“Arşın mal alan”ın Asyası haqqında GİZLİNLƏRİ
Medeniyyet
Oxunub: 2 164
7 mar 2015 | 18:55
“Arşın mal alan”ın Asyası haqqında GİZLİNLƏRİ

Gənc Tamaşaçılar Teatrında gözəl obrazlar yaratsa da, çoxları onu “Arşın mal alan” filmində yaratdığı şıltaq və ərköyün Asya rolu ilə tanıyır.

Ona görə yox ki, Asyaya qədər teatrda heç bir obraz yaratmamışdı, yox. Sadəcə, ekran işinin böyük uğurunun nəticəsi idi ki, getdiyi hər məkanda hamı onu “Asya” deyə çağırırdı. Elə sənət aləmində də bu adla tanınıb, sevilib. Bu sevgini artıransa, onun səhnədə yaratdığı obrazlar qalereyası olub. Söhbət Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Xuraman Hacıyevadan gedir. Dünyasını dəyişsə də, ömrünü çəkildiyi filmlərdəki rollarında davam etdirən sevilən aktrisanın bu gün ad günüdür.

Sənət dostlarının danışdığına görə, aktrisanın “Arşın mal alan” filmində Asya obrazını yaratması bir təsadüf olub. Əslində Asyanı başqa bir aktrisa oynayacaqmış, amma qismət elə gətirib ki, sonradan bu rolu Xuraman Hacıyevaya həvalə ediblər. Amma ən maraqlı məqam bundan ibarətdir ki, rejissor Tofiq Tağızadə rolu ona gözəl və hədsiz dərəcədə səmimi olduğuna görə verib. Deyilənə görə, Xuraman xanım həyatı boyu təbiiliyi və səmimiyyətini qoruyub saxlayıb. Yəni aktrisaya olan tamaşaçı sevgisinin əsasında cazibədarlğı ilə yanaşı, həm də səmimiyyəti və təbiiliyi dayanıb.

“Buna görə paxıllığını çəkənlər də çox idi”

Uzun illər Gənc Tamaşaçılar Teatrında aktrisanın tərəf-müqabili olan xalq artisti Tariyel Qasımov Xuraman Hacıyeva haqqında danışarkən kövrəlib.

“Xuraman səhnədə ən gözəl tərəf-müqabilim olmaqla bərabər, həm də ən yaxın dostum olub. Çoxları onun ilk rolunun “Arşın mal alan”da Asya olduğunu düşünür, amma belə deyil. Xuraman ilk dəfə mənimlə “Gənclik macərası” adlı televiziya tamaşasında oynayıb. O Şirinnaz, mən isə Mirdamət idim. Həmin tele-tamaşadan sonra çox məşhur olduq. Rayonlardan bizə o qədər məktublar yazırdılar ki… Xuraman həm istedadlı, həm də gözəl idi. Mənim həyatda dəlicəsinə sevdiyim bir aktrisa olub-Xuraman Hacıyeva. Kişi aktyorlardan isə Yusif Vəliyevə pərəstiş etmişəm. Həm də xoşbəxt aktrisa idi ki, rejissorlar bütün baş rolları ona verirdilər. Hətta, bəzən rolların çoxluğundan yorulardı və hansısa tamaşadan imtina edərdi. Buna görə paxıllığını çəkənlər də çox idi. Amma Xuramanda bir xüsusiyyət vardı, hətta onun ayağının atını qazan həmkarları ilə də mehriban davranırdı. Onlara əhəmiyyət vermirdi, çünki özünə arxayın idi. Kişi xasiyyətli qadın idi, həmişə də kişi həmkarları ilə dostluq edirdi.Çox zarafatcıl idi və yumoru sevirdi. Tez-tez lətifələr danışırdı, gülməkdən uğunub gedirdik. Xuramanın teatrdakı qrim otağından həmişə qəhqəhə səsi gəlirdi. Pozitiv, qaynar qadın idi. Kədəri özünə yaxın buraxmazdı. Bəlkə də daxilən çox kədərli, bədbəxt qadın idi, amma üzdə bunu sezdirməzdi. Yəqin güclü qadın idi, buna görə.

“Elə bilirdilər sevgiliyik”

Aktrisa kimi uğurlu olsa da, şəxsi həyatında xoşbəxt deyildi. Heç vaxt ailə qurmamışdı, amma qeyri-rəsmi yaşadığı kişidən bir qızı vardı. Həmin qız indi Türkiyədə yaşayır. Xuraman şəxsi həyatından danışmağı sevməzdi. Çox qəribədir ki, belə gözəl bir qadının həyatında boşluq vardı. Bu qadın gözəllikdə Leyla Bədirbəyliyə bənzəyirdi. Özü də yaşa dolandan sonra da gözəlliyini itirmədi. Yaşını ona vermək olmurdu. O qədər cavan və təravətli görünürdü.

Bizim həmişə bir yerdə olmağımız, dostluğumuz, eyni səhnəni paylaşmağımız insanları çaş-baş salırdı. Çox adam elə bilirdi ki, mən onunla qeyri-rəsmi evliyəm, guya o mənin ikinci arvadımdır. Hətta bizə yazılan çoxsaylı məktublarda da sevgili olduğumuzu düşünürdülər. Gizlətmirəm, mən onu bir aktrisa kimi dəlicəsinə sevmişəm, amma aramızda qadın-kişi münasibəti olmayıb. Hər halda mən onu bir qadın kimi sevməmişəm, onun mənə ürəyinin dərinliyindəki münasibəti deyə bilmərəm. Naxçıvanda qastrol səfərindədik. Aktyor yoldaşlarımızla gedərkən yolda bir çadralı qadın Xuramanla mənə işarə edərək dedi ki, bəxtəvərlər necə də bir-birlərinə yaraşır. Xuraman dərhal həmin qadını saxladı və nə dediyini təkrar soruşdu. Sonra isə gülərək həmin qadına dedi ki, biz ər-arvad deyilik, sadəcə, sənət dostlarıyıq.

“Qızına hirslənib infarkt keçirmişdi”

Ölümü qəfil oldu. Səhv eləmirəmsə, 60 illik yubileyi idi. Milli Televizyada çalışan rejissor Məhərrəm Bədirzadə teatra gəlib onun haqqında veriliş hazırlayırdı. Mən müsahibə verəndə Xuraman otağa daxil oldu. Gördüm rəngi qapqara qaralıb və sanki boğulub. Dedim ay qız, rəngin niyə belə qapqaradır? Mənə yavaşca dedi ki, qızıma hirslənmişəm. Elə həmin axşam mən rayonumuza getdim. Gecə qatara mindim, səhər kəndə çatanda zəng gəldi ki, bəs, Xuraman rəhmətə gedib. Təəccübləndim ki, axı, necə ola bilər, mən dünən axşam onu görmüşəm. Sən demə, qızına əsəbiləşib və infarkt keçirib. Amma bundan xəbəri olmayıb. Elə rəngi də ona görə boğulubmuş. Elə evinə qayıdandan sonra dünyasını dəyişmişdi. Bəlkə də bilsəydi, həkim çağırsaydılar, yaşayardı. Qismətə bax ki, ölümqabağı illərlə çalışdığı teatra gəlib, son dəfə kollektivlə vidalaşdı.

Xuraman Hacıyeva o aktrisalardandır ki, zaman-zaman xatırlanacaq. Sağ olun ki, şou-biznesin qalmaqallarının gündəmi ələ aldığı bir vaxtda, gözəl aktrisamızı xatırlamısınız. Mən xatirələrimi danışdım, keçmişə qayıtdım, kövrəldim. Xuraman xanımın ürəyimdə yeri ayrıdır. Bu gün də onun yerini dolduran nə dostum var, nə tərəf-müqabilim.
Bu gün, 16:00
“Kurtlar Vadisi”nin 397 bölümü araşdırılacaq: Kozinoğlu istintaqında diqqət seriala yönəldi
Bu gün, 15:30
İrandan xəbərdarlıq: ABŞ və bir neçə ölkə bizə hücum etməyə hazırlaşır
Bu gün, 14:22
İşğalçı avrodeputatların korrupsiya, xarici təsir və siyasi lobbi şəbəkələri
Bu gün, 13:39
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
Bu gün, 13:16
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
Bu gün, 11:52
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
Bu gün, 11:42
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
Bu gün, 11:10
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
Bu gün, 11:04
Yenidən Çeçenistanın rəhbəri seçildi
Bu gün, 10:59
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
Bu gün, 10:54
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
Bu gün, 10:46
“Aidiyyəti qurumlara müraciət etdik, amma özüm də utandım”
Bu gün, 10:29
Paytaxt sakinlərinə XƏBƏRDARLIQ! - Bu yollar artıq bağlıdır
Bu gün, 09:54
Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?
Bu gün, 09:38
Uzun yolun son dayanacağı... - Ramiz Mehdiyevin məhkəməsidir
Bu gün, 09:35
Bilgəhdə batanlar tələbə imiş - Video
Bu gün, 09:31
Supermarket işçiləri arasında dava - Bir nəfər bıçaqlandı
Bu gün, 09:27
İş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Bu gün, 09:11
Rusiya rəsmən etiraf etdi - “Hələ belə müsibət görməmişdik”, Moskvanın başına od ələndi
Bu gün, 09:00
Rusiya Ermənistanın "ocağını söndürdü" – İrəvan İranın ümidinə qaldı
Dünən, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Dünən, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Dünən, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Dünən, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19-09-2026, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
19-09-2026, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
19-09-2026, 10:18
“Bitcoin”in yenidən bahalaşdı