“Əgər mən ağlamağa başlasam, sıravi vətəndaş nə etsin?” — Bəhram Bağırzadə
Medeniyyet
Oxunub: 585
5 sen 2018 | 13:44
“Əgər mən ağlamağa başlasam, sıravi vətəndaş nə etsin?” — Bəhram Bağırzadə















Azərbaycanın əməkdar artisti, əfsanəvi “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun məşhur siması, Rəssamlar İttifaqının, Fotoqraflar Birliyinin, Karikaturaçılar Cəmiyyətinin üzvü, yazıçı, aktyor, rejissor, bir sözlə, istedadlı insan Bəhram Bağırzadə sentyabrın 4-də özünün 44-cü ad gününü qeyd edir. O, bu münasibətlə Sputnik Azərbaycan-a müsahibə verib.



– Bəhram müəllim, sizinlə hər bir insan üçün ən qiymətli günlərdən biri olan ad gününüz ərəfəsində görüşmüşük. Özünüzü necə və neçə yaşda hiss edirsiz?

– İnanın, bu, mənim üçün adı günlərdən biridir. Həmin gün mən başqa günlərdə olduğu kimi səhər tezdən yuxudan dururam və ilk növbədə Allahıma şükr edirəm ki, bu gün yuxudan oyanmışam, nəfəs alıram və bu dünyanı görürəm. İkinci planda isə mən hər sentyabrın 4-ü bir dəstə güllə anamın yanına gedir, onu təbrik edir, əllərindən öpür və mənə həyat verdiyi üçün minnətdarlığımı bildirirəm.

Bundan sonra mənim ad günüm iş günü kimi davam edir. Son 25 ildir müstəqil işçi kimi çalışıram. İşləməyi sevirəm və daim Yaradana dua edirəm ki, mənə həmişə hərəkət etmək və işləmək üçün qüvvət versin. Son on ildə mən ad günlərimi məhz belə qeyd edirəm. 17 sentyabrda atamın dünyadan köçməsinin düz 10 ili tamam olur. Onun vəfatından sonra təmtəraqlı və dəbdəbəli tədbirlər keçirmək ürəyimdən gəlmir.

Düzünü desəm, atamın yoxluğunu çox hiss edirəm. Amma bütün bu illər ərzində elə bir günüm olmayıb ki, ona müraciət etməyim. Mən daim ona suallar verirəm, o da onları cavablandırır. Əgər lazımdırsa, məni dayandırır. Hər şeyi onunla razılaşdırıram. Elə bil, o, həmişə öz dəstəyi ilə yanımdadır.

– Bəs yubileyiniz?

– Əgər Allah imkan versə, yubileyimi qeyd edəcəm. Bu vaxt ərzində şəkilli kitab-albom çap etdirməyi düşünürəm. Orada görüşdüyüm, mənə dəstək verən, həyatda kömək edən hər bir şəxsiyyət – istedadlı jurnalist Aqşin Kazımzadədən başlamış Müslüm Maqomayevə qədər hər kəsdən bəhs edəcəyəm. Sizə deyim, mən çox xoşbəxt insanam ki, o cür adamlarla münasibətim olub.

Hələlik bu yaradıcılığa az vaxt ayırıram, günə iki-üç xatirəmi yazıram. Ümumiyyətlə, nəşriyyat sahəsində güclü boşluq var və istəyirəm onu dolduram. Xüsusilə də uşaq ədəbiyyatı və kitabları ilə bağlı. Misal üçün, mənim son kitabım “Bakı uşaqlar üçün” rus dilində, sonra isə Azərbaycan və ingilis dillərində çap olunub. İndi çox istəyirəm ki, uşaqlar üçün etika, estetika, muzeylərdə və teatrlarda davranış barədə yazım. Mən öz uşaqlığımda keçdiyim tərbiyə yolunu, həmin bilikləri indi də gələcək nəslə ötürmək istəyirəm. Ola bilsin, nə vaxtda Bəhram dayı televiziyada uşaqlar üçün veriliş açacaq və orada balacalarla münasibət quracaq (gülümsəyir – K.Ə.).

– Bildiyim qədər, siz daim hərəkətdəsiz. Bütün bu məşğuliyyətlərinizlə yanaşı, bir də kömək etmək və öyrətmək istəyirsiniz. Bəs özünüzə vaxt qalır?

– Təəssüf ki, indi və burada mən özüm üçün yaşaya bilmirəm. Mən indi burdayam, amma fikrim başqa yerdədir. Bu burulğanda ən dəhşətli olan odur ki, mən son illərdə özümü, öz şəxsi həyatımı, ən əsası isə sağlamlığımı unutmuşam. Yalnız indi başa düşürəm ki, belə olmaz, mən özümü yaddan çıxarmışam. İndi çox istəyirəm ki, heç olmasa bircə il təklikdə qalım, dağlara, meşəyə gedim, səssizliyə çəkilim. Hər dəfə də xatırlayıram ki, bu, mümkün deyil. Uşaqlar böyüyür, ömür bir yerdə dayanmır, vaxt azalır, pul qazanmaq lazımdır. Bizim zamanımızda halal yolla qazanmaq çox çətindir. Ona görə də mənim kimi insanlar üçün yaşamaq çətindir.
– Sizi müşahidə edərkən adam heç vaxt bunu düşünməzdi.

– Düşünürəm ki, adamlar mənim problemlərimi bilməməlidirlər. Təsəvvür edin, Azərbaycanın ən pozitiv adamı birdən-birə ağlamağa başlayır. O zaman sıravi vətəndaş nə etsin: Özünü güllələsin, yaxud, körpüyə çıxıb özünü atsın? Mənim kimi adamlar əksinə, depressiyada olanlara kömək etməlidir.

Bəzən mənə deyirlər ki, “Bəhram, bəsdir də, axı sən insanlara nə verirsən?” Deyirəm ki, insanlara sevinc bəxş edirəm. Bu, sadəcə mənim missiyamdır, həyat yolumdur. Bir neçə il əvvəl mən ŞHK-dan getmək, teatr və kinonu buraxmaq, biznesə başlamaq istəyirdim, hansı ki, mənim əlim yaxşı gətirir. Və inanın, mən biznesə getsəydim, bir ilə milyonçu olardım. Amma hazırda gördüyüm iş xoşuma gəlir. Bir sözlə, illər mənim sərvətimdir.

– Maraqlıdır, siz nə arzulayırsız?

– Xoşbəxt, enerjili, xeyirxah bir həyat yaşamaq istəyirəm. Əgər bu dünyanı dəyişməyə qadir olsaydım, ilk növbədə atamla görüşərdim, ona öz uğurlarım və qələbələrim haqqında danışardım. Əminəm ki, o, onsuz da bunları bilir.

– Deyirlər ki, gözləntilər həyatdakı sevinci azaldır. Bəs siz həyatınızda qeyri-adi, yeni və parlaq nəsə gözləyirsiz?

– Mən zəhmətkeşəm. Heç vaxt gözləmirəm, əksinə, əzələlərimi gərib məqsədimin arxasınca gedirəm. Həmişə demişəm və yeni də deyirəm: məqsəd heç nədir, hərəkət isə hər şeydir. Bu, o deməkdir ki, insan hərəkət edəndə gözləməkdən vaz keçir. Və nəhayət, qoy məni işlərim və layihələrim gözləsin. Mən gözləyən kişilər kateqoriyasından deyiləm…

Bilirsiz, burada iki yol var: Bir var sürətlə yolunda duran hər şeyi yıxaraq qələbə qazanan Napoleonun yolu, hansı ki, bu yol nəticələrlə doludur. Bir də var böyük sərkərdə Teymurləngin yolu – rəqibini, yaxud düşmənini yaxşıca öyrənirsən, bundan sonra hərəkətə keçib işğal edirsən. Mən sərkərdə Teymur kimi hərəkət edir, ancaq Napoleon kimi hücuma keçirəm. Həyata və insanlara münasibətimə gəlincə, burada mən Məhəmməd peyğəmbərin yolu ilə gedirəm.
Bu gün, 09:46
Çin niyə Türkiyənin hərəkətlərindən narahatdır? - Artan təsir
Bu gün, 09:41
Azərbaycan Ukraynada daha 4 obyekti bərpa edəcək
Bu gün, 09:36
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOLAR
Bu gün, 09:28
Sədərəkdə partlayışda həlak olan şəxslərlə bağlı YENİ DETALLAR - VİDEO
Bu gün, 09:25
Ramzan Kadırovun 16 yaşlı oğluna növbəti vəzifə verildi
Bu gün, 09:21
Prezident: "Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır"
Bu gün, 09:18
Əliyev - Putin görüşməsinə dair yeni və heyrətamiz görüntülər - Rusiya mediası İNDİ YAYDI - VİDEO
Bu gün, 09:00
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib
Dünən, 09:58
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
27-04-2024, 18:03
"Nar"dan sərfəli smartfon təklifi
27-04-2024, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
27-04-2024, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
27-04-2024, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
27-04-2024, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
27-04-2024, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
27-04-2024, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
27-04-2024, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
27-04-2024, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...