Bürclər -24 sentyabr
Medeniyyet
Oxunub: 490
24 sen 2018 | 09:17
Bürclər -24 sentyabr















Qoç – Cari işlərlə məşğul olun, rutin məsələləri çözün. Faydalı biliklər və bacarıqlar əldə edin. Çətinlikləri kimsədən yardım gözləmədən özünüz aradan qaldırın. Hadisələrin standart axarından kənara çıxan məqamlarda səbrli olun.

Günün ikinci yarısında fəaliyyətiniz üçün real stimul olacaq. İşlər uğurlu olacaq. Sizi tələsdirsələr də, tələyə düşməyin. İşlədiyiniz kollektivdəki yeni intriqa və şayiələrin ömrü uzun olmayacaq. Aktivlərinizə fikir verin. Etibarlı gəlir mənbəyi əldə edin.

Buğa – Maraqlandığınız işləri yarımçıq qoymayın. Qətiyyətli olun, ən cüzi səhvdən və kiçik problemdən sonra geri çəkilməyin. Gərəkli proseslərə təkan verə bilərsiniz. Tələsmədən, ahəstə şəkildə çalışın. Şanslarınızdan yararlanın.

Günün ikinci yarısında işdə rəhbərliklə müzakirələrdə irəliləyişə nail olun. Ağır fiziki işdən qaçmayın. Bilik və bacarıqlarınızı real qiymətləndirin. Qarşı tərəfin imkanlarını heç bir halda aşağılamayın.

Axşam saatlarında normal istirahət edin.

Əkizlər – Yaşam arealını qaydaya salın. Fəaliyyət müstəvisindəki problemləri tədricən həll etməyə aludə olmayın. Çətinlikləri ən qısa zamanda aradan qaldırmağa can atın. Maliyyə vəsaitlərinin uzunmüddətli saxlanması və ya qorunması ilə bağlı məsələlər aktuallaşır.

Günün ikinci yarısında hədəflərlə məqsədlərdən asılı olmayaraq mövqelərinizi səbatlı edin. Maliyyə və daşınmaz əmlakla bağlı məsələlərin çözülməsi üçün əlverişli zamandır. Ailə üzvləri ilə münasibətləri gərməyin.

İşgüzar tərəfdaşlıqda qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edəcək.

Birgə səylərin əhəmiyyəti artır. Nəticələr pis olmayacaq.

Xərçəng – Valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümkündür.

Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar.

Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür.

Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil.

Ehtiyatlı olun, tanış olduğunuz insan sizinlə səmimi olmaya bilər.

Şir – Təsərrüfat işləri ilə məşğul olmaq mümkündür. Pullarınızın qədrini bilin. Maliyyə vəsaitinizi yalnız real zərurətlərə, praqmat ehtiyaclara ödəyin.

Önəmli saydığınız məsələ ilə bağlı qərar verməzdən əvvəl vəziyyəti araşdırın, imkanları götür-qoy edin. Borclarınızı qaytarmağa başlayın. Kredit götürməyə tələsməyin.

Günün ikinci yarısında yeni layihəyə başlamaq olar. Tərəfdaşları aldatmayın. Etimadı doğruldun. Sizdən sui-istifadə etmək istəyənlərə aldanmayın.

Qız – Günün ilk yarısı xoş, münasib zamandır. Səhvlər etsəniz də, onların fəsadları ağır olmayacaq. Yanlışlıqları müstəqil şəkildə aradan qaldırın. Kimsədən yardım gözləməyin. Seçimdə başqalarının məsləhətlərini aprior həqiqət saymayın.

Günün ikinci yarısında gəlirin artması və ya maliyyə yardımı istisna deyil. Əks cinsin mənsubu ilə mükalimələrdə diqqətli olun. Ünsiyyət zamanı sərt və qaba davranmayın.

Ziddiyyətləri danışıqlar, müzakirələr vasitəsilə həll etmək olar.

Tərəzi – Gün ciddi problemlərin təhlili, mürəkkəb məsələlərin həlli ilə bağlıdır.

Sadə olmayan analitik işlə məşğul olaraq mürəkkəb durumu çözə bilərsiniz.

Yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın.

Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər.

İnadkar olmayın, gərəksiz mübahisələr etməyin.

Əqrəb – Məqsədə doğru aramla, amma yolunuzdan əsla sapmadan hərəkət edin. Situasiya sizdən bəzi xam xəyallardan və illüziyalardan qurtulmağı tələb edir. Ayıq olun. Nə qədər çevik davransanız, bir o qədər yaxşıdır.

Maliyyə imkanlarınızı realist qiymətiləndirin. Ani hisslərə qapılmayın.

Günün ikinci yarısında birgə fəaliyyətinizdə tərəfdaşların və şəriklərin rolları ilə yerlərini dəqiqləşdirin. Konkretlik vəziyyətin tələbidir.

Axşam saatlarına yaxın şəxsi problemlərinizin həllini başa vurun.

Sevdiyiniz insanlarla münasibətləri qorumaq istəyirsinizsə, güzəştə getməyi bacarmalısınız.

Oxatan – Peşəkar bacarıqlarınızı artırın, tutduğunuz mövqeləri möhkəmləndirməyə çalışın. İş yerində rəhbərlik və həmkarlarla münasibətləri kəskinləşdirməyin. Gərgin, əsəblərin tarıma çəkiləcəyi situasiyalarda səbrli davranın.

Məqsədə çatmaq üçün ilk baxışdan kiçik, önəmsiz təsir bağışlayan problemləri sürətlə həll etməkdən çəkinməyin.

Günün ikinci yarısında aldığınız sifarişlər və ya tapşırıqları vaxtında yerinə yetirin. Tərəfdaşın fərdi yox, işgüzar məziyyətlərini önə çəkin. İşlərinizdə inadkar, qətiyyətli olun.

Oğlaq – Az danışın, çox iş görün. Bəzi hallarda ifrata vararaq tələskənlik etməyin. Müvəqqəti passiv gözləntidə fayda var. Vaxtınızdan səmərəli istifadə edin. Alış-verişdə bədxərclik etməyin. Atacağınız addımları əvvəlcədən təhlil edərək hazırlayın.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Maraqlandığınız nəsnə ilə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın.

Hadisələrə təsir imkanlarına malik insanlarla təmasları fəallaşdırın. Yaşananlara ayıq münasibət bəsləyin. İllüziyalara qapılmasanız, uzunmüddətli, möhkəm, qarşılıqlı faydalı əməkdaşlıq mümkündür.

Dolça – Xırdalıqlara və mənasız olaylara həddən artıq diqqət yetirməyin. Sizi sinirləndirəcək, qıcıqlandıracaq məqamlar olacaq. Gördüyünüz işə verilən qiymətdən, habelə yeni tapşırıqdan narazı qala bilərsiniz.

Konkret işə köklənin. Çətinliklərdən qorxmayın, problemlərdən yan keçməyin.

Günün ikinci yarısında fəaliyyət və yaşam arealındakı maneələri aşkarlayın. Daşınmaz əmlak, torpaq, mənzil və ya istehsalat məkanları ilə bağlı məsələlərlə məşğul olmaq üçün əlverişli zamandır.

Axşam saatlarını qiymətli saydığınız insanlarla keçirin.

Balıqlar – Günün ilk yarısında kollektiv fəaliyyət üçün tərəfdaşı diqqətlə seçin. İşgüzar münasibətlərə fərdi əlaqələr və emosiyalar müdaxilə etməməlidir. Qarşı tərəfi tam anlamaq üçün sayıq olun, sərvaxt davranın. Dəyər verdiyiniz insanın kiçik nöqsanlarına, cüzi səhvlərinə göz yummaq da olar.

Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Ciddi rəqabət olacaq. Barrikadaların müxtəlif tərəflərindəki insanların asanlıqla dil tapa biləcəyini düşünməyin. Səbrli, təmkinli olun.

Axşam saatlarında normal istirahət etməyə çalışın.
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO