Bürclər – 7 oktyabr
Medeniyyet
Oxunub: 649
7 okt 2018 | 09:00
Bürclər – 7 oktyabr














Qoç – Səhər saatlarında yaxın ətrafınızdakı insanlardan bir neçəsi ilə anlaşılmazlıq yarana bilər. Normal dialoq istəyirsinizsə, psixoloji cəhətdən çevik olun. Diplomat kimi davranın. Kommunikasiyanın fərqli metodlarından və vasitələrindən istifadə edin.
Günün ikinci yarısı görüşlər, müzakirələr və mübadilələr üçün əlverişlidir. İşdə maraqlı təklif eşidəcəksiniz. Tələsik qərar verməyin.

Güzəşt axtarışları dəyər verdiyiniz insanla münasibətlərdəki harmoniyanı qorumaq üçün mütləq şərtdir.

Buğa – İstənilən yeniliklər və eksperimentlər üçün əla gündür. Yeni müttəfiqlər tapacaqsınız. Hətta əvvəllər tərəfinizdə olmayan insanlar belə arqumentlərinizin səhihliyini dana bilməyəcəklər. Maliyyə baxımından isə gün o qədər uğurlu deyil. Gəlirlər özünü bir qədər gözlədəcək. Nəzərdə tutulmamış xərclər istisna olunmur.
Uğurlu insanlarla təmaslar üçün əlverişli gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bu insanlardan enerji ala bilərsiniz. Bacarıq və biliklərinizi artırmağa çalışın.

Əkizlər – Günün ilk yarısı effektiv və əlverişlidir. Fiziki və emosional tarazlığı bərpa edin. Yaxın ətrafınızdakı insanlarla qeyri-rəsmi şəkildə təmaslara üstünlük verin.
Günün ikinci yarısında işgüzar danışıqlar pis nəticə verməyəcək. Yaradıcılıqla məşğul ola bilərsiniz.
Axşam saatlarında yeni dost qazanacaqsınız.

Xərçəng – Tərəfdaşlarla ünsiyyətə xüsusi diqqət ayırın. Yaxın ətrafınızdakı insanlarla stabil təmaslar irəliləyişə əlavə təkan verəcək. Yaradıcılıq və karyera məsələlərində emosional addımlar atmayın.
Günün ikinci yarısında tərəfdaşlar və həmkarlarla danışıqlar yaxşı nəticə verəcək.
Münaqişələri alovlandırmayın, ziddiyyətləri güclənməmiş aradan qaldırın.
Axşam saatları məhsuldardır. Yaxın insanların yanında dincəlin.

Şir – İntellektual iş üçün uğurlu gündür. Gəldiyiniz nəticələr paradoksal da olsa, doğrudur. Müşahidələriniz sizi aldatmayacaq. Uzun müddətdən bəri dil tapa bilmədiyiniz adamla bu gün razılığa gələ biləcəksiniz. Bu isə yaxşı tanışlıq, məhsuldar əməkdaşlıq və ya isti münasibətlərin əvvəli ola bilər.
Təmaslar, görüşlər, danışıqlar günüdür. Ətrafdakı insanlara xoş təəssürat bağışlayacaqsınız. Axşam saatlarını rahat keçirin, qüvvələrinizi bərpa edin.

Qız – Genişmiqyaslı layihəyə, önəmli məsələyə başlamaq üçün əlverişli zaman deyil. Əvvəlki işləri bitirin. Yarımçıq işlər ballasta, izafi yükə çevrilməməlidir.
Günün ikinci yarısında hesabatları tərtiq edəndə diqqətli və sayıq olun. Alış-verişdə bədxərclik etməyin.
Axşam saatlarında dostlardan birinə təcili kömək gərəkəcək. Yardımlarınızı əsirgəməyin.

Tərəzi – Hadisələrlə zəngin gündür. İşlə bağlı məsələlər sizdən səfərə çıxmağı tələb edəcək. Müxtəlif dövlət qurumları və təşkilatlarının mənsubları ilə təmaslar aktiv olacaq.
Günün ikinci yarısında hətta maraqlarınızın toqquşduğu insanlarla dil tapmağa çalışın. Gurultulu bəyanatlar verməyin. Yeni biliklər və bacarıqlar əldə etmək üçün sərfəli zamandır. Şanslardan maksimum istifadə edin.
Axşam saatlarında adrenalin axtarışlarına çıxmayın.

Əqrəb – Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət bəslədiyiniz adamların bəzilərinin az sonra sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür. Günün ikinci yarısında sərfəli sövdələşmələrə nail ola bilərsiniz.
Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin. Gün maraqlı, həyəcanlı olacaq.

Oxatan – Günün ilk yarısında əhvalınız yaxşı olacaq. Qüvvələrinizdən bədgüman olmayın, bədbinliyə qapılmayın. Şərtlər əlverişlidir. Situasiyanı normal dəyərləndirməyə çalışın.
Günün ikinci yarısında yaxınlarınız və ya qohumlarınızdan birindən xoş xəbər ala bilərsiniz. Bələd olmadığınız insanlarla ünsiyyətdə nəzakətli davranın. İşgüzar müzakirə, diskussiya, elektron poçtla yazışma pis keçməyəcək.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Oğlaq – Ambisiyalarınızı açıqlamayın, cəmiyyətdə bərqərar olmuş qaydalar və qanunlar çərçivəsindən kənara çıxmayın. Hansısa olay sizdə kəskin narazılıq yaradarsa, emosiyalarınızın izharına tələsməyin.
Peşəkar etiketin qulaqardına vurulması işdə həmkarlarla münaqişələrə səbəb ola bilər. Rəhbərliyin narazılığına səbəb olacaq addımlar atmayın.
Təmkinli olun, emosiyalarınıza nəzarət edin.
Bəzi planları təxirə salmaq gərəkdir. Dəyər verdiyiniz insanla tələbkar davranın.

Dolça – Maraqlı və pozitiv gündür. Uzaqdan yaxşı xəbərlər alacaqsınız. Tərəfdaq və ya şərikdən cazibədar təklifin alınması istisna deyil. Karyeranızda inkişaf da mümkündür.
Günün ikinci yarısı təhsil, biliklərin artırılması, təcrübənin genişləndirlməsi üçün əlverişlidir. Sevdiyiniz insandan kənardasınızsa, aktiv təmaslarda olun.
Axşam saatlarında yeni tanışlıq ola bilər.

Balıqlar – Günün ilk yarısında situasiya yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdən asılıdır.
Müzakirə edilən məsələlərlə bağlı fikirlərinizi paylaşanda diqqətli olun. Qarşı tərəfin mövqelərini nəzərə alın.
Günün ikinci yarısında gərəkli insanlarla normal əlaqələr yaratmağa çalışın.
İşdə həmkarların və rəhbərliyin dəstəyini ala bilərsiniz.
Sevdiyiniz insanlarla axşam saatlarında mübahisə etməyin. (Milli.Az)
Bu gün, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir