi, müğənni Albina Pyakşova "Tək sən" adlı mahnıya yeni klip çəkdirib. Klipdə müğənni ilə həmcinsi arasında yaşanan intim duyğuların təsvir edilməsi sosial şəbəkələrdə müzakirələrə və qınaqlara səbəb olub.
Müğənni bu barədə publika.az-a müsahibə verib və bildirib ki, mahnının sözləri özünə aiddir.

- Mahnının yaranma tarixçəsindən başlayaq. Sözləri və musiqisi kimə aiddir?

- Musiqisi Wild B34ts Camala, sözləri isə mənə.

- "Tək sən" adlı klipinizdə kifayət qədər cəsarətli səhnələrdə çəkilmisiniz. Burada iki qadının bir-birinə olan məhəbbətindən söhbət açılır. Necə oldu ki, belə bir klip çəkməyə qərar verdiniz?

- Əslində mahnını yazanda klipin necə olması barədə və nəyisə konkret olaraq göstərmək fikrimiz yox idi. Sevgi azaddır. İnsan kimi istəsə, sevə bilər. Bu, onun seçimidir. İnsan duyğularına məhdudiyyət qoya bilməz. Biz sadəcə olaraq sevgini göstərmək istəyirdik. Fərqi yoxdur ki, bu, qadın və ya kişidir.

- Mahnının sözləri sizə aiddir. Maraqlıdır ki, onlar əks cinsə ünvanlanıb, ya həmcinsinizə?

- Konkret bir şəxsə ünvanlamayıb. Mahnıdakı mesaj ondan ibarətdir ki, hər bir insan özünü tapmağı və hər kəsi anlamağı bacarmalıdır. Biz hamımız eyni ola bilmərik. Özünü axtarışa çıxan insan bilməlidir ki, o, bu yolda onunla eyni fikirdə olmayan insanlarla qarşılaşacaq. Və bunu təbii qəbul etmək lazımdır.

- Klipdəki səhnələr Azərbaycan cəmiyyəti üçün çox cəsarətlidir. Düşünmürsünüz ki, bu, böyük kütlə tərəfindən birmənalı qarşılanmaya bilər. Qınaqlara hazırsınızmı?

- İstərdim ki, burada əsas diqqəti mahnının sözlərinə yönəldilsin. Mahnının mesajı mənim üçün çox vacibdir, bu baxımdan klipimiz maksimum dərəcədə diqqətçəkici olmalı idi ki, onu hər kəs heç olmasa bir dəfə dinləyə bilsin.

- Sizcə, bütün dinləyicilər mahnıda olan mesajı anlaya biləcək? Klipdəki səhnələr verdiyiniz mesaja mane olmur ki?

- Sözsüz ki, hər birimizin anlayış tərzi fərqlidir. Xüsusilə yaradıcı insanın nə demək istədiyini duymaq və anlamaq asan deyil. Təəssüf ki, insanların çoxu birinci görüntüyə fikir verir, sözlər ikinci planda qalır. Əgər bir kimsə mahnını gözünü yumaraq dinləsə, möhtəşəm nəticə əldə edəcək və qəlbimin üsyanını daha yaxından duyacaq.

Məni anlaya bilməyən insanlara nə deyə bilərəm ki? Hər halda həyat qısadır, gərək başqalarını anlaya biləsən.

- Rejissor klipin süjetini sizə danışanda dərhal razılaşdınız?

- Rejissor ayrı dünyadan gələn insan deyil. Muxtar da, Emil də, Azadi də "Albima Music" prodakşına daxil olan heyətdəndir. Biz bir komanda şəklində çalışırıq.

- İntim səhnələri oynamaq çətin olmadı ki?

- Deyirsiniz ki, oğlan olsaydı daha rahat olardı? Əslində fərq etmir, incəsənət cəsarət tələb edir. Çətin deyildi, çünki partnyorumu oynayan aktrisa rəfiqəmdir. Amma elə eyni səbəbdən asan olmasını da deyə bilmərəm. Belə duyğuları səmimi göstərmək üçün gərək anın içinə girəsən. Əsas odur ki, istədiyimizi ala bildik.

- Yaradıcı insan kimi sizin belə bir layihəyə imza atdığınızı anlamaq olar. Bəs düşünmürsünüz ki, klip azyaşlı və ya yeniyetmələrin psixologiyasına mənfi təsir edə bilər?

- Qorxulu filmi ilk dəfə 6 yaşımda izləmişəm. Sözsüz ki, filmə baxanda çox qorxmuşdum, lakin sonradan anlamağa başladım. İnsan onu qorxudan və narahat edən məsələlərin cavabını tapmaq üçün o mövzu ətrafında düşünməlidir, baş sındırmalıdır. Həqiqəti üzə çıxarmaq üçün biz qorxularımızın üzərinə yeriməliyik.

Əgər insanlar hər gördüyünü təkrar edirsə, deməli, öz düşüncəsi kasaddır. Kobud danışmaq istəməzdim, lakin belədir. Biz nə edə bilərik? Məsələn, mən heç kim təkrarlamıram, öz fikrim və öz ağlım var.

Klipdə nümayiş olunan iki qadının sevgisini siz qəbul etməyə bilməzsiniz. Necə ki, siz nə isə icad etsəniz, ona etiraz edə bilmərəm. Çünki bu, sizin fikrinizdir və artıq mövcuddur. Göstərilənlər istər Azərbaycanda, istərsə də Amerikada olan real həyatda olan hadisələrdir. İnsanlar öz istədiyi kimi yaşayır və öz istədikləri kimi hərəkət edirlər. Mənim nə qədər xoşuma gəlməsə də, bunlar artıq mövcuddur.

- Adınız soyadınızdan məlumdur ki, azərbaycanlı deyilsiniz. Hamı sizin haralı olduğunuzla maraqlanır. Onlara nə cavab verərdiniz?

- Dünya vətəndaşıyam.

- Gələcəkdə sizdən daha cəsarətli layihələr gözləyək?

- Gözləyin.

- İşlərinizdə uğurlar, müsahibə üçün minnətdaram.

- Çox sağ olun, minnətdaram.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib