Bürclər – 1 oktyabr
Medeniyyet
Oxunub: 423
1 okt 2018 | 09:16
Bürclər – 1 oktyabr














Qoç – Enerjinizin həddi-hüdudu yoxdur. Amma bir dənə də olsun, dəyərli və maraqlı bir iş tapa bilmirsiniz ki, həmin qaynayan enerjinizi ona sərf edəsiniz. Nəticədə vaxtınızı boşuna sərf edirsiniz. Başqalarının layihələrində iştirak edən, ümumi maraqlara xidmət edən işləri həll edən Qoçlar isə bu baxımdan istisna təşkil edirlər. Əməkdaşlıq sizə faydalıdır, bu gününüzü daha maraqlı edir.
Şəxsi həyatda dəyişikliklərin təşəbbüskarları bu gün məhz Qoçlardır. Bəziləri öz partnyorlarını cəsarətli və qeyri-adi təklifləri ilə təəccübləndirir, bəziləri isə düşünürlər ki, artıq yeni bir mərhələyə adlamaq vaxtıdır və əvvəlki əlaqələrini heç bir şübhə etmədən, tərəddüdsüz, birdəfəlik kəsirlər.

Buğa – Gün maraqlı və uğurludur. Onu nəyə həsr etmək qərarını özünüz verə bilərsiniz. Tamamilə yeni bir işə başlasanız, ilk uğurların bu qədər tez alınmasına təəccüblənəcəksiniz. Əvvəllər başladıqları işi davam etdirməkdə olan Buğalar qabaq onlara burada çox çətin görünən problemləri tezliklə həll edəcəklər.
Bu gün dəyərli bir hədiyyə ala bilərsiniz. Sahibkarlar üçün öz biznesləri üçün investorlar cəlb etmək çətinlik törətməyəcək. Şəxsi münasibətləriniz də üzünüzü güldürəcək: əgər burada nə isə dəyişirsə, yalnız yaxşılığa doğru dəyişir.

Əkizlər – Bu gün göylərin xüsusi himayə göstərdiyi şəxslər arasındasınız. Günün birinci yarısı buna tam əmin olacaqsınız. Hansı işdən yapışsanız, alınacaq. Yeniliklərə, həyatınızı dəyişməyə nə qədər çox can atırsınızsa, bir o qədər bu işdə uğur qazanırsınız. Həyatınızı çətinləşdirən stereotip və vərdişlərdən qurtulmaq bu gün sizə asan olacaq.
Enerjiniz çoxdur, həyat eşqiniz coşub-daşır, yorulmaq bilmirsiniz. Bu gün romantik tanışlıqlar üçün çox münasibdir: davamı ancaq xoşbəxtlik vəd edir.

Xərçəng – Tamamilə yeni, daha maraqlı bir işlə məşğul olmaq arzusundasınız. Ancaq məsuliyyət və vədləriniz sizi sərbəstlikdən məhrum edir: əvvəlki işlərinizi bitirmədən irəli gedə bilməyəcəksiniz. Bu gün çox işləməli olacaqsınız, entuziazmınız kifayət qədər olsa da, çox cüzi yardım alacaqsınız.
Günün ikinci yarısı yaxınlarınızla münasibətlərdə ahəngdarlıq və qarşılıqlı anlaşma vəd edir. Əvvəlki incikliklərdən əsər-əlamət qalmayacaq və siz anlayacaqsınız ki, doğrudan da, sizi sevən insanlarla əhatə olunmusunuz.

Şir – Bu gün öz qayğınıza özünüz qalın, “yuxarılar” məşğuldur. Maliyyə vəziyyətiniz zərbə altındadır: pullar gah bilinməyən istiqamətdə yoxa çıxır, ya da dəhşətli dərəcədə azalır. Planlarınızı gözdən keçirin, xeyli pul tələb edən işləri bir qədər gözlədin.
Şəxsi münasibətlər baxımından gün o qədər də pis deyil: ciddi səhvlər buraxmır, münaqişələrdən qaçır, hətta vaxtaşırı güzəşt yollarını da arayırsınız. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa biləcəklər.

Qız – Əla gündür. Həm gücünüz, həm də həmişəki kimi, inadınız çoxdur. Yəni sizin üçün görülməsi mümkün olmayan iş yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti üçün uyğun gündür. Bu gün bağlanan sövdələr yaxşı gəlir gətirəcək.
Gün, sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxınlarınızın məsləhətinə qulaq verin.

Tərəzi – Sizə bir qədər dözüm gərəkdir, çünki gün ərzində bəzi xırda-para xoşagəlməzlik yaşayacaqsınız. Sadəcə, gözləmə mövqeyi tutun. Özünüzdən çıxmaq məsləhət deyil: neqativ emosiyalar sizi düşünülməmş hərəkətlərə təhrik edə bilər. Yaxşı olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz. Ən azından elələrini seçin ki, sizə aydın görünən məsələləri onlara ikinci dəfə izah etmək məcburiyyətində olmayasınız.
İşləriniz başınızdan aşır, enerjiniz isə azdır. Bu o deməkdir ki, axşama doğru güclü yorğunluq hiss edə bilərsiniz. Səhhətinizə vaxt ayırın.

Əqrəb – Köhnə bir probleminizin yenidən baş qaldırması ehtimalı var. Bu dəfə problemin heç olmadığı kimi davranmaq karınıza gəlməyəcək. Ümumiyyətlə, siz artıq reallığa dönərək hər şeyi olduğu kimi görməyə hazırsınız. Çətinlikləri aşmaq üçün sərtlik tələb olunacaq, sözləriniz və hərəkətləriniz ətafdakıları qıcıqlandıra bilər.
İstənilən yenilənmə üçün uyğun gündür. Həm imicinizdə, həm evinizdə dəyişikliklərə ehtyiacınız var. Lazım olmayan hər şeydən imtina edin: bu, sizə uğur gətirəcək.

Oxatan – Həftənin ən anlaşılmaz günüdür. Bu gün alacağınız bir xəbər sizi çaşdıracaq. Bir çox Oxatanlar planlarını tələsik dəyişməli, başqalarının mənafeyi naminə nəyisə qurban verməli olacaqlar. Xərcə düşəcəksiniz, amma xəsislik etməyin, bu xərclər özünü doğruldacaq.
Yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Bu gün insanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı çatmayanlara da. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən cavanlarla ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və həyatsevərliyi sizi də qanadlandırır.

Oğlaq – Sizin üçün çox dəyərli bir insana görə narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və təhlükəli görünür. Öz işləriniz barədə düşünməyə vaxt qalmır, baxmayaraq ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir. Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən korlana bilər.
Vaxtınızın çox hissəsini təmiz havada keçirməyə çalışın. Əgər gününüzü istirahətə həsr etmək fikrindəsinizsə, aktiv istirahəti seçin. İdman, rəqs, uşaqlarla oyunlar məsləhətdir. Əgər kitab-dəftərlə işiniz varsa, gözlərinizə diqqət edin.

Dolça – Bu gün baş verən hadisələr sizi sevindirəcək. Hər işiniz alınacaq. Pullarla bağlı istənilən əməliyyat uğurlu olacaq, işgüzar hissiyyatınız sizi aldatmayacaq. Alış-veriş, sövdələr məsləhətlidir. Bəzi Dolçalar öz gəlirlərini artırmaq üçün gözlənilməz imkanlar qazanacaqlar.
Sizi anlayan və dəstək olan insanları asanlıqla tapırsınız. Fantaziyasına korluq verməyənlər isə maraqlı layihələr, təkliflər irəli sürə bilərlər. Bu gün başlanan romantik münasibətlər xoş gələcək vəd edir.

Balıqlar – Aza qane olmayın: bu gün, doğrudan da, böyük qələbələr qazana bilərsiniz. Düzgün qərarlar vermək üçün bilik və təcrübəniz yetərincədir. Öz imkanlarınıza şübhə etməyi bir kənara qoyun. İstənilən yaradıcı münasibət tələb edən layihənin həyata keçirilməsi, həmçinin özünüdərk üçün əla gündür.
İntuisiyanıza güvənin, o, sizə pis adamları yaxşılardan seçməyə kömək edəcək. Dostlarınızın vasitəçi olacaqları tanışlıqlar sizin üçün faydalı olacaq.

Milli.Az
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA