Fəhləliklə pul qazanan azərbaycanlı “Van Damm”: “Mənə dəyənə Allah dəyər”
Medeniyyet
Oxunub: 583
24 sen 2018 | 22:49
Fəhləliklə pul qazanan azərbaycanlı “Van Damm”: “Mənə dəyənə Allah dəyər”














Son zamanlar “İnstagram”da məşhur olan videobloggerlərdən biri də özünü izləyicilərinə Azərbaycanın "Van Damm"ı olaraq tanıdan Ruslan İsmayılovdur.

Ruslanın Van Dammın hərəkətlərini təkrarlayaraq video çəkməsi və özünəməxsus danışıq tərzi hər kəsin marağını cəlb edib. Bu videolara görə onu tənqid və təhqir edən də, tərifləyən də var.
Yolumuzu Zaqataladan, Ruslanın yaşadığı Çobankol kəndindən salırıq. Ruslan israrla çəkilişin evində olmamasını xahiş edir. Nəhayət, razılıq verir və biz onlara yollanırıq.
Bizi qarşılayan müsahibimizin ailəsi Ruslanın namaz qıldığını bildirir. Onlar övladlarının uşaq yaşlarından Jan-Klod Van Dammın filmlərinə baxaraq ilhamlandığını, bəzən onun kimi danışmağa cəhd etdiyini deyirlər. Nəhayət yerli Van Dammımız namazını qılıb, özünü bizə çatdırır. Videolarında da eynəkdən tez-tez istifadən edən Ruslan bizi həmin tərzdə qarşılayır. O, gözündə problem olduğunu vurğulayır.

31 yaşlı Ruslan İsmayılov bildirir ki, Zaqatalada doğulub. İki bacısı və bir qardaşı var. Fəhləlik edərək dolanan Ruslan məktəbə getmədiyini, amma oxuyub-yaza bildiyini qeyd edir: “Hələ telefonla da yazışıb, mesajlaşıram. Bunları sizə özümü tanıtmaq üçün deyirəm".
- Yaxşı, bəs niyə “Azəri Van Damm”?
- Uşaqlıqdan onun filmlərinə baxmışam. Van Damma marağım çox böyükdür. Bu gün də izləyirəm. Onu canlı görmək istəyirəm. Mənimlə məşq etsin, fəndlərini öyrətsin. Onun kimi olmaq istəyirəm ki, vətən uğrunda vuruşa bilim. Mən xalqımı çox sevirəm. Yəni ürəklə, bağrımla sevirəm. İnşallah, bu çəkilişi Qarabağda ermənilərdən torpaqlarımızı aldıqda reallaşdıraq. Mən də gedib bayrağımızı Qarabağa sancım.
- İlk videon necə çəkildi, necə məşhurlaşdı?
- “İnstagram”da hamı video çəkirdi. İstədim ki, mən də bir video yerləşdirim. Buna görə də adi bir video çəkib, paylaşdıq. Sadəcə video anidən məşhurlaşdı. İnsanlar məni sevdi, izlədi və yenə belə videolarpaylaşmağımı istədi. Mən də belə videolar çəkib, məşhurlaşmaq və pul qazanmaq istəyirəm.

- Bəzən videolarında səni təhqir yaxud tənqid edirlər. Bu səni narahat etmir?
- Məni izləyənlərə də, izləməyənlərə də can sağlığı arzu edirəm. Mənasız söz atanlara da təşəkkür edirəm. İzləyib, dəstək olanlar bəsimdir. Qalanları da özləri bilər. Düzdür, əsəbiləşirəm. Ancaq səbr edirəm. Çünki namaz qılıram. Mənə dəyənə Allah dəyər.
- İnsanları öz videolarınla güldürürsən. Ailən buna necə yanaşır?
- Ailəm narazı deyil. İstəyirlər ki, irəli gedim, mənim üçün də yaxşı olsun. Bir tikə çörək pulumu qazana bilim.
- Videoların maddi vəziyyətinə təsiri var?
- Maddi vəziyyətim yaxşı deyil. Özüm kasıb oğlanam. Arada bir reklamlara çəkilsəm, pul qazanaram. Mən də bir sənətkar olmaq istəyirəm. Bir ipin ucundan tutmaq lazımdır. Hamı su üzünə çıxıb, nə olar ki, mən də çıxsam? Mən də ailəmin üzünü güldürmək arzusundayam.

- Nə vaxtsa bu qədər məşhur olacağın ağlına gələrdi?
-Vallah, bu qədər seviləcəyim ağlıma gəlməzdi. Fəhləlik edib, pulunu çıxaran adamam. Doğurdan da Azərbaycan xalqı məni çox sevir. Mən də onları çox sevirəm.
-Burda çəkiliş etməməyimizi istədin, amma çox gözəl eviniz var...
- Cənab prezidentimiz İlham Əliyevə təşəkkür etmək istəyirəm. Allah onu və balalarını qorusun. O Zaqatalaya gələndə canlı görüşmək istəyirəm.Bir evimiz var idi. Amma 2012-ci ildə zəlzələ evimizi uçurdu. Prezident bu evləri tikdirməsəydi, çadırda qalacaqdıq.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO