Yaxınlarınızdan biri sizə təzyiq göstərməyə, mövqeyi ilə zorla razılaşdırmağa çalışır — Günün qoroskopu
Medeniyyet
Oxunub: 489
13 in 2018 | 09:00
Yaxınlarınızdan biri sizə təzyiq göstərməyə, mövqeyi ilə zorla razılaşdırmağa çalışır — Günün qoroskopu














Qoç - Gün ümumən uğurlu olsa da, kiçik problemlər, anlaşılmazlıqlar və uğursuz təsadüflər əhvalınızı korlaya bilər. Nikbin olun, ruhdan düşməyin. Çətinliklər müvəqqətidir. İşsiz oturmayın, çalışın.
Maraqlandığınız işlə məşğul olun, real hədəfə çatmağa can atın. Ətalətli və tənbəl olmayın.

Passivlik səhhətinizə pis təsir edə bilər.
Əks cins mənsubu ilə fikir ayrılığı istisna deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizə təzyiq göstərməyə, mövqeyi ilə zorla razılaşdırmağa çalışır. Məsləhətlər verməyin. Yanınızdakı insanlar məsləhət dinləmək istəmirlər.

Axşam saatlarında istirahət edin.

Buğa - Aktiv çalışmaq üçün əlverişli gündür. Mənzil və ya ev almaq, kirayəyə götürmək fikriniz varsa, işi təxirə salmayın. Amma ilkin danışıqlarda sayıq olun. Maliyyə məsələlərində sadəlövhlük etməyin.
Etibarlı tərəfdaş və ya inandığınız insanla məsləhətləşin.

Səyahətə və ya səfərə yollanmaq, gərəkli əşyanı almaq olar.

Bütün addım və qərarlarınızda soyuqqanlı olun, məntiq çərçivəsində hərəkət edin
Yaxın ətrafınızdakı insanlar sizi soyuq, laqeyd, qaraqabaq insan saysalar da, eyb etməz.

Axşam saatlarında yaşam tempini bir qədər aşağı salın.

Əkizlər - Uğurlu gün olmayacaq. Lakin günün ikinci yarısına yaxın əlverişli imkanlar yaranacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün şansdan yararlanın. Planları həyata keçirin və ya nüfuzlu insanı işinizlə maraqlandırın.
Səhhətinizə fikir verin. Qəza və ya travma riski var.

Günün ikinci yarısında aktiv olun, kiçik problemlər sizi qorxutmasın.
Məişət texnikasının sıradan çıxma təhlükəsi realdır. Kiçik, amma dəyərli əşyanı itirə bilərsiniz.

Xərçəng - Sadə gün deyil. Yeni işlərə başlamaq, layihəyə start vermək, müttəfiqlər axtarmaq üçün düşərli zaman deyil. Aktiv çalışın, uzun-uzadı istirahət etməyin.
İmiclə eksperimentlər etməyin. Allergik reaksiya riski var.

Əks cins mənsubu ilə ixtilaf yarana bilər. Alış-verişdə bədxərcliyə qapılmayın.
Axşam saatlarında kiçik səfərə, təbiət qoynuna yollanmaq olar.

Şir - Günün ilk yarısında əlverişsiz emosional fon var. Əhvalınız dəyişəcək. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq çətinləşir, fikirlərinizdəki qarışıqlığı aradan qaldırmaq müşkül məsələyə çevrilir.
Kiçik problemlər istisna deyil. Situasiyada ruhdan düşməyin, irəliyə doğru hərəkət edin.

Günün ikinci yarısı daha uğurludur. Yeni işlərə şövq və həvəslə başlasanız, tezliklə uğura nail ola bilərsiniz.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın. Dost məclisində və ya tədbirdə özünüzü əla hiss edəcəksiniz.

Qız - Günün ilk yarısı bilik, bacarıq və təcrübənin artırılması, yeni informasiya alınması, faydalı təcrübənin əxz olunması üçün əlverişlidir.

İntellektual potensialınız yüksəkdir. Ciddi problemləri həll etməyə, çətin suallara cavab aramağa çalışın.
Yaxın ətrafınızda olan insanlardan biri çətin vəziyyətə düşəndə məsləhət üçün sizə müraciət edəcək.

Günün ikinci yarısı diqqət, səliqə və konsentrasiya tələb edən işlər üçün yaxşıdır.
Hesablamalar aparmaq, büdcəni planlaşdırmaq, maliyyə məsələlərini çözməklə məşğul ola bilərsiniz.

Tərəzi - Bütün məqsədlər əlçatan təsir bağışlayır. Fəqət qüvvə və potensialınızı olduğundan artıq saymayın, çətin işləri təkbaşına həll etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanın təklif etdiyi yardımdan boyun qaçırmayın. Birgə iş və əməkdaşlıq daha effektivdir.
Sevdiyiniz insanla məşğul olduğunuz istənilən iş, münasibətləri möhkəmləndirəcək.
Günün ikinci yarısında xurafat qurbanı olaraq ciddi səhvə yol verməyin.
Yaxın ətrafınızdakı insanların məsləhətlərinə qulaq asmaq əvəzinə öz intuisiyanıza güvənin. Yaxınlarınızın xoşuna gəlməyəcək addımların atılması ehtimalı var.

Əqrəb - Gün ərzində yaşanan xoşagəlməz hadisələri soyuqqanlılıqla qarşılayın, stoik olun. Təmkin və səbr sayəsində çətin situasiyalardan çıxış yolu tapmaqla yanaşı, bunu bacara bilməyən insanlara da yardım edəcəksiniz.
Dostların və yaxınların məsləhətinə qulaq asın.

Xərclər olacaq və onların bəziləri məntiqi deyil.
İnsanlara həddən ziyadə inanmayın, işgüzar təmaslarda sayıq olun.

Alış-veriş məsləhət deyil.

Axşam saatlarında normal istirahət edin.

Oxatan - Günün ilk yarısı aktiv fəaliyyət, ruh yüksəkliyi və yeni ideyaların peyda olduğu zamandır. Dərhal uğur əldə edəcəyinizi düşünməyin. Lakin bu vaxt gördüyünüz işlərdə fayda var. Küsənləri barışdırın.
Ailədəki problemlərə vaxtında fikir versəniz, onları çözə bilərsiniz.

Alış-verişdə simiclik etməyin.

Günün ikinci yarısında yaşam tonusu səviyyəsi aşağı düşəcək.
Səhhətinizə fikir verin. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Axşam saatlarına dost məclisi və ya romantik görüş təyin etməyin.

Təkbaşına qalanda, tənha dəqiqələr yaşayanda özünüzü daha yaxşı hiss edəcəksiniz.

Oğlaq - Gün ciddi problemlər vəd etməsə də, kiçik anlaşılmazlıqlar olacaq. Müşküllərə sakit yanaşın. Vaxtında qəbul edilmiş səhih qərar hər şeyi yoluna qoymağınıza imkan verəcək. Yaşlı qohumlarla fikir ayrılıqları, pula görə mübahisələr istisna deyil.
Yaxınlarınızla maliyyə məsələlərini müzakirə etmək istəməsəniz də, indi belə proses qaçılmazdır.

Günün ikinci yarısı çətin məsələlərin həlli üçün əlverişli zamandır. Enerjili və qətiyyətli olun.
Seçdiyiniz yolla getməyə sizə kimsə mane ola bilməyəcək. Nüfuzlu şəxsdən dəstək almaq, sizin üçün mühüm insanın rəğbətini qazanmaq şansı var.

Dolça - Günün ilk yarısında ehtiyatlı olun. Hər addımı yaxşı düşünün, hər qərarı götür-qoy edin. Gərəksiz əlaqə və təmaslara can atmayın. Şübhəli şəxslərlə iş görməyin. Yaramaz insanlarla ünsiyyətdən tamamən qurtulmaq mümkün deyil.
Yaşlı qohumlardan biri ilə mübahisə istisna deyil. Sinirlənməyin, emosiyalara qapılıb sərt sözlər deməyin.

Günün ikinci yarısında maliyyə itkisi, cərimə, cəza riski var.
Alış-veriş məsləhət deyil.

Axşam saatlarında başağrısı ola bilər.

Balıqlar - Əlverişli gündür. Köhnə dostlarla yanaşı, yeni tanışlar üçün ünsiyyət yaxşı alına bilər. Yaxın ətrafınızdakı insanlarda müsbət təəssürat yaradırsınız. İşlərin irəliləməsi üçün konkret problemləri sürətlə həll edin. Diqqət mərkəzində olacaqsınız.
İşgüzar məsələləri qeyri-formal ortamda müzakirə etmək olar.
Alış-veriş, istirahətlə bağlı ailə üzvləri ilə müzakirələr aparın.

Səfər və ya səyahətə hazırlaşa bilərsiniz.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu