Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi: Məsuliyyətə cəlb olunacaqlar
Medeniyyet
Oxunub: 698
30 avq 2018 | 15:55
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi: Məsuliyyətə cəlb olunacaqlar














Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Qurumdan verilən məlumata görə, son günlər “Facebook” sosial şəbəkəsində DİM-in icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb. Aparılan araşdırmalar zamanı bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub. Bəzi səhifə və qruplar “profil” şəkli və “cover” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər.

İstifadəçilərə daha diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış saxta “Facebook” səhifə və qruplarına üzv olmamağı tövsiyə edirik. Mərkəzin yalnız 176 mindən artıq izləyicisi olan aşağıdakı səhifəsi fəaliyyət göstərir: https://www.facebook.com/stateexamcenter/ https://www.facebook.com/stateexamcenter/

Bundan əlavə, tədris ilinin əvvəli olduğu üçün müəyyən hazırlıq kursları da daha çox abituriyent cəlb etmək üçün DİM adından qeyri-qanuni olaraq istifadə edirlər. Bir daha bəyan edirik ki, Dövlət İmtahan Mərkəzi hazırlıq kursları ilə əməkdaşlıq etmir və Mərkəzin hər hansı hazırlıq kursu ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.

Dövlət İmtahan Mərkəzi tərəfindən ona məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər və qurumların Azərbaycanın inzibati və cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görüləcək.
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Dünən, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Dünən, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Dünən, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Dünən, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Dünən, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Dünən, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Dünən, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Dünən, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 10:38
Prezident onları təltif etdi - FOTO
Dünən, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Dünən, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Dünən, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Dünən, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
30-04-2024, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
30-04-2024, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
30-04-2024, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
30-04-2024, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
30-04-2024, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
30-04-2024, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
30-04-2024, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR