Bürclər – 6 avqust
Medeniyyet
Oxunub: 570
6 avq 2018 | 09:00
Bürclər – 6 avqust














Qoç – yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.

İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Buğa – şəxsi həyatınızdakı problemləri həll etməmiş yeni məqsədlərə can atmayın. Cəhdlərinizin effektivlik səviyyəsi aşağıdır. Peşəkar fəaliyyət müstəvisində işləri təftiş edin, vəziyyəti dəyərləndirin. Yolda ləngimələr və təxirəsalmalar yarana bilər.

Günün ikinci yarısı problemlərin həlli üçün əlverişli deyil. Səhiyyə, təhsil, daşınmaz əmlak sahələrində ləübəli zamandır.

Qarışıq situasiyada tələsik qərar verməyin. Müdrik olun.

Əkizlər – hadisələrin ritmini siz diqtə etmirsiniz. Çalışdığınız təşkilatda qaydaları pozmayın. Əməkdaşlıq etdiyiniz şəxslə təmaslarda diqqətli olun. Müzakirələr, yeni tərəfdaşlığın nəzərdən keçirilməsi üçün münasib zamandır.

Günün ikinci yarısında sualınıza cavab almağınız bir qədər ləngiyəcək. Kömhövsələlik etməyin, səbrli davranın. Mübahisəli məqamlarda soyuqqanlı olun. Daimi tərəfdaşlardan biri sizdə şübhələr yarada bilər. Nəticələrlə və mülahizələrlə tələsməyin.

Müşküllərin əksəriyyəti müvəqqətidir.

Xərçəng – bu gün önəmli irəliləyiş və ya ciddi uğur olmasa da, sizin üçün əlverişli keçəcək. Əhvalınız yaxşı olacaq, enerji və nikbinlik çatışmazlığından şikayətlənməyəcəksiniz.

Yeni, hətta çətin problemləri həll edə bilərisiniz.

Əks cinsin mənsubları sizinlə maraqlanacaqlar.

Günün ikinci yarısında mühüm müzakirə, danışıqlar və ya tapşırıqlar ola bilər. Çoxdankı dostunuzdan maraqlı təklif ala bilərsiniz.

Münasibətlərinizin sərin olduğu insanla tərəfdaşlığın bərpası üçün əlverişli gündür.

Şir – günün ilk yarısından etibarən dürüst taktika seçin. Olayları tələsdirməyin, hadisələrə süni təkan verməyin. Realist olsanız, şəraitdən maksimum dərəcədə yararlana bilərsiniz. İdealist olmayın, bəzi illüziyalar və xəyallarla vidalaşın.

Günün ikinci yarısında təfərrüatlarına yaxşı bələd olmadığınız sifarişi qəbul etməyin. Vəziyyətə ən müxtəlif amillər təsir edir. Sizi tərk etmək istəyəni saxlamayın, gözə dəyməyini aramayın. Belə insanlardan uzaq olsanız, yaxşıdır.

Axşam saatlarını sevdiyiniz insanla keçirməyə can atın.

Qız – bədbinliyə qapılmayın, fəal olun. Tənhalığa can atmayın. Səhhətinizlə problemlər yaratmayın. Tonusunuzun qeydinə qalın.

Ailə üzvlərinin problemlərini qulaqardına vurmayın. Dəyər verdiyiniz insanları diqqətlə dinləyin. Yeni fəaliyyət sahəsinin özülünü möhkəmləndirin. Əks təqdirdə illüziyalar aləminə qapılaraq ciddi səhvlərə yol verə bilərsiniz.

Günün ikinci yarısında yaşam arealındakı maneələrdən yan keçərək məqsədə doğru irəliləyin. Tapşırılan işə peşəkar yanaşın. Daşınmaz əmlak, biznes, karyera ilə bağlı təşəbbüslər üçün əlverişli zaman deyil.

Tərəzi – günün ilk yarısında dəqiq hesablarınıza rəğmən işlərdə müəyyən axsamalar və problemlər yarana bilər. Olayların zahiri görüntülərinə aldanmayın, izharların əsiri olmayın. Görüşlərin təxirə salınması, gecikmələr, təxirəsalmalar istisna deyil.

Günün ikinci yarısında problemlərin sistem formasını almasına imkan verməyin. Yolda qəfil maneələr olacaq. Səbrli olun, yaxın ətrafınızdakı insanların da maraqlarını nəzərə alın.

Axşam saatlarında diqqətli olun.

Əqrəb – qarşılıqılı hesablaşmalarda diqqətli olun. Alış-verişdə bədxərclik etməyin. Mümkün qədər çox məlumat və informasiya əldə etməyə çalışın. Proqram təminatında problemlər istisna deyil.

Maliyyə məsələlərində nagahani qərarlar verməyin.

Günün ikinci yarısında banklardan kredit götürməyin. Ekzotik qida və içkilərə aldanmayın. Aldığınız məhsulların keyfiyyətinə, saxlanma müddətinə fikir verin.

Axşam saatlarında normal istirahət edin.

Oxatan – bu gün baş verəcək hadisələrə real baxın. Əsassız nikbinliyə, qüvvənizin gerçək səviyyədən artıq dəyərləndirilməsinə və xam xəyallara qapılmayın. Əfsuslar olsun ki, belə darvanışınız yaxşı heç bir nəticə verməyəcək.

İzafi xərclər etməyin, alış-verişdə diqqətli olun.

Qiymətli əşyanızı itirə bilərsiniz.

Onsuz da, əməl etməyəcəyiniz vədlər verməyin.
Oğlaq – effektivliyinə şübhə etdiyiniz fəaliyyəti dayandırın. Yeni istiqamət seçmək və fəliyyət yönünü bəlirləmək olar. Yaşanan situasiyanı diqqətlə müşahidə edin. Köhnə səhvləri təkrarlamayın. Cari planlarda dəyişikliklər edin.

Günün ikinci yarısında konkret məqsədlərə üstünlük verin. Təhsil, biliklərin artırılması, bacarıqlarınızın peşəkar izharı ilə bağlı gözləntiləriniz reallaşa bilər.

Əsla nəzərdə tutmadığınız hadisə yaşana bilər. Obyektiv çətinliklərdən çıxış yolu tapmaq mümkündür.

Axşam saatlarında səhhətinizə fikir verin.

Dolça – günün ilk yarısından etibarən seçdiyiniz kurs ümümilikdə pis deyil. Lakin müəyyən sistem səhvləri var. Həmin yanlışlıqları mümkün qədər tez aşkarlayaraq aradan qaldırmağa çalışın. Problemləri sürətlə həll edin.

Günün ikinci yarısında maliyyə məsələləri, psixoloji durum, sifariş və tapşırıq, habelə daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi sahəsində çətinliklər yarana bilər. Gözləntilərinizi doğrultmamış insanların xidmətlərindən imtina edin.

Şübhələrinizdə yanılmadığınıza əmin olun.

Balıqlar – həddən artıq ehtiyatlı, sayıq olun. Sizi tələyə salmaq istəyirlər. Başqalarının məkri ilə yanaşı, diqqətsizliyiniz, izafi inamınız sizi sonradan ağır fəsadlar yaradacaq situasiyalara düçar edə bilər. Ağır işə razılaşmayın.

Günün ikinci yarısında vəziyyətin qəlizləşdiyini görəndə adekvat davranış variantını seçin. Ənənəvi üsullarla sınanmış metodlar işlək olmayacaq. Mütləq şəkildə irəliləməyə çalışaraq yanlış addımlar atmayın. Bütün tapşırıq və sifarişləri yerinə yetirmək asan deyil.

Axşam saatlarında normal istirahət edin.
Dünən, 12:38
Azərbaycan hərbçiləri İtaliyada - FOTO
Dünən, 12:33
Bazar günü 31 dərəcə isti olacaq
Dünən, 10:28
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri başa çatıb
Dünən, 09:47
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
Dünən, 09:43
Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib
Dünən, 09:38
F-16-ları məhv edəcəyik - Juravlyov
Dünən, 09:32
Arda Gülər "Real"da növbəti qolunu vurdu - VİDEO
Dünən, 09:24
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO
26-04-2024, 16:00
Sabah 32 dərəcə isti olacaq
26-04-2024, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
26-04-2024, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
26-04-2024, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
26-04-2024, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
26-04-2024, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
26-04-2024, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
26-04-2024, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
26-04-2024, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
26-04-2024, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
26-04-2024, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
26-04-2024, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
26-04-2024, 11:22
COP29-un əhəmiyyəti
26-04-2024, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
26-04-2024, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
26-04-2024, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
26-04-2024, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
26-04-2024, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
26-04-2024, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...