"Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz"
Medeniyyet
Oxunub: 724
19 iy 2018 | 18:56
"Elə adamlara elmi adlar verilir ki, onlara qoyun otarmağa belə icazə vermək olmaz"















Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alıb. Belə ki, onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Xalq artistinin elmi dərəcə alması sosial mediada və şəbəkələrdə heç də birmənalı qarşılanmayıb və ciddi müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı bizimyol.info-ya təhsil eksperti Kamran Əsədov elmi adların və dərəcələrin verilməsi ilə bağlı qeyri-şəffaflıqdan və mövcud vəziyyətdən danışıb:

"Azərbaycanda elmi adların və elmi dərəcələrin verilməsi elmi tədqiqat işlərinin həyata keçirilməsi şəffaf, obyektiv, ədalətli şəkildə həyata keçirilmir. Bu gün Azərbaycanda kifayət qədər icra hakimiyyəti başçıları, dövlət orqanlarında çalışanlar var ki, professor, elmlər namizədidirlər. Görüntü xətrinə, pafos xətrinə elmi ad alıb, halbuki dünyanın inkişaf etmiş ölkələrində bu kimi hallara heç vaxt rast gəlmək olmaz. Bu ənənə Sovet dövründən qalıb. Mənim xatırladığım qədərilə Nazpəri xanım bir neçə il öncə tələbə adını qazanmışdı. Bu onun məşhurluğundan çox-çox sonra baş verən bir hadisədir. Sonra onun magistratura, aspirantura təhsili ilə bağlı heç bir məqaləyə rast gəlməmişəm. Nəzərə alsaq ki, mən bütün məqalələri araşdırıram.

Məsələ budur ki, bu gün Azərbaycanda başı dolu, cibi boş olan adama yer yoxdur. Əgər pulun varsa, sən vaxtından öncə professor da ola bilərsən. Gərək birinci cibin dolu olsun, başın dolu olması isə sonrakı məsələdir. Araşdırsanız görərsiniz ki, Azərbaycanda o qədər savadlı adamlar, gənclər var ki, onlar aylarla, illərlə akademiyalarda, institutlarda növbə gözləyirlər. Onların elmi ad almaqlarına ciddi şəkildə maneəçilik törədilir. Təsəvvür edin, Azərbaycanda bir dənə də olsa gənc elmlər doktoru yoxdur. Dünyanın heç bir ölkəsində bu hallara yol verilmir. Elmlər Akademiyası və elmi institutlar gənclərin elmə gəlmələrinə ciddi şəkildə maneəçilik törədirlər. Məşhurların bir çoxu isə pul verib işlərini yazdırırlar, lakin gecə-gündüz elmlə məşğul olan, elmə faydalı olan insanlar isə müdafiəyə buraxılmır. Elə adamlara elmi adlar verilir ki, ona nəinki elmə, qoyun otarmağa belə icazə vermək olmaz. Onların hansı elmi tədqiqatları dünyaya məşhur olub? Bu tipli adamları, məmurları, məşhurları xaricdə də ciddi qəbul etmirlər.

Azərbaycandan kənarda elmdə və təhsildə rəhbər olan şəxslər var ki, tarixdən də xarici şəxslərlə danışan zaman tərifləyirlər ki gör necə də dahi adamdır. Tarixdən də yazır, biologiyadan da məqalə yazır, kənd təsərrüfatından da, siyasətdən də, iqtisadiyyatdan da. Bilirsinizmi bu hadisə necə baş verir? Hansısa imkansız bir elm adamı məqaləsini çap etdirməlidir, lakin pulu yoxdur və həmin adam məqaləni ondan alaraq çap etdirir. Bunun müqabilində isə məqalədə öz adını da qeyd etdirir. Bu gün Azərbaycanda elm bu vəziyyətdədir. Gedib elmi ad alanların yazdıqlarını oxuyun, hansında Azərbaycana töhfə verəcək məlumatlar dərc olunub? Hər kəs gedib Ukraynada və digər ölkələrdə magistr, doktorantura dərəcəsi alıb Azərbaycanda müdafiə edirlər. Elmi bu dərəcədə ucuzlaşdırmaq, bayağılaşdırmaq olmaz. Azərbaycanda təhsil fiaskoya gedir. Bu çox təəssüf doğuran haldır. Bizim illərlə qazandığımız uğurlar onlara görə hədər gedir. Azərbaycandaki elm adamları bu diqqətsizliyin, bu hörmətsizliyin nəticəsində xaricə çıxıb gedirlər. Ölkədə yalnız qondarma, əldəqayırma elm adamları qalıb. Bu məsələyə sözün əsl mənasında mövqe bildirməyin vaxtı çatıb.

Anlaya bilmədiyim bir məqam var, müğənninin, məmurun Əmək Məcəlləsinə görə 8 saat iş müddəti var, sənin vəzifə səlahiyyətin necə imkan verdi ki, tədqiqat apardın? Bu şəxslərin heç birinin elmdən xəbəri yoxdur. Elmi işin müdafiəsi zamanı 5 manat, 3 manat pul verirlər, hər kəs də "uraa" deyib əl çalır və o elmi dərəcə alır, ancaq kim kasıb və yazıq balasıdırsa, onları sıxışdıraraq elmdən iyrəndirirlər".
Dünən, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
Dünən, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
Dünən, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
Dünən, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
Dünən, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
Dünən, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
Dünən, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
Dünən, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
Dünən, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
Dünən, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
Dünən, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
Dünən, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
10-05-2024, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
10-05-2024, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
10-05-2024, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
10-05-2024, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
10-05-2024, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
10-05-2024, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
10-05-2024, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
10-05-2024, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
10-05-2024, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
10-05-2024, 13:29
İlham Əliyev Füzulidə
10-05-2024, 13:02
Putin komandasını yenidən formalaşdırır
10-05-2024, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
10-05-2024, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest