MTRŞ efiri falçı Bayram Nurlulara, İlham Mirzəyevlərə buraxıb: TV-lərdə rəzalət...
Medeniyyet
Oxunub: 687
23 okt 2018 | 15:17
MTRŞ efiri falçı Bayram Nurlulara, İlham Mirzəyevlərə buraxıb: TV-lərdə rəzalət...














Efirlərdə ekstrasens kimi təqdim edilən, iştirak etdiyi verilişlərdə daim qalmaqal, çığır-bağır salmaqla “məşhur”laşan, beləliklə efirlərin “gözünə çevrilən” Bayram Nurlu bu yaxınlarda artıq özü də veriliş aparacaq

Cahan.info xəbər verir ki, artıq MTRŞ adlı qurum ölü varlığa çevrilib.

Qurumun sədri Nuşirəvan Məhərrəmli telekanalları başdı-başına buraxaraq onlara elə “müstəqillik” verib ki, özəl televiziyalardır deyə guya müdaxilə edə bilmir. Əvəzinə cəmiyyətə sırınan falçılar, əcaib adamlar, cinsi oriyentasiyası ənənəvi olmayanlar haray-həşir qoparanlar, şou adamları, bazar təfəkkürlü efirdən kənar tiplər TV-lərə doluşublar.

Cəmiyyətin əxlaqını pozan, ziyalılıqdan kənar, qeyri-tərbiyəvi verilişlər artıq o həddə çatıb ki, heç kəs evində televizorun pultunu götürüb Azərbaycana çevirmir. Bu rəzalətə nə vaxt son qoyulacaq bilinmir.

Xatırladaq ki, Bayram ilk dəfə 2013-cü ildə ANS TV-də yayımlanan, Elgiz Əkbərin aparıcılıq etdiyi “Adam içində” verilişində peyda olub. Əvvəlcə özünü namaz qılan, ibadət əhli kimi təqdim edən Bayramın, sonradan yalanı üzə çıxıb və məlum olub ki, o, nəinki namaz qılmır, ümumiyyətlə, dindən uzaq şəxsdir.

Bütün bunlara baxmayaraq, Bayram “Space TV”-də yayımlanan “Oturduğumuz yerdə” verilişində, bunun ardınca isə digər televiziya məkanlarında görünməyə başladı. Son vaxtlar isə qeyd etdiyimiz kimi, az qala efirlərin “gözünə” çevrilib, müxtəlif verilişlərdə ekspert kimi iştirak etməyə başlayıb, qarşı tərəfə ağıl öyrətməyə, “dərs” keçməyə çalışır.

Barəsində yayılan məlumatlarda o da qeyd olunur ki, B.Nurlunin nəinki ali təhsili, heç orta təhsili də yoxdur, 12 yaşında təhsilini yarımçıq qoyub.

Bəs, 12 yaşında məktəblə vidalaşan, efirlərdə biabırçı qalmaqallar yaradan Bayram Nurlu və onun kimilərin bu gün televiziya ekranlarında veriliş aparması kimə və nə üçün lazımdır?

Cahan.info xəbər verir ki, teletənqidçi, professor Qulu Məhərrəmli bu mövzu ilə bağlı musavat.com-a danışıb: “Bu ölkədə ağlı başında olan, savadlı, bilikli, cəmiyyətdə nüfuzu olan, auditoriyaya hansısa informasiya verə bilən, onu yönəldən, beynini, ruhunu qidalandıran və bütün bunlara qadir olan hər kəs veriliş apara bilər.

Lakin bizim televiziyaların və cəmiyyətimizin bədbəxtliyi ondan ibarətdir ki, onun qəhrəmanları alimlər, ləyaqətli və işgüzar insanlar, düşüncə adamları deyil. Yəni, bu gün cəmiyyətin, ekranların qəhrəmanları elm, bilik, düşüncə daşıyıcıları deyil, yalnız əyləncə və daha çox da zərərli əyləncələrə yönəlik insanlardır.

Mətbuat və media, sosial şəbəkələr də diqqəti bu cür adamların üzərində fokuslaşdırır və hər bir addımı ilə cəmiyyəti həmin bu zibilliyə tərəfə yönəldirlər. Əlbəttə, bu, dəyərlərin tapdalanması, televiziyanın ələ salınması, cəmiyyətin dəyərlərinə arxa çevrilməsidir.

Bu gün bizim üzdə olan media qurumları, televiziyalar, özünə hörmət edən insanlar çox susqundurlar. Ona görə də bu tip insanlar önə keçirlər, cəmiyyətin dəyər daşıyıcılarına çevrilirlər. Hesab edirəm ki, bu, çox pis nümunədir və cəmiyyəti həqiqətən də elə bir hüdudlara gətirib çıxarır ki, orada dəyər adında bir məfhum qalmır”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib