Diş daşı və ərpdən qurtulmağın — 9 ÜSULU
Medeniyyet
Oxunub: 571
3 in 2018 | 10:00
Diş daşı və ərpdən qurtulmağın — 9 ÜSULU














Dişlərə, diş ətlərinə və diş protezlərinə yapışan yumşaq bakteriya təbəqəsi var.
Bu təbəqə tüpürcəyin tərkibində olan minerallar ilə birləşərək sərtləşir və diş daşı deyilən təbəqəni yaradır. “Ölkə.Az” oxucularına bu gün diş daşından qurtulmağın yollarından bəhs edəcək.

Qoz



Nə lazımdır: 40 qram qoz qabığı və 1 stəkan su

Qoz qabığı antibakterial xüsusiyyətə malikdir. Dişdəki daş və qumu təmizləmək üçün əla üsuldur. Qoz qabığını bir stəkan suda 20 dəqiqə qaynadın. Sonra soyudun. Diş fırçanızı soyumuş məhlula qoyub 10 dəqiqə gözləyin. Su ilə dişlərinizi fırçalayın. Gündə 3 dəfə təkrar edin.

Karbonat



Nə lazımdır: 1 çay qaşığı karbonat, 1 çimdik duz, diş fırçası

Karbonat antibakterial xüsusiyyətinə görə diş daşlarını yox edir, eyni zamanda dişləri də ağardır.Duz isə qısa müddətə ərp və diş daşından qurtulmağa kömək edər. Karbonat və duzu qarışdırıb diş fırçanızı isladın. Dişlərinizi ehmalca fırçalayın. Sonra isə ağzınızı bu su ilə yaxalayın. Bir gün fasilə verməklə davam edin.

Limon suyu



Nə lazımdır: bir çay qaşığı limon suyu, diş fırçası

Limon suyunun tərkibindəki turşular anti mikrob xüsusiyyətinə malikdir. Ərp və daşların tökülməsinə kömək edir. Dişinizi adi qaydada fırçalayın. Sonra isə diş fırçanızı yuyub limonlu suya qoyun. Bu su ilə dişlərinizi və diş ətini yaxalayın. Bir dəqiqə gözləyib su ilə qarqara edin.

Əsl əzvay (aloe vera)



Nə lazımdır: 1 çay qaşığı aloe vera geli, 4 çay qaşığı bitki tərkibli qliserin, 4-5 xörək qaşığı karbonat, 10 damcı limon yağı, 1 stəkan su


Əsl əzvayın tərkibində bakteriyaların istehsal etdiyi sərbəst radikalları yox edərək dişlərin və diş ətinin yaxşılaşmasını təmin edən anti oksidantlar var. Limon yağı isə ərp və diş daşından qurtulmaq üçün əla vasitədir.
Aloe vera bitkisinin yarpağını kəsib içindəki mayeni çıxarın. Bütün inqridentləri qarışdırın. Bu məhlul ilə dişlərinizi yuyun. Sonra isə ağzınızı su ilə yaxalayın. Ərp yox olana qədər 3-4 dəfə istifadə edin.

Portağal qabığı


Portağalın qabığını soyun, blenderdən keçirin. Sonra isə dişlərinizə tətbiq edin. 1-2 dəqiqədən sonra su ilə yaxalayın. Həftədə 2-3 dəfə təkrar edin. Portağal qabığı ağızdakı mikro orqanizmləri yox etməyə kömək edir.

Çiyələk



Nə lazımdır: kiçik pomidor, çiyələk

Pomidor və çiyələyi blenderdən keçirib xəmir halına gətirin. Bu xəmiri dişlərinizə tətbiq edin və 5 dəqiqə gözləyin. Ağzınızı su ilə yaxalayın. Həftədə iki dəfə təkrar edin.

Küncüt



Nə lazımdır: 1 xörək qaşığı küncüt, 1 diş fırçası

1 xörək qaşığı küncütü ceynəyin amma udmayın. Küncüt ağzınızda ikən dişlərinizi quru bir diş fırçası ilə fırçalayın. Sonra isə su ilə yaxalayın. Həftədə iki dəfə təkrar edin.

Dərman rozmarini



2-3 damcı dərman rozmarini yağını bir xörək qaşığı su və ya zeytun yağı ilə qarışdırın. Bu məhlul ilə ağzınızı 10 dəqiqə yaxalayın. Tüpürün, dişlərinizi adi qaydada fırçalayın. Bu məhlulu udmayın və qarqara etməyin. Gündə iki dəfə təkrarlayın.

Pendir



Pendir diş ərpinə səbəb olan turşunun qarşısını alır. Dişləriniz ətrafında qoruyucu bir təbəqə yaradır və diş ərpinə səbəb olan turşunun dişlərinizə ziyan vurmasının qarşısını alır.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib