“Oğlum musiqiçidir, onun iqtisadiyyat sahəsində nə işi var?” — Könül Kərimovadan 32 min manatlıq ittihamlara cavab
Medeniyyet
Oxunub: 653
19 iy 2018 | 20:55
“Oğlum musiqiçidir, onun iqtisadiyyat sahəsində nə işi var?” — Könül Kərimovadan 32 min manatlıq ittihamlara cavab














Əməkdar artist Könül Kərimova oğlunu 32 min manat müqabilində Azərbaycan Dövlət İqtisad Universitetinə düzəltmək istəyib.
Bu faktla əlaqədar Bakı Ağır Cinayətlər məhkəməsində cinayət məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Məlahət Məmmədovanın məhkəmə prosesi başlayıb. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyi vədini verib. O, bu işə görə K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

Qeyd edək ki, M.Məmmədova bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq edib.

“Ölkə.Az”ın həqiqətən oğlunuzun ali məktəbə daxil olması üçün 32 min manat pul vermisiz sualına əməkdar artistin cavabı belə oldu:
“Oğlum Rəşad Bülbül adına musiqi məktəbini bitirib, onun iqtisadiyyat sahəsində nə işi var? Əsgərliyə də gedib-gəlib. İndi Musiqi Akademiyasının müəllimlərindən dərs alır, hazırlaşır sənədlərini ya Musiqi Akademiyasına, ya da İncəsənət Universitetinə verəcək. O musiqiçi ailəsində doğulub, musiqiçidə olacaq.

Məlahət Məmmədova ilə tanışlığımız isə onun oğlunun nışan mərasimində yaranıb, məclislərini aparmışam. Belə tanış olduq və sonra qardaşının balasının toyunu oxudum, yüksək qonorar da verdilər. Çox yaxşı xanım idi, namaz qılırdı, səmimi münasibətimiz yarandı, bir-birimizin evinə gedib-gəlirdik. Həyat yoldaşı da həkimdir. Bir gün gəldi ki, pul lazımdır, borc istədi. Mən də münasibətimiz olduğuna görə, 1 ayın içində 15 min bir verdim, 17 min də bir. Bir müddət keçdi, borcu qaytara bilmədi. Gördü ki, bu pulu belə qaytara bilmir, təklif elədi ki, pulun əvəzinə oğlunu İqtisad Universitetinə düzəldim, lap xarici universitetlərə düzəldim. Mən də fikirləşdim, dediyi ilə razılaşmadım, pulumu geri istədim. O isə pulun 10 min manatını hissə-hissə qaytardı. 2012-ci ildə eşitdim ki, tutulub. Əlim gəlmədi o zaman ondan şikayətçi olum. İndi də bu işlərlə vəkil məşğuldur”.

Qeyd edək ki, Məlahət Məmmədova 2012-ci ildə dələduzluq maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Bu gün, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Bu gün, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Bu gün, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Bu gün, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Bu gün, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Bu gün, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Bu gün, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Bu gün, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Bu gün, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Bu gün, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Bu gün, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər