Bürclər – 20 oktyabr
Medeniyyet
Oxunub: 462
20 okt 2018 | 09:00
Bürclər – 20 oktyabr















Qoç – təşəbbüskar olun. İntensiv fəaliyyət ritminə alışın. Süst və ətalətli davransanız, ciddi problemlərlə üzləşə bilərsiniz. Darıxmayın. Bəzi işlər sizdə sönük və boz təsir yaratsa da, onları qulaqardına vurmayın.
Günün ikinci yarısında işlər istədiyiniz sürətdə olmayacaq. Cari layihələrdə və sifarişlərdə müəyyən gecikmələr, ləngimələr ola bilər. Hadisələrin axarı maraqlı deyil.
Şəxsi münasibətləri ön plana çıxarmayın. Hisslərin torundan qurtulun.

Buğa – tələsik, düşünülməmiş qərarlar qəbul etməyin. Günün ilk yarısında hadisələr sürətlə inkişaf edəcək. Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar keçdikcə belə taktikadan imtina edin, çünki mütləq şəkildə səhvlərə və yanlışlıqlara yol verəcəksiniz.
Günün ikinci yarısını nisbətən sakit keçirin, usandırıcı və yorucu olmayan işlərlə məşğul olun. Qüvvələrinizi bərpa etmək gərəkdir. Xoşagəlməz insanlarla görüşləri ertələyin. Bu gün hisslərinizi gizlətmək asan deyil.

Əkizlər – emosiyalarınıza hakim olun. “Hirsli başda ağıl olmaz” deyimini xatırlayın və ən çətin işlərin çözümünün soyuqqanlı davranışda olduğunu bilin. Məntiqiniz emosiyalara uduzmamalıdır.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda mübahisə etməyin. Neytral davranın. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Mühüm informasiyanı qaçırmayın.
Sevdiyiniz insanla söhbət zamanı pərdələnmiş ifadələrə tapınmayın.

Xərçəng – problemlərin həllinə yaradıcı yanaşsanız, sürətlə irəliləyəcəksiniz. Məqsədləri yeniləyin, hədəfləri təftiş edin. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə etsəniz, tərəfdaşlarınızda, həmkarlarınızda rəğbət hissi güclənəcək.
Günün ikinci yarısında diqqətli olmasanız, bir sıra imkanları əldən verəcəksiniz. Köhnə, kəsilmiş münasibətləri bərpa etməyə çalışmayın. Əlavə gəlir mənbəyi arayın.

Şir – maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna deyil.
Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da sürətləndirə bilər.
Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.

Qız – gün ərzində yaşanacaq hadisələri dürüst qiymətləndirin. Bədbin olmayın, hər şeyin pis olduğunu düşünməyin. Nəticələr çıxarmağa tələsməyin. Yaranmış situasiyanı sakit, təmkinlə təhlil edin. Durumda mütləq şəkildə xoş yönlər var.
Mühüm sənədlərin imzalanması, bahalı əşyaların alınması və ya satılması üçün əlverişli gün deyil.
Günün ikinci yarısında ünsiyyət çətinləşəcək. Yaxın ətrafınızdakı insanlar sizi fikrini tez-tez dəyişən insan sayacaqlar. Qərar və əməllərinizdə ardıcıl olun.
Yaxşı tanımadığınız insanlarla təmaslardan imtina edin.

Tərəzi – planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında yeni sifariş ola bilər.
Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.

Əqrəb – işinizə məsuliyyətlə yanaşın. Cari məsələlərin həlli əlahiddə zəhmət və çox vaxt tələb etmir. Ətrafınızdakı hadisələrin mahiyyətini anlamağa çalışın. Bəzi nüanslar xüsusi diqqət tələb edir.
Günün ikinci yarısında vaxt sürətlə keçəcək. İkinci dərəcəli məsələlərə fikir verməyin. Onları təxirə salmaq da olar. Şəxsi münasibətlərdə ciddi problemlər olmayacaq. Yaxın gələcəklə bağlı perspektivlər maraqlıdır.
Təklif və vədləri real dəyərləndirin.

Oxatan – intensiv intellektual və fiziki əməklə məşğul olmayın. Rutin öhdəlikləri yerinə yetirin. Yaxın gələcəklə bağlı planları bir daha dəqiqləşdirin.
İntuisiyanız sizi aldatmayacaq.
Günün ikinci yarısında işdə rəhbərlik sizə əlavə tapşırıq verəcək. Ən xırda detallar barədə informasiya əldə etmədən işə başlamayın.
Tapşırığın korrekt yerinə yetirilməsi üçün müstəqil işləyin.
Yaxınlarınızla münasibətlərdə etimad və qarşılıqlı anlayış xüsusi əhəmiyyət kəsb edir.

Oğlaq – şəxsi münasibətləri işgüzar maraqlardan üstün tutmayın. Ruh yüksəliyi ilə çalışın, hədəflərə və məqsədlərə çatmaq üçün bütün zəruri vasitələrdən istifadə edin.
Bəzi işlərin öhdəsindən asanlıqla gələcəksiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan yararlanın. Kənardan məsləhətlərə, yardımlara ehtiyacınız yoxdur. Dəyər verdiyiniz insanla təmaslarda məsafə saxlamağa çalışmayın. Sevdiyiniz insanın hissləri ilə oynamayın.

Dolça – çox ciddi irəliləyişlərə nail ola biləcəyinizi düşünməyin. Realist olun, imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. İndiyədək əldə etdiyiniz nəticələrə diqqətlə nəzər salın, yanlışlıqların fəsadlarını aradan qaldırın.
Günün ikinci yarısında yaradıcılıq potensialınız artacaq. Ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün yeni layihəni reallaşdırmağa başlayın.
Özünüzü həddən artıq yormayın.
Axşam saatlarında qıcıq və yorğunluq istisna deyil. Yaxınlarınızla təmaslarda qarşı tərəfin mövqelərini nəzərə alın.

Balıqlar – qüvvənizə və potensialınıza şübhə etməyin. İradəli olsanız, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Karyeranızı düşünün. Problemlərin həllinə yaradıcı yanaşın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyac duyacaqsınız. Ağır işin öhdəsindən təkbaşına gələ bilmirsinizsə, dostlardan yardım istəməkdən çəkinməyin.
Axşam saatlarını dəyər verdiyiniz insana ayırın. (Milli.Az)
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi