Bürclər – 30 sentyabr
Medeniyyet
Oxunub: 532
30 sen 2018 | 09:00
Bürclər – 30 sentyabr














Qoç – bu gün yaranacaq istəklər, ideyalar və ya quracağınız planları sürətlə reallaşdırmaq asan deyil. Yaxın ətrafınızdakı insanlardan dəstək gözləməyin.

Özünüzə qapanmayın, pərişan olmayın.

Hisslərinizi anlamayan, sizi başa düşməyən insanlarla münasibətləriniz pozula bilər. Kiçik, amma əndişə yaradan maliyyə itkiləri istisna deyil.

Səfər və ya səyahət üçün əlverişli gün deyil. Yol sizi yoracaq, usanacaqsınız. Sevdiyiniz insanla münasibətlərdə həddən ziyadə həssas və diqqətli olun. Hər tənqidə sərt reaksiya verməyin, xırdalıqlar sizi təbdən çıxarmasın.

Axşam saatlarında başağrıları mümkündür.

Buğa – əvvəlcədən hazırlanmış plana riayət etmək çox çətindir. Hadisələr gözlədiyiniz və ya təxminlədiyiniz məcrada inkişaf etmir. Situasiyaya uyğunlaşmasanız, çox çətin olacaq. Yardım heç gözləmədiyiniz yerdən gələcək. Çətin anda sizə kömək etmiş insana minnətdarlığı unutmayın.

Yeni tanışlıqlar üçün pis gün deyil. Lakin diqqətli və sayıq olun, yaramaz insanlarla təmaslar qurmayın. Romantik münasibətlər başlayarsa, uzunmüddətli və ciddi olacaq.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər – məhsuldar gündür. Yaradıcı yanaşma, həllərdə orijinallıq tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Fəlsəfə, psixologiya və xarici dillərin öyrənilməsində irəliləyişə nail olacaqsınız.

Təkmilləşmə və intellektual yüksəliş üçün göstərdiyiniz səylər hədər getməyəcək.

Peşəkar planların müzakirəsi üçün yaxşı gündür. Karyeranızda əhəmiyyətli rol oynaya biləcək sənədin imzalanması ehtimalı var.

İşgüzar müstəvidə təşəbbüskar olun. Yaxşı çalışsanız, nəticədən razı qalacaqsınız.

Xərçəng – işgüzar məsələlərin həlli üçün keçirilməsi gərəkən görüşləri təxirə salmayın. İnadkarlıqla güzəştlər arasında “qızıl orta”nı tapın. Sərt təzyiqə əl atmayın. Müqavilə və anlaşmalar uğurlu olacaq. Həlli son anda baş tutacaq problemlər var.

Şəxsi münasibətlər müstəvisindəki durum normal deyil. İşləri praktik məcraya qaytarmaq üçün ciddi çalışın. Dostlara yardım edin. Məsləhətinizə ehtiyacı olan insanlar var.

Şir – maliyyə məsələlərinin həlli baxımından əlverişli zamandır. Uğura güvənməyin. Maliyyə və əmlakla bağlı istənilən problemin həllində konstruktiv yanaşma nümayiş etdirin. İlk baxışdan kiçik, amma əslində, böyük irəliləyişlər vəd edən dəyişikliklərə hazır olun.

Yeniliklərə müqavimət göstərsəniz, bir sıra mühüm işlərin gedişatı yavaşıya bilər.

Şəxsi münsibətlərdə mürəkkəb situasiya formalaşır. Yaxınlarınızla tam anlaşmaya nail olmaq çətindir. Güzəştə getməyi bacarın. Əfsuslar olsun ki, güzəşt etməli insan sizsiniz.

Qız – mahiyyət etibarən pis gün deyil və qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Realist olun, xülyalara uymayın, illüziyalara qapılmayın. Aza qane olaraq gərəkli istiqamətdə addım-addım irəliləyin.

Günün ikinci yarısında sizə yardım etməyə başlayacaq insanlar uzun müddət müttəfiqləriniz kimi qalacaqlar.

Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yaratmağa çalışın. Əlverişli məqamdan yararlanaraq maraqlı tanışlığa nail olmaq mümkündür.

Romantikaya qapılmayın.

Tərəzi – sizi maraqlı xəbərlər və olaylar gözləyir. Macəralar aramayın – onlar sizi tapacaq. Ətrafınızda yaşananlara operativ və məntiqi reaksiya verin. Səhvlər etməməyə, yanlışlıqlara yol verməməyə çalışın.

Peşəkar fəaliyyət sahəsində irəliləyişlərə nail ola bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınızla aranızda münaqişə yarana bilər. Fəqət, o, sərt və ciddi olmayacaq. Etiraflara inanmayın.

Sevdiyiniz insanla səmimi olun.

Əqrəb – gərgin və çətin gündür. Günün ikinci yarısı ilk yarıdan daha uğurlu və düşərli olacaq. Ağır, ciddi işləri günün ilk yarısına planlaşdırmayın.

Alış-verişdə bədxərclik etməyin. Kefinizi durultmaq üçün gərəksiz nəsnə almayın.

Sizi anlayan insanlarla görüşməyə çalışın. Bilik, bacarıq və ya perspektivlərinizə şübhə edən adamlarla sıx təmasda olmayın. Belə insanlar özünüzə olan inamı azalda bilər.

Oxatan – yaşam potensialı səviyyəsi aşağı düşəcək. Adi vaxtlarla müqayisədə daha tez yorulacaqsınız. Günün ikinci yarısında əhvalın pisləşməsi, xroniki ağrıların güclənməsi istisna deyil.

Uzun səfər və ya səyahətə yollanmaq məsləhət deyil. Evə yaxın olun.

Dostlar əhvalınızı yaxşılaşdıracaq, sizi hədiyyə və ya xoş xəbərlə sevindirəcəklər.

Həmkar və ya həmfikirlərinizlə görüşə biləcəyiniz tədbirlərə qatılın. Faydalı tanışlıqlara nail olun.

Maliyyə məsələlərində ehtiyatlı olun. İtkilər istisna deyil.

Oğlaq – qarşınıza qoyduğunuz məqsədə doğru sürətlə irəliləmək üçün əlverişli gündür. İstirahət istəyinə aldanaraq mühüm işi təxirə salmayın. Diqqəti işə yönəldin. Xırda təfərrüatlar və detalları nəzərdən qaçırmayın. İstənilən anlaşma və ya müqavilələrin müzakirəsində sayıq olun. Yalan qurbanına çevrilə bilərsiniz.

Uzun müddət sükan arxasında olmayın. Bu gün mürəkkəb texnika ilə çalışmaqdan yayının.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda problemlər yaranmayacaq. Onlar əhvalınızı anlayacaqlar.

Yeni tanışlıq ehtimalı azdır.

Dolça – əhəmiyyətli və ya çoxdan gözlənilən hadisə baş verəcək. Narahat olmayın, ciddi problemlər yaranmayacaq. Məqsədə çatmağınıza az qalıb. Bir qədər səbrli olun.

Maraqlı kəşflər, ümidverici görüşlər istisna deyil. Bilik və təcrübəniz sizə yeni dostlar tapmağa imkan verəcək.

Günün ikinci yarısı alış-veriş üçün əlverişlidir.

Axşam saatlarında dostlarla birlikdə istirahət edin.

Romantik hisslərə qapılmayın.

Balıqlar – xoş, ahəstə və əsəblərin sakit olduğu gündür. Hansısa işin yarımçıq qalması, harasa gecikməklə bağlı narahatlıq keçirməyin. Təsadüfən xoş işlər baş verəcək. Əsas odur ki, yaşananları diqqətdən qaçırmayın. Maraqlı görüşlər, yaşamınıza əhəmiyyətli dərəcədə təsir edəcək insanla təmaslar istisna deyil.

Axşam saatlarında normal istirahət edin.

Uzaqdan gəlmiş insanla qarşılaşacaqsınız. (Milli.Az)
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun