Azərbaycanda sevgililər məzarlığı – FOTOLAR
Medeniyyet
Oxunub: 583
8 sen 2018 | 11:25
Azərbaycanda sevgililər məzarlığı – FOTOLAR















Buradakı qəbir daşları başqalarından həm də uzunluğuna görə seçilir

Azərbaycanın hər daşında gizli bir tarix yatır. İndiki dövrə qədər ölkəmizin regionlarında hələ tarixi məlum olmayan abidələrə, qəbir daşlarına rast gələ bilirik.

Respublikamızın ecazkar bölgələrindən olan Qusar rayonu həm də tarixi abidələrlə, qəbir daşları ilə zəngindir. Rayonda yerləşən tarixi abidələrin, qəbir daşlarının bəzilərinin tarixi dəqiq məlum deyil. Belə qədim abidələrdən biri də rayonun Həzrə kəndində yerləşən qədim qəbiristanlıqdır.

Bu qəbiristanlıq digər məzarlıqlardan çox fərqlənir. Belə ki, burada dəfn olunanlar yan-yana qazılmış qoşa məzarlarda basdırılıblar.

Qədim abidə haqqında kəndin ağsaqqallarından məlumat almağı özümüzə borc bildik. Çünki belə qədim və maraqlı qəbir daşlarına hər yerdə rast gəlmək mümkün deyil. Üz tutduğumuz kənd sakinləri bu qəbiristanlığın çox qədim olduğunu, dəqiq yaşının isə heç kimə məlum olmadığını vurğuladılar.

Məzarlıq haqqında öyrəndiyimiz ən maraqlı məlumat o oldu ki, burada sevgi ilə ailə qurub, ömrünün sonuna qədər ibadətlə məşğul olan ailələri dəfn ediblər. Qəbirlər iki formadadır. Birinin yuxarı hissəsi yastı şəkildə, digəri isə papaq formasındadır.

Kənd sakinlərinin Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışdıqlarına görə, yastı qadın, papaq formasında olan isə kişi qəbri olmasını nişanə verir. Qadın və kişi yan-yana basdırılıb, onların yanında, demək olar ki, başqa şəxslərin basdırılması qadağan olunub. Təəssüflər olsun ki, qəbirlərin bir neçəsi yararsız hala düşüb.

Kənd sakini Məhbubə xanımdan öyrəndik ki, buradakı qəbirlərin üzərində təsbeh, namaz qılmaq üçün xalça, dəstəmaz almaq üçün su qabı da əks olunub: “Buradakı qəbir daşları başqalarından həm də uzunluğuna görə seçilir. Hər qəbir daşının uzunluğu, təxminən 2 metrdən çoxdur”.

“Yaşlı insanların dediklərinə görə, bu qəbirlərin yaşı 19-cu əsrə qədər gedib çıxır. Hər məzarın üzərində müxtəlif şəkillər çəkilib” — deyə həmsöhbətimiz vurğuladı.

Onu da qeyd edək ki, qədim tarixə malik olan Həzrə kəndində iki daha belə qədimi qəbiristanlığa rast gəlmək olar. Onların hər birinin özünəməxsus tarixi var.
Bu gün, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı