Ziya Məmmədovun oğlundan Hadisəyə daha bir zərbə
Medeniyyet
Oxunub: 657
22 may 2018 | 17:17
Ziya Məmmədovun oğlundan Hadisəyə daha bir zərbə
















Müğənni Hadisə yaxın rəfiqəsini məhkəməyə verib.

4 Dekabr 2017-ci il tarixində, Londonda təşkil olunan moda mükafatlandırma mərasimində iştirak etmək istəyən Hadisə yaxın dostu və təşkilatçı Jasmin Sadıkoğlu tərəfindən aldadılıb. Məlum olub ki, rəfiqəsi müğənniyə 1,500 funtluq bileti 5 min funt-sterlinqə (təxminən 15 min manat) satıb. Hadisə aldadıldığını Londondan qayıtdıqdan sonra öyrənib. Müğənni rəfiqəsindən qəbz istəsə də, Sadıkoğlu verməyib. Bundan sonra Hadisə rəfiqəsini məhkəməyə verib.


Xatırladaq ki, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı iddia edilən "La Plaj” çimərliyi bu yaxınlarda dağıdılaraq əlindən alınıb. "La Plaj” 2016-ci ildə tikilib. Obyektin ilk sahibi Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədov olub. O, bu obyekti Hadisə Azərbaycana gələndə ona hədiyyə edib. O vaxt obyektin sənədləşməsi tam başa çatmayıbmış. 2017-ci ildə Bodrum şəhər bələdiyyəsi ictimai yerə aid ərazinin zəbt edilməsi iddiası ilə məhkəməyə müraciət edib.

Məhkəmə prosesi zamanı müğənni Hadisədən obyektin sənədlərini təqdim etməsi tələb olunub. İş adamı Anar Məmmədovdan "La Plaj”ın sənədlərini ala bilməyən Hadisə son məhkəmə prosesində şokla üzləşib. Bodrum şəhər məhkəməsi obyektin qanunsuz olması səbəbi ilə dağıdılması haqqında qərar çıxarıb. İrəli sürülən fikirlərə görə, "La Plaj”ın tikildiyi gündən sənədləri qaydasında olmayıb. Anar Məmmədova bu obyekti türkiyəli dostu satıb. Eks-nazir oğlunun Bodrumdakı obyekti isə təkcə "La Plaj” deyil. Onun burada 5 ulduzlu bir neçə hotelinin olduğu deyilir.

///Publika.az
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?