Bu məşhurlarımız bir günə görün nə qədər pul xərcləyirlər - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
Medeniyyet
Oxunub: 697
18 avq 2018 | 09:53
Bu məşhurlarımız bir günə görün nə qədər pul xərcləyirlər - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ
















Şou-biznes nümayəndələrinin həyatı sıravi vətəndaş üçün çox zaman maraqlı olub.

Milli.az yerli məşhurların günlük xərclərini araşdırıb. Sorğu zamanı bir-birindən maraqlı cavabların bir neçəsini təqdim edirik:

İlk öncə "Bir gündə nə qədər pul xərcləyirsiniz?" sualını aparıcı, aktyor İlkin Həsəniyə ünvanladıq. İlkin Həsəninin bədxərc olduğunu düşünən oxucuların, aparıcının cavabına təəccüblənəcəkləri qətidir: "İki gündən bir 10 manat maşına benzin vururam. Təxminən 30-50 manat arası. 50-də yox, gündəlik 30-40 manat arası xərcim çıxır".

Tez-tez lüks avtomobilləri və bahalı nömrələri (qeydiyyat nişanı) ilə diqqət mərkəzinə düşən Kamil Zeynallının açıqlaması da çoxlarınız üçün gözlənilməz olacaq: "Gündəlik mənim elə də çox xərcim olmur. Səhər işimə gəlirəm. Axşama kimi işimdə oluram. Lazım olanda qırağa çıxıram. Şükür Allaha bəzi restoranlar mənə pulsuzdur, geyim mağazaları pulsuzdur. Çox yerlər mənə pulsuzdur. Çoxu da reklam xarakterlidir, ona görə. Bu dəqiqə onsuz da istidir. Ən çox "rasxodumuz" hara gedir?! Ən çox gedən yerimiz - dənizdir, ya benzinə gedir, ya da benzinə gedir. Hamı kimi bizim də eyni xərcimiz çıxır. Evimizə bazarlıq edib, uşağımıza xərcləyirik. Artıq nəyəsə pul xərcləmirəm. Durum gedim 1000-2000 manat köynəyə verim, yox. Bir həftəlik bazarlığımızı edirik, elə olur ki, bir həftə evə heç nə almırıq. Gündəlik evə çörək alıram ancaq. Məsələn, dünən, sırağagün heç bir xərcim olmayıb. Getdiyim çay evi pulsuz. Oturmuşam qəlyanımı çəkmişəm, çayımı içib çörəyimi yemişəm, kinoma baxmışam, durub evimə gəlmişəm".

Rejissor Kənan M.M həftə sonları çox pul xərclədiyini deyib. Səbəbini belə izah edib: "O baxır həftənin gününə. 6-bazar biraz çox olur. Gün arası ona nisbətən az olur. Amma evli adamlar üçün təbii ki, bu dəyişir. Belə konkret rəqəm bilmirəm. Amma bilirəm ki, həftə sonları çox pul xərcləyirəm - 100-ü keçir".

Gənc və istedadlı müğənni Yaşar Yusub bədxərc olduğunu etiraf edib: "Gün olur ki, 20 manat xərcləyirsən, gün də olur ki, 300 manat xərcləyirsən. Elə də olur ki, heç pul xərcləmirsən. Evdə olursan, heç hara çıxmırsan. Amma özümə "bədxərc" deyə bilərəm. Bədxərcliyim çoxdur. Elə olur ki, "polnu bak" benzin vurdum, 70 manat getdi. Bu 4 gün bəs edir. Sonra, hansısa bir yoldaşla gedib, çay içirsən, yemək yeyirsən. Geyim alırsan, geyimin var, mahnı xərclərin var. Bir gün olur ki, doğrudan da 300-500 manat pul xərcləyirsən, bu da hər gün olmur ki. Amma gün də olur ki, xərcin çıxmır. Ya evdə olmuşam, ya idmana gedib gəlmişəm. Baxmışam ki, yüngülvari xərcim çıxdı. Deyirsən ki "Vau! Dünən o qədər xərc, bugün bu qədər xərc".

P.S. İndi çox oxucumuzun beynində "Bəs niyə qadın məşhurlara bu sualla müraciət etməyiblər?" fikri dolaşa bilər. Amma zəng etdik və nə qədər təəccüblü də olsa, eyni sözü eşitdik - "Bu suala cavab vermək istəmirik".
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"