“Bacı xəstə qardaşın başı üstündə durandır” - aparıcıların yeni qalmaqalı
Medeniyyet
Oxunub: 727
25 in 2018 | 10:00
“Bacı xəstə qardaşın başı üstündə durandır” - aparıcıların yeni qalmaqalı















"Maşın" şouda ulduzu barışmayan ATV-nin aparıcıları Aytən Səfərova ilə İlhamə Bədəlovanın arasında qalmaqal yaşanıb.

Musavat.com bildirir ki,Aytən Səfərova sosial şəbəkədə aparıcı Hacı Nuranın yanına gedib, foto çəkdirənləri qınayıb: "Hacı, yastığın yüngül, canın sağlam olsun. Qoy, şəkil çəkdirənlər gəlib-getsin. Sən də Almaniyadan sağ-salamat qayıt, bacın da gəlib sənə baş çəkər".

Aytənin sözləri İ. Bədəlovanı özündən çıxarıb. Aparıcı həmkarının cavabını elə sosial şəbəkədə verib: "Xəstələrin ziyarətinə getmək Peyğəmbərimizin (s) əxlaqındadır və dinimizin ən mühüm ibadətlərindən biridir. Siz də bilirsiz ki, xəstənin həmişə gözü yolda olar və özünü kimsəsiz hiss edər. "Baxıram...sanki əsas şəkil çəkdirməkdir e, sən yox..." sözünüzü elə özünüzə geri qaytarıram. Ziyarətə gedənlər hamısı məşhur insanlardır, heç kim nə dəvətlə gəlib, nə də ki, əvəz gözləmir! Çəkilən videolar, şəkillər və oxunan mahnılar da Hacı Nuranın istəyi ilədir! Xoş niyyətli olduğunuzu göstərin, bu çıxışlarınızı heç kim bəyənmir. Bacı xəstə yatan qardaşın başı üstündə durandır! Bacı olsaydınız ,gələrdiniz. Allah dostumuza şəfa versin".

Qeyd edək ki, İlhamə Bədəlova ilə Aytən Səfərova arasında şouda dava düşmüşdü. Aytən İlhaməni insanları alçaltmaqda, onlara yuxarıdan aşağı baxmaqda günahlandırmışdı.


İlhamə isə ona etirazını bildirib və əsəbi olduğunu deyib: "Aytən, hansı şərəf-ləyaqətdən danışırsınız? Burada efirdə çıxartdığınız oyunlardan, işlətdiyiniz sözlərdən sonra... Başımda ağıl var, narahat olma. Sən mənə heç nə deyə bilməzsən? Siz məndən nə istəyirsiniz? Mən əsəbiyəm".

A.Səfərova isə səs tonunu yüksəldərək İ. Bədəlovaya cavab vermişdi: "İnsanların şəxsiyyətini təhqir etmək olmaz. Olmaz insanlara demək ki, kimsən qarşımda oturursan? Sən kraliçasan, Vişnunun (hinduizm dinində tanrı) arvadısan, kimsən? Ona görə də hamının antipatiyasını qazandın. Mən şərəfsizəm, ləyaqətsizəm? Sənə istədiyimi deyə bilərəm, nazorsan kimsən? Bəsdir, İlhamə. Düş aşağı, hamı ilə eyni olmağa çalış".
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO
Dünən, 10:35
İslam dininə artan tələbatdan narahatıq - Qərb mediası
Dünən, 10:31
Bakı ağlasığmazı bacardı, Kreml anladı və qərar verdi - ABŞ
Dünən, 10:00
Çin Azərbaycan üzrə lider olub - FOTO
Dünən, 09:46
ABŞ-də Fələstin etirazlarını kimlər maliyyələşdirir? - "Politico"dan SENSASİYA
Dünən, 09:43
Cini buraxdıq: atom qədər təhlükəli olan süni intellekt - Baffet
Dünən, 09:17
Avropada ilk nüvə zərbəsi endiriləcək ölkə məlum oldu: NATO Rusiya ilə savaş planı qurur, silah şirkətləri varlanır
Dünən, 09:00
Məsuliyyətsiz bəyanatlar, dominant olmaq istəyi: Avropada fransız-alman dueli
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”